Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    05
    10:00:00
    İyun
    1658 nəfər oxuyub

    Qəliz məsələlər

    Gəlin, məsələləri qəlizləşdirim.

    Xarici İşlər Nazirliyi əməkdaşına nəzirə;

    Erməni siyasəti;

    Əlifba məsələləri; Azərbaycanda yaşamaq zordur, qardaş. Zor e zor! Yəni Çətin.

    Ortalama azərbaycanlı internet istifadəçisi gün ərzində yüzlərlə həmvətəninin, eləcə də digər millətlərin yazılarını oxuyur. Hərdən də yazır.

    Mövcud problemlər.

    1. Əksər yazılar translitdə yazılır. Yəni tamamilə ingilis əlifbasi ilə, “ı, ə, ü, ğ, ç” və “ö” hərfləri istifadə edilmədən.

    2. Bəziləri isə türk əlifbasından istifadə edir. Onların yazılarında “ə” hərfi olmur.

    3. Nəticədə azərbaycanlı internet istifadəçisinin yazdıqları bir az savadsız alınır. Doğrudu, bu, dilimizə hörmətsizlikdir. Anlayıram, mənim də yazılarım bu qüsurları daşıyır.

    Səbəblər.

    1. Ağıllı telefon və daşınabilən kompüterlərdən istifadə: Cihazların çoxunda Azərbaycan əlifbası rahat əks olunmur, bəzilərində isə yerli-dibli yoxdur.

    2. Müxtəlif əməliyyat sistemlərində Azərbaycan əlifbasının ardıcıllıq xüsusiyyətləri: Məsələn, mən indi “iMac” kompüterində yazıram. Veb səhifəsi axtarış çubuğuna “W” yazmaq üçün elə bu saniyə əlim klaviaturadan ayrılaraq əlifbanı ABŞ düzülüşünə keçirmək məcburiyyətində qaldı.

    Hələ Allahdan “iMac”də “@” işarəsini yazmaq üçün düzülüşü dəyişmək məcburiyyətində deyilsən. İraq olsun, birdən “Windows”da (Vindous? Uindous? Yoxsa Uindos?) bunu etm'k ist's'n (üzr istəyirəm, əlifba düzülüşünü dəyişməyi unutmuşam), yəni, etmək istəsən, gərək yenə dəyişəsən.

    Ay qardaş! Ay millət! Biz niyə belə əziyyət çəkməliyik axı,/+_? (Lənət sənə, kor şeytan. Adi “?” işarəsi üçün yenə düzülüşü dəyişmək məcburiyyətində qaldım).

    Niyə belə olur? Səbəb birdir. Azərbaycan əlifbasında hərf sayı çoxdur. Azərbaycan sənayesi hələ özü bilişim texnologiyalarında bir yerə gəlmədiyi, neft satıb Mercedec (lənət sənə, kor şeytan. Mercedec, yoxsa Mersedes) almaqla məşğul olduğumuz üçün, klaviaturamızı bizim yerimizə düzəldirlər. “Ağa verən atın dişinə baxmazlar” deyib, Mamed müəllim elə necə gəldi istifadə edir bu andıra qalmış kompüteri.

    Alə, bir diyannnnnn..... Kompüter nədir, alə. ( ? işarəsini “iMac”də yazmaq üçün yenə düzülüşü dəyişməyə ərindim). Kompyuter!!!!!!! Yox, bir dəvə.

    Etirazım.

    1. Bizim klaviaturalarda “W”, “@”, “?” işarələrini yazmaq əziyyətdir. Bu hərflərə yer açmaq lazımdır.

    2. “Ə” hərfi artıqdır. Doğrudur, mənim bu mətndə istifadə etdiyim “§”, yəni “§” sözü “Ə” hərfi olmadan “§”, yeni “§” kimi oxunur. O zaman gərək türkiyəlilər kimi “§”, yani “§” deyək. Buna da bir çarə taparıq.

    (Diqqət etdinizsə, " " yerinə § § istifadə etdim. Çünki " " üçün də ABŞ əlifba düzülüşünə keçmək lazımdır.)

    3. Xüsusi adlara əlavə edilən şəkilçilərin defis (-) və ya apastrof ( ' ) işarəsi olmadan yazılmasına. Məsələn, mətndə istifadə etdiyim “iMac”də kəliməsini “iMacdə” kimi yazsaydım, ağıllı azərbaycanlılardan biri kompüterin adını “iMacd” kimi başa düşə bilər. “Də” şəkilçisinin vəzifəsini bəzi hallarda “Ə” şəkilçisi də görür axı.

    4. Xüsusi adların tam trasliterasiyasına. Qardaş, “Vindous”, “Uindous”, yoxsa “Uindos”..... Bezdim eeeeee.... Azərbaycanda yazılmış bir mətndə bir fransızın, belçikalının adını oxuyandan sonra onu ingilis dilində axtarmaq üçün dəridən-qabıqdan çıxırsan. Dissertasiya yazanda “Mann Witney U” yazım, yoxsa “Mən Uitney Yu”? Yox.... “Mən Vitney U”....Kimdir, lan, bu Uitney Yu?

    Həəəəəə, burada Mən o Mən mənasında deyil eee. Qaqaşın adı Məndir. yox, Mən-dir. Eeeeee! Çaşdım eeee, Məndir!

    5. Bəzi xarici mənşəli adlarda “U” hərfinin trasliterasiya probleminin “çerez urusçax” bizə sırınmasına.

    Qardaş, “computer” sözü havaxtan “kompyuter” olub.... Nazirlər kabineti bizi niyə çaş-baş salır.... (Artıq “?” işarəsi üçün əlifba düzülüşünü dəyişməkdən bezdim). “Computer” elə “kompüter” olaraq yazılmalıdır. “Menu” isə “menü” olaraq. “Menyu” və ya “kompyuter” haradan uyduruldu.

    Nə isə! Bezdim artıq! Azərbaycanda nəinki bütün həyatı, hətta bəzilərinə görə üç gün də yaşamaq qocalığa səbəb olur. Oxumuş adamlarımızı sadə məsələlərdə o qədər bezdiririk ki, axırda savadlı ola-ola savadsıza çevrilir. Ya da təntənəli şəkildə erməni olduğu elan edilir.

    Allah, sən saxla!

    P.S. “Mann Witney U” elmi araşdırmalarda çox istifadə olunan statistik metodun adıdır.

     

    Dr. Vasif İsmayıl

    Yazarın arxivi