Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    22
    10:40:00
    Sentyabr
    1645 nəfər oxuyub

    Avropa "ailəsindən" Türk "ailəsinə"

    Son bir neçə ayda, az qala, bütün dünyanın başı İŞİD-ə qarışsa da, şotland xalqının referendum kecirməsi xəbəri və bu prosesin sonucu kimi müstəqil dövlət olmaqdan könüllü imtina edib, Böyük Britaniya Krallığının tərkibində qalmağı seçməsi müsbət mesajları ilə dunyanı silkələdi. Şotlandların bu addımının tarix üçün nə qədər əhəmiyyətli olduğunu anlamaqdan ötrü Yer kürəsində əsrlər boyu sürən, indi də davam edən torpaq, müstəqillik uğrunda müharibələri, tökülən qanları xatırlamaq kifayətdir. Şotlandiyada baş verənlər haqda dunyanın bütün öndə gələn KIV-ləri yazdılar, şərhlər verdilər, müxtəlif mövqelər səsləndirdilər. Amma bu mövzuda bizi düşündürən başqa məsələlərdir. Təbii ki, bu hadisənin müsbət, insani mesajları da var. 

    Əsas mövzuya keçmədən öncə qeyd edim ki, Böyük Britaniya Birləşmiş Krallığı 1801-ci ildə dörd kiçik dövlətin- İngiltərə, Şotlandiya, Uells və İrlandiyanın birləşməsindən doğulub. Buna görə də Birləşmiş Krallıq adlanır. Əlbəttə, zaman keçdikcə “ayrılaq, müstəqil olaq” kimi fikirlərin yaranması, bunu müdafiə edən insanların olması normaldır. Çünki krallıq öz vətəndaşları üçün demokratik bir cəmiyyət qurmuşdur. İnsanları azaddırlar, istədiklərini əldə edə bilirlər və azad cəmiyyətdə yaşayırlar. Bu da bir millətin mədəni, sivil inkişafına xidmət edir. Onlar öz müqəddaratlarını, talelərini həll etmək iqtidarındadırlar. Ancaq necə olur ki, Böyük Britaniya Krallığı belə bir problemlə qarşılaşır və dərhal ona demokratik çözüm tapa bilir, başqa ölkələrdə isə bu kimi problemlər illərlə uzanır və həlli hələ də tapılmır. Bu sadəcə bir demokratiya məsələsidirmi? Kəsinliklə xeyr! Qərb özündə rahat şəkildə çözdüyü problemlərin başqa ölkələrdə də həllinə qəsdən əngəl yaradır, hətta bəzən bu yolla özü savaş ocaqlarını alovlandırır. Belə savaş ocaqları olan ölkələrin adlarını bir-bir sadalamağa ehtiyac yoxdur. Türkiyədəki problemlərə diqqət yetirin, bəs edər. Niyə Türkiyə onun inkişafına mane olan bir problemi həll edə bilmir? Niyə ora hələ də savaş ocağı kimi qalmaqdadır? Kürdlər pulu, silahı hardan alır? Əllərinə silah verib, pul basdılar ki, döyüş! Amerika və Avropaya həm də silah satmaq lazımdır. Avropa, təbii ki, şotlandları qızışdırıb silah verməz əllərinə. Qan ocaqlarını öz məkanında alışdırmayacaq ki?! Qan harda lazımdırsa, orda axıdılır. Əfqanistanda, İraqda savaş yaradırlar ki, silah sata bilsinlər. Belə savaş ocaqlarını Türkiyədə də, başqa yerlərdə də yaratmaq lazımdı onlara. Demokratiyanın məsələyə dəxli yoxdur. Əvvəla nə Amerika, nə də Avropa gəlib bizə demokratiya ixrac etməyəcək! Demokratiyanı, demokratik cəmiyyəti biz özümüz qurmalıyıq. Sadəcə Qərbin demokratik institutlarından təcrübələrindən faydalanmaq olar.  Bunda da Avropa maraqlı deyil. Niyə? Bax, “ikili standart” siyasəti deyirik. Budur ikili standart. Şotlandiya məsələsi də savaşla, qanla nəticələnə, illərlə uzana, həlli olmayan problemə çevrilə bilərdi, amma imkan verilmədi. Nədən? Çünki “Avropa ailəsi” deyə bir siyasi termin var. Şotlandların məsələsi göstərdi ki, bu sadəcə adi termin deyil. Bəli, avropalılar öz ailələrində olan problemləri çözə bildilər. Əksi olsaydı, Avropa Birliyi elə bir zədə alardı ki, bütün dünyanın düzəni pozulardı. Şotlandiyanın müstəqillik referendumundan sonra İtaliyanın Şimal hissəsi, Fransada bretonlar, İspaniyada kataloniyalılar və basklar, Belçikada flamandlar da “müstəqillik istəyirik” deyə sıraya düzülə bilərdilər və bu nəticə Avropa Birliyini sözün əsl mənasında çökdürərdi. Nəhayət, Şotlandiyanın da təbii sərvətləri var. Britaniya onları itirməmək üçün problemi böyüdə, silahlı toqquşmalara qədər uzadardı. Odur ki, Avropa ölkələri bu məsələyə son dərəcə həssaslıqla yanaşdılar. Referendum bitər-bitməz NATO-nun baş katibi Rasmussenin açıqlaması, ABŞ prezidenti Obamanın mövqeyi prosesin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Deməli, bu referendumda təkcə Şotlandiyanın yox, bütün Avropanın taleyi həll olundu. 

    Bunları yazmaqda məqsədim heç də Avropanın zərərli bir yer olduğunu demək deyil. Əksinə, insan anlayışına yüksək dəyər verilən bir yerdi, amma öz sərhədləri içərisində. Bizləri də yaxın buraxmırlar, ona görə ki, demokratik cəmiyyət qurmamızda maraqlı deyillər. Belə olan halda biz nə etməliyik? Güclü olmaq lazımdır! Bu baxımdan da biz və digər türk dövlətləri, əlimizdən gələni edərək ya təcili “Avropa ailəsi”nə daxil olmalıyıq, ya da özümüz yeni bir ailə- “Türk Dövlətləri” ailəsi yaradıb, güclərimizi birləşdirməliyik ki, ən azından, bizim ərazilərdə, bizim insanımızın üzərində istədikləri oyunu oynamasınlar.

     

    Yazarın arxivi