Xəbər lenti

  • 2017-03-24
  • 11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    11:34 Eyro: "Status-kvo vəziyyəti ağırlaşdıran siyasi seçimdir”
    11:16 "Atatürk ailəmə hörmət etməsə də..."
    10:58 "16 apreldən sonra çox sürprizlə qarşılaşacaqsınız"
    10:44 Vestminster körpüsü yenidən istifadəyə verildi
    10:27 Tramp yük maşını sürərsə... - VİDEO
    10:15 Düşmən mövqelərimizi 109 dəfə atəşə tutub
    09:56 Erməni hərbçilərin maşını qəzaya düşdü: 10 yaralı
    09:43 Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı
    09:30 Sabahdan mazut gömrük rüsumundan azad olunacaq
    09:15 ABŞ-ın İsraildəki səfirinin adı bəlli oldu
  • 2017-03-23
  • 23:40 Bağırsaqları ziyanlı maddələrdən təmizləməyin üsulları
    23:20 Evlilik proqramlarının aqibəti necə olacaq?
    23:00 Azərbaycan Ukraynaya səyyar hospital bağışlayacaq
    22:40 Azərbaycanda 5 minə yaxın eşşək yoxa çıxdı
    22:20 Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib
    22:00 Prezident qızları: Ataları kimi güclü və nüfuzlu
    21:40 İran, gəmilərin körfəzdə sərbəst hərəkətinə təhlükə yaradır
    21:20 Yük maşınları niyə Rusiya sərhədində ilişib?
    21:00 Lənkəranda silah-sursat tapılıb
    20:40 Rusiya "Eurovision" müsabiqəsini yayımlamayacaq
    20:20 "Petkim"in rəhbərliyinə yeni təyinat olub
    20:00 Belçikada terror aktına cəhdin qarşısı alındı
    19:45 Müdafiə naziri ön xətdə olub
    19:22 Ötən illərin Novruzları- FOTOLAR
    19:00 İŞİD Londondakı terrorun məsuliyyətini üzərinə götürdü
    18:45 Apple qırmızı rəngdə iPhone7 buraxıb
    18:30 Keşniş toxumunun faydaları
    18:00 IV İslam Həmrəylik Oyunlarının təbliğat kampaniyasına start verilib
    17:45 Gürcüstandakı həmyerlilərimiz hökumət strukturlarında təcrübə keçəcəklər
    17:30 Moldova MDB PA-nın iclasında iştirakdan imtina edib
    17:15 Londonda terror aktını britaniyalı törədib
    17:00 Kambocalı körpələrin süd payını Amerika bəbələri yeyir
    16:45 Londondakı teraktla bağlı 7 nəfəri saxlanıldı
    16:30 Manatın təzədən özünə gəlmək şansı var?
    16:15 Pakistan Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır
    16:00 Bahalaşmaya göz yummaq olmaz
    15:45 Rusiya səfiri Türkiyə XİN-ə çağırıldı
    15:30 Şimali Koreyanın Türkiyədəki mülkiyyəti dondurulacaq
    15:15 Cem Yılmazın yeni filmində kimlər olacaq?
    15:00 Azərbaycan Gürcüstana qaz ixracını 22 faiz artırıb
    14:45 Erməni general Azərbaycanı snayperlərlə hədələdi
    14:30 Sarkisyan Lapşinin ekstradisiyasına mane ola bilməyən səfiri cəzalandırdı
    14:00 Almaniya millisi Bakıya qələbə ilə gəlir
    13:45 Daun sindromunu hamiləlikdə yoxlayın
    13:30 Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb
    13:15 Diversantlar Ukraynanın ən böyük silah-sursat anbarını partlatdı
    13:00 Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq üzrədir
    12:45 Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib
    12:30 Londonun müsəlman merinin sözləri narazılıq yaratdı
    12:15 Britaniyada bayraqlar endirildi
    12:00 Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb
    11:45 ABŞ İŞİD-in arxasına qəfil desant atdı
    11:30 Cəbhə bölgəsində yenə atəşkəs pozulub
    11:15 Rəsmi Bakı Londondakı teraktı kəskin şəkildə pislədi
    11:00 Rusiya ilə dialoqu davam etdirmək vacibdir
    10:45 Norveç səfiri Türkiyə XİN-ə çağırılıb
    10:30 Azərbaycan Ekoloji Fəaliyyətinə görə 31-ci olub
    10:15 Britaniya terror təhlükəsi səviyyəsini yüksəltməyəcək
    10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    02
    10:40:00
    Noyabr
    1175 nəfər oxuyub

    Gələcəyi deyil, hüzuru seçən Türkiyə

    Türkiyədəki son seçkilər siyasi partiyalara iki şeyi sübut etdi.

    1. Siyasi iqtidara sahib olmaq üçün xalqın psixologiyasını onu manipulyasiya edəcək qədər gözəl bilməlisən.

    2. Əhalinin savadlı qisminin savadsız qismindən az olduğu toplumlarda iqtisadi hüzura oynamaq- qələbəyə aparır.

    Sözsüz ki, Ərdoğan artıq 10 ildən çoxdur ki, liderliyini az-çox qoruyub saxlaya bilir və iyun seçkilərində xarizmasına dəyən zərbə ilə barışmadı. Əminliklə koalisiyadan imtina oyunu oynadı və ikinci seçkiyə getdi.

    Nədən bu qədər əmin idi ikinci seçkidə qalib gələcəyinə? Fikrimcə, bu güvən Ərdoğanın Türkiyə seçicisini yaxşı tanımasından irəli gəlirdi. Kimdi Türkiyə seçicisi? Artıq neçənci onillikdir etnik zəmində gedən savaşlardan yorulan, iqtisadi durumu indi-indi sabitləşən, ucqar kəndləri ilə şəhərləri arasında kəskin mədəni fərq olan, dini və radikal siyasi baxışlarına görə parçalanmış bir elektorat. Əlbəttə ki, Türkiyə Cumhuriyyətinin əsas uğurlarından biri o idi ki, elm inkişaf edib, dünya səviyyəli alimlər yetişib, dünyanın ən aparıcı incəsənət şedevrləri arasında türk sənətkarlarının əsərləri də yer alıb. Türkiyə tibbinin nailiyyətləri də göz qabağındadır. Dünyanın nüfüzlü universitetləri arasında Türk universitetləri də önəmli yer tutur. Bütün bu göstəricilər Türkiyə əhalisinin bir qisminin geniş təhsil sahibi və deməli, azad fikir sahibi olduğuna dəlalət edir. Lakin Türkiyə böyük bir dövlətdir, əhalisi 70 milyonu keçir. Onların böyük qismi yüksək savada malik deyil. Daha dəqiq desək, yalnız məcburi orta məktəb təhsili var. Bu təbəqə üçün nə önəmli ola bilər? Təbii ki, yaxşı təminatlı iqtisadi və hərbi hüzur. Ərdoğan və partiyası hakimiyyətə gəldiyi ilk illərdən, məhz, bu məsələni qabartdı, əhalinin bu qismini tibbi sığortasından tutmuş ən ucqar kəndlərinə belə avand yollar çəkmək, təbii qaz və sair infrastrukturla təmin etmək kimi şirnikləndirici addımlar atdı. Eyni zamanda yalançı atəşkəsə də nail oldu.

    Bu və ya digər dərəcədə kürd separatçıları ilə siyasi dioloq “qurdu”.

    Son seçkilərdə Ərdoğan bir şeyin şahidi oldu: Türkiyənin fikir sahibi olan isimləri müəyyən qədər seçkiyə təsir etməyi bacarmışdı. Seçkinin nəticələri heç də AKP-nin ürəyincə deyildi. Əgər Ərdoğan yaydakı seçkilərin nəticələri ilə barışmış olsaydı, bu təsir get-gedə artacaqdı. Buna görə də o, daha radikal yola əl atdı, bir növ seçicini hədələdi. Ərdoğan əhaliyə göstərdi ki, onun mövqeyinin sürüşkən vəziyyətdə olması ölkəni yenidən kütləvi terrora və iqtisadi hüzursuzluğa sürükləyə bilər.

    Ərdoğanın yaratdığı qorxu hissi fikir adamlarının yaydığı azad cəmiyyət düşüncəsinə qalib gəldi. Türkiyə cəmiyyəti rahat yaşamağı sağlam və azad gələcək qurmaqdan üstün tutdu. Hətta əgər iyun seçkilərinə qədər AKP-nin güvəndiyi elektorat, əsasən, kasıb təbəqə idisə, son ayların olayları orta təbəqənin də müəyyən qisminin qorxuya düşməsinə səbəb oldu. Çünki istər orta, istərsə də, aşağı təbəqə dövlətdən kənarda özünü qoruma gücünə malik deyil. Dövlətin üst qurumunda baş verə biləcək sürüşmələr terrora və səbatsızlığa gətirib çıxarda bilərdi. Ərdoğan da elə bunun mesajını verdi cəmiyyətə.

    Cəmiyyət də bu mesajı aldı və bu gün Ərdoğana cavab verdi.

    Niyə ancaq Ərdoğanın adını çəkirəm?

    Çünki  prosesi Davudoğlu deyil, məhz, o idarə edirdi. Seçki prosesi ərzində  partiyasını yeniləyərək qazandı.

    Baxın, seçim dəyərləndirməsində Kılıcdaroğlu nə dedi: terror hər şeyin önünə keçdi.

    Təəssüfedici bir haldır. Türkiyə regionun ən, daha doğrusu, yeganə inkişaf etmiş dövlətidir. Bu gün türk toplumunun gələcəyi yox, hüzuru seçməsi onu passiv və düşünməkdən qorxan bir kütləyə çevirə bilər. Özünə işıq sala bilməyən Türkiyə ətrafını da işıqlandıra bilməz. Ümid edək ki, seçkilər cəmiyyətin çox passivləşməsinə səbəb olmayacaq. Terrorun təsirindən ayılan toplum yenidən özünün sağlam gələcəyi haqqında düşünəcək. Sağlam qərarlar görmək ümidi ilə...

     

    P.S. Bu gün iki qardaş ölkədə seçki prosesi baş tutdu. Türkiyədə seçki keçirildi, Azərbaycanda təşkil olundu.

    Əgər birincini təhlil edib, nəticə çıxardıb ümid bəsləmək mümkündürsə, ikincisi bir cəmiyyətin deqradasiyasından xəbər verir və sözün bitdiyi yerdi.

     

    Yazarın arxivi