Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    06
    10:40:00
    Sentyabr
    1511 nəfər oxuyub

    NATO Zirvəsi və ya İŞİD-in silah qaynaqları hardandır?

    Son günlərin gündəmi olan NATO zirvə toplantısından gözlənilənlər çox idi. Lakin təəssüf ki, o, problemləri çözən zirvə olmadı. Tam tərsinə. Zirvədə baş verənlər bizə xəbərdarlıq edir ki, narahat olmalıyıq. 


    Niyə və Nədən?? 


    Öncəliklə “biz niyə NATO-dan nələrsə gözləyirik” sualına cavab verək. 
    Biz “ən böyük və ağrılı problemimiz- “Qarabağ” məsələsi NATO-nun zirvə toplantısında müzakirə olunur” deyə sevinirik və onun, dünyanın supergüclərinin olduğu koalisiyada həll oluncağını düşünürük.  Çünki Qarabağ probleminin həlli bizə artıq hava-su kimi lazımdır. Amma dünyanın  çox önəmli nöqtələrində problem içində olan ölkələr var və  onların problemləri Qarabağdan daha böyükdür. Onlar həllini tapmadıqca biz hər gün bir az da tədirgin oluruq. Bəs, bu super güclər əksəriyyəti sərhəd qonşuları olan  ölkələrdəki problemləri niyə çözə bilmirlər? Belə vəziyyətdə bizim Qarabağla bağlı nəsə gözləməyimiz məntiqlidirmi?


    Həmin ölkələrə nəzər salaq


    Ukraynadan başlayaraq Gürcüstana, İraqa, Suriyaya, bir az coğrafiyanı dolaşsaq, Fələstinə və Avropanın göbəyində olan Bosniyaya qədər (hərçənd Bosniya problemi bir qədər həll olunmuş kimi görünür) hamısının ciddi problemləri var. Avropa hazırda bu problemlərin həllində çətin imtahandan keçir . Hələ ki, nə NATO, nə də Avropa Birliyi heç nəyi çözmək bacarığına sahib deyil. Avropa Birliyi bu gun Ukraynadakı problemləri həll edə bilmir, Gürcüstandakı problemləri çözmədi. Halbuki bunlar onun lap yanındakı ölkələrdi. Orta Şərqdə yaşanan problemləri də çözməkdə çətinlik çəkir, çünki cəsarətli siyasət tətbiq edə bilmir. Ukraynada, Suriyada böhran yaşanır, Avropa və  NATO seyr edir. İraqda böhran var, onlar yenə seyrçidir. Niyə? Yenə deyirəm: çünki böhranı həlletmə bacarıqlarını itiriblər. Bu bir ittiham deyil. Müşahidə qabiliyyəti güclü olan hər kəs bunu təsdiqləyər. Bir vaxtlar Əfqanıstanda tətbiq olunan model (Əl-Kaidə və Taliban) indi İraq və Suriyada sınaqdan çıxarılır. Bu dəfə İŞİD adı altında. Diqqət edin. Bu bölgədə nizami ordular qalmayıb. Döyüşənlərin hamısı terror təşkilatlarıdır. İraq ordusunun varlığı ilə yoxluğu bəlli deyil. Bölgədə gəlmə təşkilatlar, ya da gəlmə əsgərlər savaşır. Bir neçə il əvvəl Əfqanıstanda da eyni modeli meydana buraxmışdılar. Ancaq Əfqanıstan bir az uzaqda olduğu üçün gündəmi o qədər də tutmurdu. İllər keçəndən sonra Əfqanıstandakı təşkilatların kim tərəfindən qurulub idarə olunduğu hamıya məlum oldu. ƏL-Kaidənin, Talibanın arxasında Amerika və MKİ –nin dayandığını artıq amerikalılar da qəbul ediblər. Usama bin Ladenin kim olduğu, pulu hardan qazandığı daha gizli deyil. İndi eyni şeylər İŞİD-lə yenidən həyata keçirilir. Dünyanın fərqli yerlərindən bir sürü legioner, peşəkar əsgərlər- daha doğrusu, peşəkar qatillər həmin bölgəyə toplanıb. Sayları-hesabları da məlum deyil. Çox güclüdülər, çox silahlıdılar. İndi Avropa da, NATO da deyir ki, hərbi müdaxilə etməyəcək, sadəcə İŞİD-lə vuruşan ölkələrə silah verəcək. 


    Yaxşı, onlara silah verirsiniz, bəs İŞİD-in silah qaynaqları hardandır? 


    Odur ki, məncə, koalisiya qurmaq və s. problemi nəinki həll etməyəcək, hətta onun müddətini uzatmağa və daha da dərinləşdirməyə səbəb olacaq. İŞİD müvazinəti pozduğuna görə qarşı tərəfə silah verirlər. Bu, İran-İraq müharibəsini xatırlatmağa başlayır. Onda da hər iki tərəfə silah verdiklərinə görə müharibə səkkiz il çəkmişdi. İndi isə İŞİD-lə savaşanlara silah verilir, amma hərbi müdaxilə edilmir. Bu o deməkdir ki, İŞİD böhranı hələ uzun müddət davam edəcək. Tapılan çözüm savaşı bir an əvvəl bitirməyə yox, sadəcə döyüş bölgəsində tərəflər arasındakı tarazlığı qorumağa hesablanıb. İki bərabər güc bir-biri ilə savaşsa, bu savaş çox uzun çəkər. Bütün bu sadaladıqlarım, yaxın tarixə nəzər salmağımızın anlami o idi ki, bu NATO zirvə toplantılarına çox bel bağlamaq, ümid bəsləmək lazım deyil, dostlar… 
    Demək ki, bizim gözümüz yenə də özümüzə dikilməlidir…

     

    Yazarın arxivi