Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    01
    10:00:00
    Sentyabr
    1425 nəfər oxuyub

    Əlamətdar hadisə və ya Şurik`in iti ağlı.

    Bu yaxınlarda Azərbaycan üçün əlamətdar bir hadisə baş verdi. Yanacaqdoldurma stansiyalarının birində işləyən  gənc bir azərbaycanlı digər bir azərbaycanlını aldatdı və ona cəmi-cümlətanı 15 litr benzini əksik verdi. Aldadılan azərbaycanlı yüngülvari etiraz edəndə gözlərini faldaşı kimi açan gənc artıq yanacaq çəninin tam dolduğunu və hətta yanacaqdoldurma tapançasının da dolu çəni göstərərək tətiyini kilidlədiyini söylədi. Minik vasitəsində oturan azərbaycanlının pulu var idi, ancaq vaxtı az idi. Yolda dəhşətli tıxac, yorğun iş günündən sonra evə çatma arzusu və s. ağır basdı, nəticədə ayağı ilə qaz pedalına basaraq oradan uzaqlaşdı. Peşman deyildi, bu məntəqədə onu 6 il əvvəl də aldatmışdılar. Onda etiraz etmiş və müdürlərdən biri məsələni həll etmişdi.  O vaxtdan bu məntəqəyə gəlmirdi, amma indi tıxacda qaldığı üçün, necə deyərlər, məcburən buranın qapısını açdı.

    Əvvəlki paraqrafın ortaq paydası nədir deyə soruşsaq, hamı qəbul edər. Pul!

     

    Uşaq vaxtı fəlsəfə ilə çox maraqlanırdım. Ən çox sevdiyim də Əflatun idi. Sokratın tələbəsi olan Əflatun öz əsərlərinin birində pul haqqında sualı belə qoymuşdu: İnsanlar pulumu, yoxsa pul aracılığı ilə əldə edəcəklərinimi daha çox sevirlər? Cavab, əlbəttə ki, əldə olunan nemətlər lehinə idi.

     

    Belə isə o gənc oğlanı yalan danışmaq və günaha girməyə məcbur edən adi tamah imiş demək. Ona bu şəraiti yaradan və hətta təhrik edən müdirlər də eyni məqsədi güdürlər deyə düşünürəm. Elə isə bu tamah onlara nə qədər qazandırır?
    Çörəkbişirmə zavodu olan bir dostum bir dəfə kiçik bir maxinasiya ilə bir partiya məhsuldan 20 000 dollar daha çox qazana biləcəyini söyləmişdi. “Onda niyə etmirsən” deyə soruşdum. “Onsuz da pul qazanırıq, elə etsəm, çörəyin keyfiyyəti düşər və bu qədər rəqibin arasında mənim reputasiyam zədələnər, nəticədə iflas edə bilərəm” dedi. Reputasiya qızıl kimi sözdür. Reputasiyasını gözləyən bu gənc azərbaycanlı təyyarədə biznes sinif salonda uçur, maşını lüks deyil, amma istəsə, ən lüks maşını da alar. Öz işindən razıdır, kiçik dərdləri olsa da, özünü xoşbəxt hiss edir.
    Amma o yancaq dolduran gənci və onun müdürlərini düşünəndə eyni sözləri işlədə bilmərəm doğrusu. Həkim olduğum üçün cəmiyyətin hər kəsimi ilə müntəzəm ünsiyyətdə oluram, o insanları yaxşı tanıyıram. Kiçik sayılan maxinasiyalarla torbalarla pul qazandığını düşündüyümüz insanlar yenə ayın sonunu bir-birinə calaya bilmir, çox vaxt borc alır, bəzən isə futbol qumarında pullarının hamısını uduzur. Nə edirsən et, xoşbəxtlik olmur ki, olmur.
    “Niyyətin hara, mənzilin ora” deyiblər atalar. Həyatda özünüzlə və təbiətlə razı bir insan yetişdirmək, xoşbəxt olmaq istəyirsinizsə, təbii hiss olan tamahınızı qanuni, müsbət enerji yaradaraq tətmin etməlisiniz. Aldadılmaq istəmirsiniz, ətrafınızdan müsbət aura almaq istəyirsinizsə, yeri gələndə etiraz etmək və haqqınızı tələb etmək vacib olur. Ağlamayana məmə yoxdur axı. Təəsüf ki, həmişə ətrafa gülücüklər dağıdıb, “Hər şey yaxşı olacaq” deməklə də insan münasibəti görmək mümkün deyil.

     

    Etiraz etmədiniz, loru dilində desək, yedinizsə, “Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu” deyib həyata davam edəcəksiniz.
    Həkim məsləhətidir, uyulması şiddətlə tövsiyə edilir.

     

    Yazarın arxivi