Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    29
    10:40:00
    İyul
    927 nəfər oxuyub

    Barış üçün savaşan Türkiyə

    Bir neçə gündür ki, Türkiyə bütün dünyanın diqqət mərkəzindədir. Türkiyə ordusunun İŞİD və PKK əleyhinə keçirdiyi antiterror əməliyyatları istər ölkə ictimaiyyəti, istərsə də xarici dövlətlər tərəfindən dəstəklənir. NATO-nun son toplantısı və müxalifət liderlərinin çıxışları göstərdi ki, Türkiyə hal-hazırda ağıllı və düşünülmüş bir addım atmaqdadır. Ankarada olan bir çox ictimai-siyasi görüşlərdə gəldiyim şəxsi qənaət də budur. Bu yazını yazmağıma səbəb isə bəzən terror əməllərinə milli azadlıq donu geyindirilməsidir. Halbuki milli azadlıq hərəkatı ilə terror arasında ciddi bir fərq var. Azadlıq - günahsız insanların öldürülməsi deyil, hər kəsin barış içində azad yaşamasıdır.  

    Bir insan kimi hər zaman şiddətə qarşı olmuşam. Amma insanlığa qarşı şiddət göstərənlərin  cəzalandırılmasının tərəfdarıyam.  Çünki kütləvi qırğınlara, uşaqların şiddətə məruz qalmasına və sair kimi qeyri- insani əməllərə səbəb olan adamların çıxıb hürriyyətdən danışmağı bəşəriyyətə həqarətdir. Üstəlik etdikləri vəhşilikləri utanmadan  cəmiyyətə milli mücadilə adı ilə sırımaq istəyirlər. Onların öz cəzalarını alması vacibdir və bu zaman heç bir etnik ayrıseçkilikdən söz gedə bilməz. Həmin ölkə istər Türkiyə olsun, istər bir başqası.

    Türkiyə soyuna fərq qoymadan bütün vətəndaşlarına eyni hüquqları, eyni haqları verib. Burda hər kəs eyni şərtlər altında təhsil alır, peşə seçir, biznes qurur, seçkili orqanlarda hər kəs seçmək və seçilmək imkanına sahibdir. Bu gün ən ucqar kəndlərində belə infrastruktur quran bir Türkiyə görürük. Etnik kökündən asılı olmayaraq, özünə ağıllı deyən heç kim bu Türkiyəni dağıtmaq istəməz. Regionun yüz illərdir, oturuşmuş və özünə rəqib tanımayan bir ölkəsidir Türkiyə. Ətrafındakı onunla yaxından uzaqdan əlaqəsi olan bütün xalqlar çətinliyə düşəndə ona güvənir, ondan kömək istəyir və ona sığınır. Nəinki öz vətəndaşlarının, hətta ona yaxın ölkələrin  də bircə arzusu ola bilər- daha güclü Türkiyə. Burda yaşayan hər kəs başa düşür ki,  Türkiyədən qopmaq nə deməkdir.  Ən yaxşı halda regiondakı kiçik xalqlar kimi səfalət və cəhalət içində itib batacaqlar,  ya da məzhəb davaları içində öz qanlarına bulanacaqlar.

    Təəssüf ki, Türkiyənin düşmənləri də çoxdur və onlar ölkənin inadla cəhalətdən çıxmaq istəməyən bölgələrini alət kimi istifadə edirlər.

    Tarix boyu dövlət qurmağı ağıllarına gətirməyən, Türkiyə Cumhuriyyətinin təzyiqi nəticəsində zorla maariflənən və Türkiyənin digər vətəndaşları ilə eyni hüquq və haqlara sahib olan kürd xalqı vardı,  lakin XX əsrin ortalarından sonra başqa qüvvələrin təsiri altında bu xalqın vəhşi və cahil nümayəndələri terror yolu ilə irreal bir dövlət eşqinə düşmüşdülər və Türkiyənin bölgələrində yaşayan vətəndaşları da öz çirkin əməllərinə qatmaq istəyirdilər. Nəzərə alsaq ki, Ermənistan istisna olmaqla dünyada etnik cəhətdən mono dövlət tapmaq mümkün deyil, demək, istənilən ölkədə aranı qarışdırmaqdan ötrü ən gözəl vasitə milli zəmində qarşıdurma yaratmaq ola bilər. Bunu hesablayan PKK terrorçuları və havadarları olmayan ağılları ilə bu çirkabı Türkiyənin  etnik baxımdan qarışıq olan digər bölgələrinə də daşıya bilərlər.

     Ancaq Türkiyə vətəndaşı durumu düzgün qiymətləndirməyi bacarır.  O, yaxşı başa düşür ki, güclü Türkiyə güclü Mən deməkdir. Yalnız güclü Türkiyədə onun uşaqları yaxşı təhsil alacaq, peşə seçəcək və yararlı vətəndaş olacaqlar, sakit və terrorsuz küçələrdə nəvələrini gəzdirəcəklər. Buna qarşı çıxanlar isə layiqincə cəzalandırılmalıdır.

    Tarixdən, coğrafiyadan da bəllidir ki, dünyadakı bütün dövlətlərin tərkibində müxtəlif xırda və böyük xalqlar bərabər yaşayır. Eyni regionda məskunlaşmış xalqlar ümumi maraqlar ətrafında birləşərək dövlət qururlar. Yəni dövlət etnik cəhətdən tək bir xalqa məxsus ola bilməz. Fransa deyəndə orda yaşayan bütün insanlar nəzərdə tutulur. Halbuki bu dövlətin ərazisində əsrlərdir məskunlaşmış mənşəcə fransız olmayan xalqlar da var. Bu günkü çağdaş Fransa çoxsaylı mühacirlərin sayəsində etnik baxımdan daha da rəngarəngləşir. İndi bu gözəl dövlətdə milli ayrıseçkilik salmaq və onu dağıtmağa çalışmaq Fransanın heç bir vətəndaşının marağında deyil. Eyni sözləri İtaliya, İngiltərə və başqa dövlətlər haqqında da söyləmək olar. Hər birinin bir neçə əsr yaşı olan bu dövlətlər mövcudiyyətlərini ərazilərində yaşayan insanların əzmi nəticəsində qoruyublar.

    Elə Türkiyə tarixindəki Çanaqqala savaşı da sübut etdi ki, bölgədə yaşayan bütün xalqlar bu dövlətin var olmağında maraqlıdırlar. Ona görə də qanları ilə, canları ilə bir savaş möcüzəsi yaratdılar. Orda həlak olanlar təkcə türklər deyildi, kürd, laz, çərkəz və digər xalqların nümayəndələri də vardı. Heç təəccüblü deyil ki, müasir türkçülüyün əsasını qoyan şəxs mənşəcə kürd idi- Ziya Gökalp türklüyü qürurla tərənnüm edib.

    Bu gün türk demək Türkiyədə etnik mənsubiyyəti deyil, bu dövlətin sahibi olduğunu göstərir. Dövlət qurmaq üçün təkcə etnik mənsubiyyət və dini birlik yetmir. Milli, iqtisadi, siyasi, hərbi birliyin olması da vacib şərtdir. Əgər yeni yaranan dövlət siyasi arenada öz yerini tapırsa, bütün bu maraqlar onun dövlətçiliyində əks olunur. Azərbaycan respublikasının yaranmasını buna misal göstərmək olar. Əsrlərdir mövcud olan ədəbiyyatımız, inkişaf etmiş milli mədəniyyətimiz milli mənliyimizin formalaşmasında mühüm rol oynadı. Zəngin təbii sərvətindən istifadə hüququndan məhrum olan xalq dövlət yaratmaq haqqını bərpa etdi və öz dövlətini qurdu. Qeyd edək ki, milli şüurun oyanmasında, dövlətçilik zərurətinin yaranmasında  ərazi bütövlüyümüzün təhlükədə olması da əsas rol oynadı. Çanaqqala döyüşündəki kimi Azərbaycanın milli azadlıq hərəkatında da çoxluq təşkil edən etnik türklərlə bərabər regionda yaşayan bütün xalqlar- ləzgisi, talışı, avarı, tatı, udini və sair iştirak etdilər. Bu dövlət uğrunda şəhid oldular, qazi oldular.

    Bir məsələni də xüsusi vurğulamaq lazımdır: ölkəmizdə yaşayan qeyri-müsəlman xalqların nümayəndələri də eyni şücaəti göstərmişdilər. Türkiyə və Azərbaycanın yaxın tarixi bir daha göstərir ki, bir dövlətin var olması həmin dövlətin ərazisində yaşayan bütün insanların- dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq- maraqlarına cavab verməlidir. Tayfa maraqları əsasında qurulan dövlətlər dərin-dərin tarixdə qaldı.

    Eyni zamanda dini ideologiya əsasında formalaşan dövlətçilik ənənəsi də orta əsrlərdən xəbər verir. Müasir dövlət məfhumu məhdud çərçivədə başa düşülməməlidir.   Türkiyə Cumhuriyyəti qurulandan sonra Atatürkün uzaqgörən siyasəti nəticəsində  osmanlıdan qalan  gərəksiz mirasdan- ümmət məsələsindən birdəfəlik əl çəkildi.

    Bu gün yenidən eyni xülyaya  düşənlər unutmasınlar ki, ümmət arzusu ilə yaşayan osmanlı çökdü. Bu istək Türkiyə Cumhuriyyətinə zərər vura bilər. Atatürkün reformalarını inkar etməyə çalışanlar Türkiyəni cəhalətə sürükləmək istəyirlər. Özündən əvvəlki iqtidarı Türkiyənin dörd bir yanı ilə düşmənçilikdə ittiham edənlər bu gün özləri məcburən dörd bir yana savaş açmaqdadırlar. Bir dəfəlik qəbul etməli idilər  ki,  başında durduqları dövlət regiondakı durumuna görə bütün ölkələrdən fərqlənir.  Hərbi qüvvəsinə görə dünyanın 10 güclü dövlətindən biri olan Türkiyə son dövrlərdə  iqtisadi sahədə də çox irəliləyib. Sahib olduğu hərbi güclə yanaşı iqtisadi əzmini  də artırsa,  qarşısında çətin durulası bir qüvvə olar. Məhz, buna görə də bütün kiçik xalqların himayədarına, gözü götürməyənlərin isə düşməninə çevrilir.

    Türkiyə bütün qonşuları ilə barış qurmaq cəhdlərinə baxmayaraq, yenə də savaşmaq məcburiyyətindədir. Çünki ilk növbədə ətrafındakı terror təşkilatlarını zərərsizləşdirməlidir. Güclü dövlətçilik ənənəsinə malik Türkiyə regionda barışın carçısına çevrilməlidir və çevriləcək. Regiondakı bütün xalqların hüzur və barış içində yaşaması üçün bu, ən vacib şərtdir. Terroru lənətləyən Türkiyənin son hərbi addımları sülhə doğru aparır.

    Yazarın arxivi