Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    22
    10:00:00
    Oktyabr
    2093 nəfər oxuyub

    Monqol ədaləti

    Azərbaycanla Monqol imperiyası arasında çox qəribə münasibətlər olub. Bizə deyildiyi qədərilə, Çingiz xan və sonra da onun oğlanları, eləcə də nəvələri böyük ordularla hərəkətə keçib, gəlib qırıb-yıxıblar, dağıdıblar və s. Amma tarixin üzərindən bir az duman çəkiləndə görürsən ki, məhz, bizim Azərbaycan üçün heç də elə olmayıb. Monqollar gələndə camaatın böyük qismi onları sevinclə qəbul edib, "boyunduruğa" keçiblər necə deyərlər.  Sonra o monqollar sakitcə Azərbaycanda məskunlaşıblar, burada dövlət qurublar, elmi, mədəniyyəti inkişaf etdiriblər. Rəsədxana tikiblər, məsələn. Bir sözlə, qaynayıb-qarışıblar. 
    Şimali Azərbaycan imperiyanın periferiyası sayılsa da, monqollar burada 3 yerdə böyük məskənlər salıblar. 

    a. Abşeron: Böyük yaşayış məskənləri Saray, Corat (Cukait tayfası adından götürülüb), Sumqayıt (Sukayıt tayfası adından götürülüb).

    b. Talış bölgəsində. Ən böyük məskənləri Türkobadır.

    c. Gəncə bölgəsində. Ən böyük məskənləri Düyərlidir.
    Cənubda isə onların məskənləri daha çoxdur. Maraqlıdırsa, Məhəmmədhəsən Vəlili-Baharlı'nın  “Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” kitabını oxuyun. Burda o kitabdan bir parça var.
    https://ru.scribd.com/doc/212076741/Ayrumlar-M%C9%99h%C9%99mm%C9%99dh%C9%99s%C9%99n-b%C9%99y-Baharl%C4%B1
    Maraqlıdır, o qədər əhali nə üçün "boyunduruğa" asanlıqla keçib?  Bu sualın cavabını axtarırdım ki, macar alimlərinin kitabları mənə kömək etdi.
    Monqol imperiyasında Yasa mövcud idi. Yasa bizim bildiyimiz Anayasa, yəni Konstitusiya idi. Faktiki olaraq Monqol imperiyasında Yasa Diktaturası, yəni qanun diktaturası mövcud idi. Yerli xanların, bəylərin "nazından-qəmzəsindən", öz hesab-kitablarını itirib vergiləri necə gəldi artırmalarından əziyyət çəkən xalqlar, mülki və inzibati hüquq prosedurları aydın və hər kəs üçün uyulması məcburi olan Yasaya maraq göstərirdilər.  Bu idi monqolların əsas gücü. Yoxsa qılıncla insanları, o qədər ərazini saxlamaq çətin olardı. 
    Düzdür, axırda monqollar özləri də öz aralarında çəkişmələrə başladılar, yerli camaatla qaynayıb-qarışdılar, ədavətlər üzə çıxdı, Yasa dağıldı, ara qarışdı, məzhəb itdi. Amma bu Yasa məsələsi tarixdə bir ideya kimi qaldı və... Bu ideyanı indi Qərb dünyası qapıb. Ona görə də hara baxsan, Qərb  çıxır.  Yasanın adı da var: Helsinki İnsan Haqları Bəyannaməsi.
    Qanun - kağız, bəzən isə daş üzərinə həkk edilmiş cümlələr, verilmiş sözlər insanlara həmişə cazibədar gəlib, elə indi də cazibədardır. Qanunlar ədalət prinsipinə əsaslanmalıdır. Axırıncı cümlə gəlişigözəl deyilməyib, əslində qanunların ədalət prinsipinə uyğun olması şərti minillərdir bilinən qaydadır. Məsələn, “böyüklərə hörmət etmək lazımdır”, “adam öldürmək pisdir”, “ağac yananda tüstü çıxır”  tipli postulatlar kimi “qanun ədalət prinsiplərinə əsaslanmalıdır” şərti də həmişə aktualdır.
    Ədalət prinsiplərinə əsaslanan qanun həmişə cazibədardır, indi də cazibədardır, gələcəkdə də cazibədar olacaq. Qanunları öyrənin, dostlar. Hüquq təkcə hüquqşünaslar üçün deyil. Sizin və mənim üçündür. 

    Yazarın arxivi