Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    03
    10:40:00
    Aprel
    2281 nəfər oxuyub

    Barış savaşın son nöqtəsidir

    Prezident İlham Əliyevin Amerika səfəri nəticəsiz qalmamalı idi və qalmadı. Aydındır ki, son dövrdə ümumilikdə regionda baş verən siyasi hadisələr, dəyişən geopolitik vəziyyət Azərbaycandan da yan keçməyəcəkdi. Azərbaycan tərəfini seçməli idi və seçdi. Rusiya da öz reaksiyasını ləngitmədi. Kerri ilə görüşdən cəmi bir neçə saat sonra ağır, qanlı döyüşlər başladı.

     

    Bir şey məlumdur ki, Azərbaycan ordusu döyüşdə düşmənə lazımi cavabı verə biləcək gücə malikdir. Düşmənin artıq rahatlıqla bir-bir rayonlarımızı isğal etmək kimi niyyətləri, sözsüz ki, daşa dəyəcək.

     

    Lakin ortaya bir sual çıxır:  Azərbaycan cəmiyyəti də Azərbaycan ordusu qədər döyüşə hazırdırmı? Iki gündür başlayan döyüşlərə reaksiya sosial şəbəkələrdə daha aydın görünür. Şübhəsiz ki, cəmiyyətin böyük əksəriyyəti uşaqdan böyüyə həyacan içindədir. Ancaq bu həyacan özünü müxtəlif şəkildə göstərdi. O, bəzilərini ruhlandırdı, qanadlandırdı, vətən deyib bir çoxları öz şəklini Azərbaycan bayrağına bürüdü. Bəzilərinin isə reaksiyası sırf qorxu hissinə bağlandı. Bu qorxu hissini "humanizm, bəşəri sevgi, insan həyatının yüksək dəyəri" kimi şüarlarla ört- basdır etdilər. Amma dogrusu budur ki, ikinci qrupa daxil olan insanlar müharibə adı gələndə ölüm qorxusu keçirirlər, panikaya düşürlər, isterikaya qapılırlar.

     

    Təbii ki, heç bir normal insan müharibənin başlamasını istəməz. Müharibə özü ilə sonsuz fəlakətlər gətirən bəladır. Bəli, biz bu iki gündə 12 şəhid verdik. Onların ata- analarını da düşünsək, bu, 36 can edir. Onlar üçün göz yaşı axıdan da bizlərik. Onlar üçün qan tökməyə hazır olan da bizlərik. Lakin çoxları başa düşmür ki, savaşın nə səbəbkarı, nə də onu başladan bu gün savaş tərəfdarı olan soydaşlarımız deyil - Rusiya və Ermənistandır. Dünənki qanlı döyüşləri də biz başlamadıq.

     

    Ancaq isterikaya qapılanlar bir şeyi unudurlar: biz savaşın başlamasını yox, bitməsini istəyirik və  acı həqiqətdir ki, istənilən savaş yalnız savaşla bitir. Barış savaşın son nöqtəsidir. Əgər bu konfliktin barış nöqtəsinə çatmamışıqsa, deməli, savaş bitməyib.

     

    Bu qanı biz tökmürük, ölən də günahsız erməni deyil, əlində silahla gələn rus və erməni əsgərləridir. Onlar onsuz da bizi öldürməyə gəliblər - biz onlara qarşılıq versək də, verməsək də, qanımızı axıdacaqlar. Necə ki, Xocalıda etdilər.

     

    Odur ki, müharibə isterikasına düşənlərə bir cavabımız var: Bəli, biz savaş istəyirik. Savaşı bitirmək üçün, barışa qovuşmaq üçün savaş istəyirik. Bizi barişa aparmaq üçün savaşan əsgərlərimizə də “Var olun!” deyirik.

    Yazarın arxivi