Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    02
    10:00:00
    Sentyabr
    1298 nəfər oxuyub

    Hamilələr niyə ölürlər?

    Vətənimiz ana və uşaq ölümləri ilə sarsılır. Adamın bəzən ağlamağı gəlir. Gəncəcik analığa namizədlər və onların dünya işığı görməmiş övladları itirilir. Bu ölümlərin bir çox səbəbi var. Tibbi xidmət xətaları da həmçinin. Amma böyük bir qismi vardır ki, həqiqətən, həkim millətinin əlləri yanında qalır. Bunları sizə qısaca sıralayacağam məlumatınız olsun deyə.

    Preeklampsiya və eklampsiya. “Eklampsiya” yunan dilində “ani partlayış” deməkdir. Hamiləliyin son dönəmində baş verən toksikozdur. Əsl xəstəlik eklampsiyadır. Onun başlanğıcı kimi adlandırılan, amma özbaşına bir vəziyyət isə preeklampsiyadır (“eklampsiya əvvəli” deməkdir). Səbəbi və mexanizmi haqqında dəqiq heç bir şey bilinmir. Hər həkimin öz izahı vardır. Əvvəlcədən diaqnozu da mümkün deyildir. Dünyada eklampsiyanın, heç olmazsa, 12 saat əvvəl diaqnozunu qoya bilənə Nobel mükafatı verərlər - adım kimi əminəm. Müalicəsi də yoxdur.

    Doğrudur, təcili doğuş və ya keysəriyyə yaşamaq üçün bir şans yaradır. Amma eklampsiyada bunun belə bəzən faydası olmur. Artıq gecdir. Amma mənim öz yaxın qohumumda preeklampsiya başlamışdı və təcili doğuşla qurtuldu. Övladını itirdi, amma özü yaşayır, şükür.

    Preeklampsiya özünü necə göstərir?

    A. Qan təzyiqi qalxır;

    B. Sidikdə zülal görünməyə başlayır.

    Əsl eklampsiyada isə əlavə olaraq QICOLMALAR (EPİLEPSİYA, SUDOROGA) olur. Mən həkimlik həyatım boyunca eklampsiyadan qurtulan hamilə görmədim. Bəlkə ginekoloq dostlar görmüş ola bilərlər - nə də olsa, bu, onların işidir.

    HELP sindromu. Hamiləliyin son üç aylığında çıxan nadir haldır. Məncə, dünyada ən dəhşətli xəstəlikdir. Adi mədə ağrısı (epiqastrik nahiyyə) şəklində başlayır. Çox qısa müddətə qanda laxtalanmağa məsul olan bütün sistemlər çökür. İndiyə qədər HElP sindromunu müalicə edən birini tanımamışam, qurtulanı da görməmişəm. Amma Türkiyədə işləyərkən ginekoloqların bu sindromdan sağ çıxan nadir insanlar haqqında necə ağızdolusu danışdıqlarının şahidi olmuşam.

    Yəqin ki, faciəli şəkildə itirdiyimiz Dövlət Sərhəd Xidməti qadın pilotunun şikayətləri ilə burada yazılanlar arasında paralellik qurdunuz. Mən öz qohumuma zəng edərək təcili uşaqdan qurtulmasını tövsiyə etmişdim. Bu arada, hətta qohumlarımla belə telefonda məsləhətləşməyi sevmədiyimi sizə xatırlatmaq istəyirəm. Qorxurdum, ailə isə hamiləliyi saxlamaq istəyirdi. Dəhşətli hadisə idi. Şükür, sağ qaldı.

    Nə nəticə çıxaracaqsınız, özünüz bilin, amma hamiləliyin sonuna doğru sizə preeklampsiya, eklampsiya və ya, Allah göstərməsin, HELP sindromu diaqnozu qoydularsa, təcili uşaqdan qurtulun.

    Yazarın arxivi