Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    29
    10:40:00
    Oktyabr
    857 nəfər oxuyub

    İşğalın görünməyən tərəfləri

    Azərbaycan torpaqlarının  90-cı illərin əvvəllərində başlayan  işğalı 1993-cü ilin 30 oktyabrında Zəngilanın işğalı ilə yekunlaşdı. Yəni 22 il əvvəl. 

     

    Bu 22 ildə böyük bir nəsil yetişdi və  böyüdü. 

     

    İşğalın psixologiyaya təsiri yalnız torpağını itirmiş insanların vətən həsrəti ilə bitmir. Müharibədən zərər çəkən insanlar məğlubluq kompleksi içində yaşamağa başlayırlar. Bəlkə də möhkəm psixologiyaya sahib bir nəsil üçün bu, o qədər də qorxulu deyil, öhdəsindən gələ bilir, amma gənc nəsil üçün həmin kompleks travmaya çevrilir. 

     

    İşğal, doğurduğu 22 ilin gənc nəslində vətən həsrəti deyil, tam əks hisslərin oyanmasına səbəb oldu. Daima “gəlmə” psixologiyası ilə böyüyən gənclikdə yerli əhaliyə qarşı qıcıq, qaçqın düşdüyü, əsarət altında qalan doğma yurduna qarşı isə kin yarandı.  Sözsüz ki, bu, bütün gəncliyə aid deyil,onların arasında vətənpərvər ruhda yetişən kifayət qədər gənc var, amma ümumi mənzərəni təhlil etdikdə gəlinən nəticə təəssüfləndirir.

     

    Bu uşaqların beynində yaratdığı travmalarla işğal işğalçıdan daha çox günahkardı.
    Bu gənclik üçün qəsbkar erməni obrazı yoxdur. Əksinə, düşmən obrazının (erməni qəsbkarı) şüurlarda yaşamasını təmin edən vətənpərvərlik duyğusu onun üçün qəbuledilməzdir. Çünki düşmən erməni obrazı daima onları travmalı yerlərindən vurur, işğalı xatırladır. Xatırladır ki, onlar qaçqındırlar, gəlmədirlər. Demək ki, bir növ daha aşağıdırlar. 

     

    Bu gənclik öz yurduna qayıtmağa da meylli deyil. O yurdu görməyib, qoxulamayıb, orda yaşamayıb. Erməni ilə barışmaq və “erməni” sözünün qarşısından “düşmən” təyinini götürmək, onların fikrincə, cəmiyyətə işğalı unutdura bilər.

     

    Belə ağrılı travma ilə böyüyən gəncliyin sosial şəbəkələrdə yazdığı statusları görərkən acı bir həqiqətin şahidi oluruq: işğalın görünməyən tərəfləri görünən tərəflərindən daha dəhşətlidir. Əgər görünənlər sadəcə torpaqların işğalı və yurdundan didərgin düşmüş insanlara dəyən maddi zərərdirsə, görünməyənlər psixoloji- mənəvi zərərlərdir. Əgər birinciləri səylə və dövlət olaraq aradan götürmək gücündəyiksə (torpaqların azadlığı və insanların yurdlarına qayıtmasını təmin etmək), ikincini aradan qaldırmaq çox-çox çətindir. Hətta bəzən sosial şəbəkələrdə yazılanları oxuyanda bu iş mümkünsüz də görünür.

     

    Psixoloqlar da sübut edir ki, insanın şəxsiyyət kimi formalaşmasında uşaqlıqda aldığı psixoloji travmalar aparıcı rol oynayır. Təəssüf ki, hazırda yaranmış mənzərəni təkcə biz görmürük və təkcə biz qiymətləndirmirik. Ancaq əhalisi cüzi maaşla yaşayan Azərbaycana böyük qrantlarla gələn başqa dövlətlərin qeyri-hökumət təşkilatları bunu yaxşı bilirdi və dəyərləndirdi. 

     

    Müharibələr müxtəlif olsa da, onların acı nəticələri, vurduğu travmalar eynidir. Əcnəbi qeyri-hökumət təşkilatlarının öz istədikləri ideologiyanı yaxşı pulla yaymaları üçün müharibədən sonrakı Azərbaycan münbit idi. Ən çox dayanacaqları və istinad edəcəkləri avanqard qüvvə isə məhz, işğal bölgəsindən çıxan travmalı gənclik oldu.

     

    Biz bunun altından necə qalxacağıq? Məncə, ən doğru yol dövlətin öz vətəndaşına sahib çıxmasıdır. Əgər bu 22 ildə Azərbaycan dövləti hələ formalaşırdısa (nəzərə alsaq ki, Azərbaycan özü də gənc respublikadır və eyni travma ilə böyüyürdü), bu gün artıq ayaqları üstündə dura biləcək gənc dövlətdir. Bütün səhvləri nəzərə almaqla, boşluqları doldurmaqla bir dövlət istənilən problemin öhdəsindən gələ bilər. Yetər ki, istəyək. Yetər ki, hamımız istəyək!

     

    P.S. Bir neçə ay öncə “Qonşuların savaşı və barışı” adlı bir yazı yazmışdım. Həmin yazıdan bir hissəni təkrarlamağı  uyğun bildim:
    “Bu gün tez-tez səslənən dostluq şüarları, xalqların günahının olmaması fərziyyəsi absurd bir məntiqə söykənir və siyasi cəhətdən ciddi analiz edilməmiş populist çıxışlardır. Bu, ona bənzəyir ki, qatilə bəraət qazandırmaq üçün vəkil onun günahkar olmadığı, qətlin sifariş edildiyi iddiasında bulunur. Halbuki qatil bütün hallarda günahkardır. İllərdir erməni ziyalıları, dindarları, fəhlələri, kiçiyi-böyüyü “türk düşməndir” şuarı ilə qidalanır. Bu psixologiya ilə yaşayan xalq birmənalı şəkildə ondan cinayət aləti kimi istifadə olunmasına zəmin yaradır.
    Təfəkküründə başqa bir etnosa qarşı patoloji nifrət bəsləyən ermənilər sifarişçi kim olursa-olsun, bu savaşın əsas günahkarlarıdır”.

    Yazarın arxivi