Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    10
    10:00:00
    Oktyabr
    749 nəfər oxuyub

    Birinci, ikinci, seçinci: Gəl seç indi

    Bu seçki məsələsi ki var haaaaa, çox mühüm işdir. Məni seçkilərə ilk dəfə 18 yaşımda çağırıblar, İstanbulda oxuduğum üçün gedib elə konsulluqdaca səs vermişdim. Sonra uzun illər seçkilərə getmədim. Səbəbini də bilmirəm. Türkiyədə böyük həvəs və təmtəraqla keçən seçkilərdən sonra bizdəki sönük tamaşanı izləmək istəmirdim bəlkə də. Nə isə.....

    Seçki məsələsində öz davranışımı düzəltmiş və nümunəvi vətəndaş olmaq yoluna qədəm qoymuş biri kimi artıq bu prosesi izləyirəm. Doğrusu, indiyə qədər sinəmi qabağa verib qonşumun qayınatasından başqa heç kəsi dəstəkləməmişəm. Amma səs verməyə getmişəm. Potensial və fəal seçiciyəm artıq. Ay camaat, ay seçilənlər, gəlin, indi məni ələ alın. Lap elə gəlin olmağa namizəd qız kimi bişirin də.

    Yaxşı, yaxşı, inciməyin. Başqa nümunə gətirəcəm. Yoxsa, yekə kişi özünü gəlinlik qız yerinə qoydu dedirdərəmmi heç? Gəlin, onda mən olum qız atası.

    Qız atası - səs sahibi.

    Çoxmu fərqi var?

    Hamı qızını gözünün nuru kimi bəsləyir, yaxşı evə gəlin, dəyərli oğlana yoldaş vermək istəyir. Yaşın nə fərqi var ki... Lənət sənə, kor şeytan... Səsin nə fərqi var ki? Onu da bəsləyirsiniz (ürəyinizdə), onu da toy-düyün kimi hadisə olan seçki məclisində verirsiniz....yəni bir növ ərə verirsiniz.

    Ağıllı qayınana və qayınata namizədləri - yəni oğlan evini maraqla, bəzən gizli, bəzən elə aşkar izləyir, öyrənir, xülasə, qiymətləndirir. Filankəsin oğlu yaxşıdır, qızımızı ağ günə çıxaracaq deyə lovğalanan kişi çox görmüsünüz.

    Mən də o kişilərdən biri. Müsavat Partiyasının pərəstişkarı, üzvü, izləyicisi olmadığım halda boynuma alıram ki, oğrun-oğrun bir o tərəfə baxırdım. Yooooox, heç səsimi vermək niyyətim yox idi. Elə belə də… Hər ziyalı insan ətrafı ilə maraqlanmalıdır axı.

    Xülasə, bu Müsavat Partiyası yaxın günlərdə başqan seçdi. Çox gözəl hadisədir. Bir evdə ədəb-ərkan qaydalarına əməl edirlərsə, o evə qız vermək olar. "Yəqin tərbiyəli ailədir" düşüncəsinə qapılır insan. Mən də hələ də içimdə bəslədiyim kiçik sadəlövhlüklə gözləyirdim.

    Seçkilər bitdi, mən də xəbər tutdum... İki gün sonra. Bircə dəfə təyyarədə qarşılaşdığım Qubad İbadoğlu tərəfdarlarının hay-küyü ilə məsələ mənə də agah olmağa başladı. Bundan bir müddət sonra radio verilişlərinin birində heç vaxt qarşılaşmadığım Gülağa Aslanlı ilə bu mövzuda polemikasını dinlədim. Məsələ onda tamamilə aydın oldu.

    Qubad bəyin etirazları ilk baxışda sadə cığallıq kimi görünür və məndə də eyni təəssürat yaranmışdı. Amma Gülağa bəy məni həmən silkələdi və kəndimə döndüm. Özümə gəldim bir növ. Qubad bəyin konkret müddəaları qarşısında çoxlu şüar eşitdim. Qulaqlarım uzun müddət eşitmədiyi "rəhbər", "rəhbərin yolu", "məni birinci tapşırıb" kimi ifadələri duydu.

    Başa düşdüyüm qədərilə tərəflərdən biri rəhbərliyə yaxın olduğu üçün seçki prosesində qurşaqdan aşağı metodlardan istifadə edib, opponent də buna cırnayır. İndi bu metodları sınadığı iddia olunan tərəf də o məsələni araşdırmaq və iddiaları çürütmək yerinə ancaq şüar tərzində sözlər, söz birləşmələri istifadə edir. Bir sözlə, köhnə hamam, köhnə tas.

    Görəsən, hansısa Azərbaycan övladı bu yoldaşlara artıq oyun qaydalarının dəyişdiyini, köhnə şüarların işə yaramadığını, bəzi liderlərin artıq beynəxalq nüfuz qazandığı, Gürcüstan liderinin nitqlərinin Facebookun Azərbaycan məkanında həvəslə yenidən paylaşıldığı vaxtda belə ritorikanın ziyana işlədiyini başa salacaqmı? Bu vəziyyətdə partiyada ancaq aşırı küskünlər və opportunist (yumurtadan yun qırxan, öz çıxarlarını güdən) insanlar təmsil oluna bilər. Küskünlük, opportunistlik mənfi enerji daşıyan məfhumlardır. Müsbət fikirlər, müsbət obrazlar lazımdır ağıllı insanlara, ağıllı qurumlara.

    Bu qədər nəfəs tükədəndən sonra gəldiyim nəticəmi? Verməyəcəm...

    Yazarın arxivi