Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    27
    10:40:00
    Noyabr
    1401 nəfər oxuyub

    Aktivləşən Bombalar

    Son dövrlər aid olduğumuz geosiyasi regionda baş verənlər ürəkaçan deyil. Hadisələr  sanki iç-içə girib.  Suriyada başlanan ürəkağrıdıcı, hətta tükürpədici savaş bu və ya digər dərəcədə dini maska altında aparılırdı. 


    Heç sirr deyil ki, bütün dini terrorçu təşkilatların yaranmasında qərb, ya da İran birbaşa iştirak edib. 


    Yəni regionda baş verən bütün qanlı hadisələrdə adı çəkilən qüvvələr baş roldadır. Regionun qalan dövlətləri isə terrorla və savaşla üz-üzə qalmışdır.
    Ən çətin durumda olan ölkələrdən biri də sözsüz ki, Türkiyədir. Regiondakı bütün zəif, yardıma ehtiyacı olanların, xüsusən də, onlar türksoyludursa, umacağı və küsəcəyi yerdi Türkiyə. Çağdaş dünyanın bütün super güclərinin maraqlarının toqquşduğu bir yerdə qoruyucu qüvvə kimi çıxış etmək çox çətindir. Regionun ikinci  güclü dövləti olan İran isə əlbəttə ki, yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Başqa regionlarda uğurla həyata keçirdiyi terrorist təşkilatlanma İrana xüsusi zövq verir. Öz daxilində türklərə hər an partlayan bomba kimi baxan İran şimalda dini maska altında gizlənən tulalarını işə saldı. Uzun illər boyu Azərbaycanda yaranmış ideoloji boşluq bu şər dövlətinin yenidən aktivləşməsinə zəmin yaratdı.


    Xeyli müddətdir ki,  Azərbaycanın müxalifət düşərgəsində əsas milliyətçi kəsim pərən pərən düşüb. Dəfələrlə digər yazılarımda da qeyd etdiyim kimi, vaxtilə Bütöv Azərbaycan Birliyinin hər şənbə günü ideoloji təbliğat məqsədi ilə təşkil etdiyi tədbirlər güclü siyasi tərbiyəvi əhəmiyyət daşıyırdı. Saf, millətçi gənclər ilk addımlarını düzgün siyasi kursla atırdılar. Azərbaycanda nəinki İran,  heç bir yad qüvvə və dövlət ideoloji baxımdan at oynada bilməzdi. Heç bir qüvvə öz tulalarını burda yalançı qəhrəmana çevirə bilməzdi. 


    Lakin bu gün nəinki ideoloji boşluq var, həm də regionda böyük bir çaxnaşma yaranıb. Güney Azərbaycan artıq mexanizmi işə düşmüş bombaya bənzəyir. İranın kürkünə bit düşüb. Ona görə də əlinin altında olan bütün vasitələrdən istifadə edir. Vaxtı ilə ona düşmən olan cəbhəni indi özünə dost tutmağa çalışır. 


    Özünü psevdomüxalifətçi kimi tanıdan Taleh Bağırzadə  dövlət tərəfindən zərərsizləşdirilməsini  guya müxalif fikirli olması ilə əlaqələndirir. 
    Hökümətə qarşı narazılıqla dövlətə qarşı xəyanət qarışdırılır. 
    Bu gün sosial mediada səslənən fikrlər buna sübutdur. Bu qarışıq fikrlərin cəmiyyətdə yer almasında yalnız İrandırmı günahkar?  


    Müxalifətdə olan millətçi, yüksək intellektual, siyasi hazırlıqlı insanların həbsi, ölkədən çıxıb getmələri, maddi cəhətdən hədsiz dərəcədə sıxışdırılmaları meydanda alaqotlarının cücərməsinə səbəb oldu. 
    Normal siyasi mübarizənin yerini dövlətə və dövlətçiliyə qarşı yönəlmiş terrorist təşkilatlar tutmağa çalışır.  Amma İran iki  şeyi unudur: birincisi, Azərbaycan respublikası dövlətdir və onun təhlükəsizliyini qoruyan qurumları mövcuddur. İkincisi, maddi, mənəvi və siyasi cəhətdən  sıxışdırılmasına baxmayaraq Elçibəyin  (burada sadəcə “milliyyətçi mirası daşıyan insanlar” yazmaq istəsəm də, düşündüm ki, İran Elçibəy sözündən çox heç nədən qorxmur) siyasi mirasını daşıyan insanlar hələ ölməyib və meydanı da boş buraxmayacaqlar. 
    Ən ağrılı məqam odur ki, qan töküldü bu gün. İran, qismən də olsa, məqsədinə çatdı. Azərbaycan sərhədlərini rəsmən keçməyə cəsarət etməyən, edəndə də dərhal Türkiyə tərəfindən burnu əzilən İran ölkəmizə soxulmağın ən doğru yolunu buldu öz aləmində, Tale Bağırzadələrin burda çox iş görə biləcəyini düşündü.  Necə olsa, Türkiyənin başı qarışıqdır, istənilən qığılcım Azərbaycanı alovlandıra bilərdi. 
    Bu gün baş verən faciəvi hadisələrə baxmayaraq deyə bilərik:  yaxşı ki, hər şeyin qarşısı əvvəldən alındı. 


    Azərbaycan polisinə, məhz, bu günə görə Təşəkkürlər. 


    Nardaran  Azərbaycanın parçasıdır, burda Azərbaycan qanunları işləyəcək və Azərbaycan bayrağı dalğalanacaq. 
    Ümid edirik ki bu hadisədən sonra nardaranlılar doğru nəticə çıxaracaq və hökumətə qarşı haqlı narazlıqlarını dövlətə qarşı olan hisslərlə qarışdırmayacaqlar. 
    Lakin hadisədən təkcə nardaranlılar deyil Azərbaycan höküməti də nəticə çıxarmalıdır. Nardaranlıların İranın təsiri altından çıixıb Azərbaycan vətəndaşı olması üçün polisdən sonra təhsilin o kəndə girməsi lazım. 

    Yazarın arxivi