Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    13
    10:40:00
    Noyabr
    989 nəfər oxuyub

    Boş qalmış meydan

    Bu gün İran əlaltılarının meydanda at oynatması və eyni zamanda Azərbaycan siyasi partiyalarının və xüsusən də müxalif düşərgənin buna loyal yanaşması acı bir həqiqətdən xəbər verir:  ölkədə ideoloji boşluq var və bu boşluq cəmiyyətlə siyasətçilər arasında uçurumu dərinləşdirir. Məhz, bunun nəticəsidir ki, müxalif qüvvələrin icazəli mitinqləri belə fiaskoya uğrayır. Son günlərdə Güneydə baş verənlər isə Quzeydəki ideoloji boşluğu qabarıq şəkildə üzə çıxartdı. 


    Sual yarana bilər.  Necə oldu ki, böyük bir hissəsi milliyətçi kəsimdən ibarət olan müxalifət bu gün İranın əlöpənlərini müdafiə edir, amma Cənubi Azərbaycandakı hadisələrə etinasız münasibət sərgiləyir? Paradoksal olsa da, faktdır: son 15 ildə müxalifət düşərgəsində baş verən bütün hadisələr bir-biri ilə zəncirvari bağlıdır. Cəmi 15 il bundan əvvəl böyük siyasi gücə malik və elektoratının çox hissəsi fədakarlardan ibarət olan, vaxtilə yüz minləri ətrafına toplayan müxalifət necə olur ki, bu gün yüz nəfərlik bir piket keçirə bilmir? Bəs hanı o fədakar insanlar? 


    Bu gün yaşanan maddi imkansızlıq və sair problemlər 2000-lərdə də vardı. Onda da müxalifət gül-çiçək içində bəslənmirdi. Fərq onda idi ki, o zaman insanların icində böyük bir inam yaşayırdı. Bu inamın hədəfi bir idi: apardığımız dava - millət və vətən üçündür. İdeoloji cəhətdən sarsılmaz, böyük  elektorat mövcud idi. Həmən insanlar toplanmaq üçün çağırış gözləmirdilər, çünki hər an liderinin yanında və hazır idilər. 


    Davalarını sevirdilər. 
    Davalarına inanırdılar. 


    Bu fədakar insanlar inanırdılar ki, lider hər zaman millətin mənafeyini qoruyur. Elçibəy bu tələblərə cavab verirdi. O, milyonları özünə inandırmışdı. Bu, cəmiyyəti radikal çııxışlardan qoruyurdu. Məhz, bu səbəbdən Azərbaycanda heç bir radikal dini qurum meydan sulaya bilmirdi. 


    1998-ci ildə Bütöv Azərbaycan Birliyi yaradılmışdı. Bu təşkilatın üzvləri olan gənclər təşkilatları Güneydə baş verən ən kiçik hadisə ilə baglı az qala hər həftə İran səfirliyinin önündə etiraz aksiyaları, piketlər keçirirdilər. Iran səfirliyinin əməkdaşları bəlkə də onların hər birini şəxsən tanıyırdı. 


    İran müxalifət lideri Elçibəyi də yaxşı tanıyır və gücünü bilirdi. Açıqlamlarında çox diqqətli olurdular. 


    Amma bu gun Bütöv Azərbaycan Birliyi susur. 

    Bilmirəm, bəlkə də öldüyü üçündür suqunluğu.  


    Ölülər ittiham olunmaz.

    İran da hər kəs kimi bunu görür.


    Elçibəy özündən sonra böyük bir elektorat qoyub getmişdi. İnamlı, fədakar. Davasına sadiq insanlar. Az maddiyyatla mübarizəsinə davam edən insanlar. Lakin zaman -zaman Elçibəyin siyasi mirasına sahib çıxmaq istəyən siyasi liderlər inam limitini bitirdilər. Şəxsi mənafeləri üzərində siyasi platforma quran, istənilən qüvvə ilə anlaşmaya gedən və bunu açıq şəkildə təbliğ edən müxalif siyasi liderlər, sözsüz ki, tənəzzülə uğrayaraq cəmiyyətdə ideoloji boşluq yaranmasına səbəb oldular. Bu boşluqdan da bir çox qüvvələr istifadə etdi, siyasi və dini qurumlar fəaliyyətə keçdi. 


    Meydan boş qalmışdı. 


    Bu gün İranın əlini öpənlər liderə çevrilirlər. Siyasi fəallıq göstərən gəncliklə işləyib onları öz tərəflərinə çəkirlər. 


    Halbuki meydanda intellektuallara daha çox ehtiyac var. Bütöv Azərbaycan davasına liderlik baxımından Elçibəydən sonrakı boşluğu bəlkə də heç kim doldur bilməz. Bunu sağlığında Elçibəy özü də yaxşı başa düşürdü. Odur ki, bütün ümidlərini yanında duran intellektual gəncliyə bağlamışdı. Düşünürəm ki, bu günkü ideoloji boşluğu da intellektual qisim yığışıb doldura bilər. Çünki intellekt olan yerdə quyruq bulayan tülkülərə yer olmur. 


    Cəmiyyətdə gedən bütün proseslərin avanqardı, adətən, intellektuallar və gənclik olur. 


    Davasından çəkilmiş intellektuallar! Meydan sizi gözləyir... 


    Gənclik isə həmişə sabaha iddialı olub. Amma onu da bu günümüzlə haqq etmək lazım.  


    Ən azından bu xalqın qarşısında.

     

    Yazarın arxivi