Xəbər lenti

  • 2017-01-19
  • 14:35 FTB istədi, rus proqramçı həbs edildi
    14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    11
    10:40:00
    Sentyabr
    1085 nəfər oxuyub

    Qaranlığı aydınlada bilməyən ziyalılar

    Son bir neçə yazımız kimi bu məqalə də axır vaxtlar cəmiyyətdə baş alıb gedən fiziki və mənəvi şiddət, daha doğrusu, dözümsüzlük haqqındadır. Bir-birimizin fikrinə və düşüncələrinə dözümsüzlük o həddə çatıb ki, artıq siyasi polemikalarda belə təhqir və həqarət adi hala çevrilib. Acınacaqlısı odur ki, aydınlarımız (bir-iki istisna olmaqla) bu qaranlıq məqamlara  heç bir işıq sala bilmirlər. Halbuki bu dəqiqə cəmiyyətin ən çox ziyalı sözünə ehtiyacı var.

    “Cahilliyin qurbanları” adlı yazım gənc bir jurnalistin ölümü ilə nəticələnən hadisəyə və ziyalılarımızın susmasına həsr olunmuşdu. Məqalə dərc olunandan çox qısa müddət sonra Mingəçevirdə daha bir şiddət hadisəsi baş verdi, yenə gənc bir insan zorakı ölümə qurban getdi.  Etiraz əlaməti olaraq şəhər əhalisi ayağa qalxdı, polislə qarşıdurma baş verdi. Hətta prezident də hadisəyə münasibət bildirdi. Ancaq yenə də heç bir ziyalı səsini çıxartmadı. Halbuki cəmiyyətdə baş verən bütün hadisələrə ilk reaksiya verən təbəqə, məhz, ziyalı olmalıdır. Xüsusən də əgər cəmiyyətdə şiddət və zorakılıq kimi neqativ hallar güclənirsə...

    Dözümsüzlük yalnız fiziki şiddətdə özünü göstərmir. Son zamanlar mediada Elçibəy, Rəsulzadə və onların əsas ideoloji xətti -türkçülük, Turan ideyası təhqir obyektinə çevrilib. Böyük bir imperiyanın çöküşündən sonra dövlət yaratmağa, ona bacardıqları qədər yeni nəfəs verməyə çalışan insanların hərəkətləri bu gün yenə müzakirə obyektidir. Zənnimizcə, ötən əsrin 92-93-cü illərində olanlara ən yaxşı qiyməti tarixçilər verəcək. Ancaq o da şübhəsizdir ki, dövlətin yarandığı mürəkkəb dövrdə, savaşın, inqilabların, çevrilişlərin, baş alıb gedən xəyanətlərin içində ən doğru qərarları vermək lazım idi. Bəlkə də bu gün bizə elə gələ bilər ki, o qərarlar doğru deyildi, vəziyyətdən çıxış yolları vardı, başqa variantlar mövcud idi. Əlbəttə, üstündən 20 il keçəndən sonra rahat divanda çay içə- içə hadisələri təhlil edib variant tapmaq asandır. Əsl maraqlı məqam başqadır. Maraqlı olan odur ki, əvvəllər ittihamlar hakimiyyətyönlü adamlar tərəfindən səsləndirilirdisə, bu dəfə özünü müxalifət adlandıran qisimdən gəlməyə başlayıb. Hakimiyyətyönlülərin bu ittihamları niyə səsləndirdiyi bəllidir və səbəbləri araşdırmağa ehtiyac yoxdur. Amma əks siyasi xətdə duran insanlar niyə ölkənin aktual problemlərini buraxıb Elçibəyin ideologiyasına hucuma keçiblər? Özünü alternativ media adlandıran Meydan.tv-nin apardığı məqsədyönlü siyasət nəyə xidmət edir?

    Bu barədə danışmazdan öncə qeyd edək ki, XXI əsrdə yeni texnologiyalar sayəsində kütləvi informasiya vasitələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq dünyadan xəbər tutmaq üçün qəzet almağa, ya da televiziyada xəbər saatlarını gözləməyə ehtiyac yoxdur. Mobil telefonlar həyatımızın istənilən anında istədiyimiz informasiyanı bizə çatdıra bilir. Bir vaxtlar dördüncü hakimiyyət sayılan media artıq qlobal mənada aparıcı gücə çevrilib və hər güc kimi öz resurslarını düzgün istifadə etməsə, qorxulu və əzici ola bilər. İnkişaf etmiş dövlətlərdə bəlkə də bunun elə bir qorxusu yoxdur. Lakin oturuşmamış cəmiyyətlərdə, kifayət qədər problemləri olan ölkələrdə həqiqətən də zərərli olmaq ehtimalı yüksəkdir. Necə ki, Azərbaycanda baş verir. Unutmayaq ki, media toplumun fikrinə birbaşa təsir etməyi bacaran qüvvədir.

    İndi qayıdaq yuxarıda haqqında danışdığımız səbəblərə. Avropadan və başqa yerlərdən külli miqdarda qrantlar alınır və çox vaxt onları alan şəxslərin nə siyasi savadı, nə də xüsusi bir istedadı var. Bu səbəbdən də cəmiyyətdə hər hansı siyasi çəkiyə malik deyillər. Əksər hallarda aldıqları qrantları doğrultmurlar. Məhz, buna görə də qrantların arxası gəlmir.  Bu səbəbdən də özlərinə diqqət çəkmək üçün cəmiyyətdə ən çox tərəfdaşları olan tarixi şəxslərin kölgəsinə sığınırlar. Əlbəttə ki, tarixi şəxsiyyətlərə baxış birmənalı ola bilməz. Lakin onlar məqsədyönlü şəkildə hədəf alınırsa, demək ki, bunun altında başqa məqamlar var. Şəxsi maraqlardan çıxış edərək cəmiyyətə fikir sırımaq hələ fikir müxtəlifliyi demək deyil.

    Fikir müxtəlifliyi, eyni məsələyə fərqli baxışlar, müzakirələr və mübahisələr hər zaman cəmiyyəti düşünməyə vadar edir, bir qığılcım rolunu oynayır, cəmiyyətin beynini yatmağa qoymur. Oyaq və düzgün fikirləşən cəmiyyət onlardan düzgün nəticə çıxara bilər. Azərbaycan toplumunun gələcək yüksəlişi üçün vacib olan şərtlərdən biri də müxtəlif fikirliliyin cəmiyyətdə baş rol almasıdır. Düzdür, bu zaman təhqirlərə, siyasi etikadan kənar ifadələrə çox yer verilməsi əsəblərə toxunur.

    Nəzərə alsaq ki, bu təhqirlər milyonların sevdiyi bir şəxsə qarşı çevrilir, o zaman təsəvvür eləmək çətin deyil ki, cəmiyyətdə necə gərginlik yarana, əsl aktual problemlərdən uzaqlaşaraq qarşılıqlı şiddətə yol aça bilər.

    Danılmaz faktdır ki, ölümündən 15 il sonra da Azərbaycanda ən böyük nüfuza sahib olan tarixi şəxsiyyətlərdən  biri Əbülfəz Elçibəydir. 20 ildir ki, Elçibəyin kölgəsi qılınclanır. Elçibəy siyasi lider idi və təbii ki, hamının onu sevməsi mümkün deyildi. Adətən, onu səriştəsiz prezident olmaqda ittiham edirdilər. İndi isə cinayətdə suçlayırlar. Yenə də təhqirlər və tarixi təhriflər. Hər şeyə daha böyük bir baxış açısından yanaşan Elçibəy bütün vəziyyətlərdə cəmiyyət üçün müsbət olan nüanslar tapırdı, sağ olsaydı, yəqin indi ona qarşı yaradılan bu düşmən əhval-ruhiyyədə də müsbət nələrsə tapacaqdı.

    Elçibəy sovet ideologiyasından və solçuluqdan o qədər uzaq bir insan idi ki, “bizdən olmayan düşməndir” prinsipini heç vaxt qəbul etmirdi. Təbiəti etibari ilə həqiqi demokrat olan Elçibəy bütün siyasi kursları izləyən insanlarla işləməyi qəbul edirdi.  

    Bu gün Elçibəyi hədəf seçməklə avtomatik olaraq onun tərəfdaşlarının, ona rəğbət bəsləyən insanların mənfi çalarlı da olsa, maraq obyektinə çevrilirsən və gündəmə gəlirsən. Yəni bu bir taktikadır.

    Azərbaycan dövlətinin banisi Rəsulzadənin əsasını qoyduğu siyasi xətt sonradan Elçibəy tərəfindən davam etdirildi. Sirr deyil ki, Azərbaycanın bir dövlət kimi möhkəmlənməsində Elçibəy ana ideologiya kimi türkçülüyü seçmişdi. Onun üçün Azərbaycan- Türkiyə münasibətləri hər zaman öndə gəlirdi və bütün xarici siyasətə bu prizmadan yanaşılırdı. Bu gün hədəf təkcə Elçibəy və Rəsulzadə deyil. Onları sevənləri qıcıqlandıran həm də varisi olduqları siyasi mirasa qarşı yönəlmiş həqarət və təhqirlərdir və təhqir təhqirlə qarşılanıb təhqirlə cavablandırılır. Çünki qarşı tərəfdən olan ziyalıların əksəriyyəti heyrətamiz şəkildə susqunluqlarını qoruyurlar.

    Bu arada tarixçi alim, professor Cəmil Həsənlinin son məqalələrində mövzuya təhqirsiz, heç bir aqressiya göstərmədən münasibət bildirməyi səhrada su kimi təsir edir. Professor Qulu Məhərrəmlinin, Mehriban Vəzirin çıxışları da bu qəbildəndir. Cəmiyyətdə nüfuz sahibi olan ziyalılarımızın bu gün passivlik nümayiş etdirmələri bağışlanmazdır. Sıravi insanlar onların sözünə inanır və güvənir. İstənilən məsələdə ziyalı sözü cəmiyyətdə böyük rol oynaya, fikirlərə yön verə bilir. Unutmayaq ki, bütün cəmiyyətlərdə intibahlar həmin şairlərin, yazıçıların, rəssamların, alimlərin sözündən, fikrindən başlayıb. Biz illərdir öz mənfəəti üçün, vəzifə, pul və şohrət ordənləri üçün çalışanları nəzərdə tutmuruq. Onlar çoxdan ziyalı yox, ziyanlı mövqedə duranlardır. Bizim sözümüz hər zaman fikir azadlığını təlqin edən, millət, vətən savaşında güvəndiyimiz söz sahiblərinədir. Niyə susursunuz, nəyi gözləyirsiniz? Yəni çəpərlənmiş vətənin çəpəri o qədər hündür oldu ki, siz artıq baş verənləri görmürsünüz, Ramiz Rövşən? Yoxsa artıq qəribə adamın ruhu sizi narahat etmir, Rüstəm Behrudi? Bu günü aydınsız olan, bir vaxtların Aydınlar Birliyinin yaradıcısı Vaqif Bayatılı hardadır?

    Bu adları sonsuza qədər uzatmaq olar. Susqunluqla aydın olmaq mümkün deyil. Aydını olmayan cəmiyyət isə qaranlığa məhkumdur. Tarixi və zamanı unutmayın. Gələcək nəsillər qaranlıqda doğulmasın.

    Yazarın arxivi