Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    13
    10:40:00
    Oktyabr
    1613 nəfər oxuyub

    Dövlətçilik ənənəsi, yoxsa məzhəbçilik?

    Bu yaxınlarda millət vəkili Fazil Mustafanın Azərbaycanda dövlətçilik ənənəsinin tarixindən və perspektivlərindən bəhs edən “Bütöv Azərbaycan ideyası: tamam, ya davam?” adlı məqaləsi dərc edilib. Təbii ki, yazının adı məni cəlb etdiyi üçün həmən oxumağa başladım və böyük təəssüf hissi keçirdim. Amma bu yazı təəssüf hissi haqda deyil. Birbaşa müəllifin “Bütöv Azərbaycan” ideyasının illüziya olduğunu arqumentlərlə sübut etməyə çalışmasına yönəlik fikirlərimdir. Çünki bu mənim üçün çox həssas bir movzudur. Sadəcə oxuyub keçə bilmərəm. Sayın Mustafa mövzudan xəbərsiz olanlar üçün çox ciddi arqumentlər gətirirmiş kimi görünməyə çalışır.

     

    Öncə vurğulayım ki, Fazil bəy kifayət qədər mütaliəli və öz üzərində çalışan biridir və təbii, hər hansı mövzunu arqumentləşdirmək, məntiqlə əsaslandırmaq qabiliyyəti yetərincədir.

     

    Ancaq bu dəfə özünün sözü ilə desək, elə sürətlə dəyişməyə başlayıb ki, ciddi boşluqlar buraxdığının fərqinə varmır. Ya da düşünmür ki, yeni ideyasını- məzhəbçilik dini dünyagörünüşünü bəlli etmək üçün bu qədər tələsməyə ehtiyac yoxdur. Bəlkə bu məqalə mövzudan xəbərsiz olanlara millətin tarixi haqqında tutarlı, doğru fikirlər kimi görünə bilər. Amma Azərbaycanın tarixini, dövlətçiliyimizin, “Bütöv Azərbaycan” ideyasının yaranma şərtlərini bilən hər kəs müəllifin, fikrini isbat etməyə çalışarkən Rəsulzadə və müstəqillik ideyaları ilə manipulyasiya etdiyini dərhal anlayır. Yazarın dediklərindən belə çıxır ki, sözügedən ideyanı günümüzə daşıyan və məşhurlaşdıran Əbülfəz Elçibəy bizim İrana bənzəməyimizi, şiəçiliyi seçməyimizi istəyirmiş, əsas ideyası səfəviliyi bərpa etməkmiş. Və Fazil bəyin də dini-fəlsəfi dünyagörüşü zəif olduğu üçün illərlə bunları tam mənası ilə anlamayıb. Bir dost kimi xatırladım ki, Elçibəyin özünün bu movzularda cıxışlarında və yazdığı “Bütöv Azərbaycan yolunda” kitabında da vurğuladıgı bir fikir olub: Müsavatçılıq ideologiyası əsasında qurulmuş Vahid Azərbaycan dövləti.

     

    O ki qaldı Fazil Mustafanın əsrin əvvəlləri ilə bağlı  arqumentlərinə... Sual olunur: Məmməd Əmin Rəsulzadə Bütöv Azərbaycan ideyasından nə zaman vaz keçmişdi? Məgər sovet qoşunları Təbrizə girəndə Rəsulzadə Stalini Cənubi Azərbaycanın, nəhayət ki, Şimala birləşəcəyinə ümid bəslədiyi üçün təbrik etməmişdimi? Bəli, məhz, Cənubun Şimala birləşəcəyi üçün. Və qoşunların geri çəkildiyi barədə xəbərlər gələndə də buna görə çox məyus olmuşdu. Rəsulzadə bu barədə kifayət qədər yazıb. Qaldı ki Rəsulzadənin Şimalda dovlət qurmağına.. O, demokratiya və dövlətçilik ideyalarını ona görə Şimalda reallaşdırmışdı ki, tarixi məqam burda yetişmişdi. O da bundan istifadə etdi və Cumhuriyyəti burda qurdu. Amma heç vaxt Təbrizdəki Azadlıq Hərəkatına inanmaqdan, arzularını orda da gerçəkləşdirmək fikrindən vaz keçmədi. Üç dəfə “Azərbaycan” deyib gözlərini əbədilik yuman adam şiə və sünniliyə görə qan qardaşlarını, vətənini bölərdimi? Gələk günümüzə. Əgər problem məzhəb fərqidirsə, Şimali Azərbaycan əhalisinin də böyük faizi məhərrəmliyi qeyd edir. Belə çıxır ki, biz onları vətəndaşlıqdan məhrum etməliyik?

     

    İnsanların səhvlərini təbliğat vasitəsilə başa salıb, qüsurlarını təhsil vasitəsilə islah edirlər. Bizim missiyamız da bu olmalıdı. Cənubda yaşayan soydaşlarımız şiə olduqlarına, əsrlərlə İran əsarətində yaşadıqlarına görə məcburən oranın əxlaq, düşüncə kodlarını mənimsəyiblər deyə biz onlardan imtina etməliyik? Bu necə məntiqdir, necə yanaşmadır?

     

    Digər tərəfdən deyək ki, vaxtilə biz model olaraq utopik bir dövlət sevdasına düşmüşdük. İndi iqtisadi və siyasi cəhətdən möhkəmlənən, real bir dövlət qururuq. Bir ölkənin düzgün inkişafı gələcəkdə onun sərhədlərinin genişlənməsinə və möhkəmlənməsinə imkanlar acır. Biz bundan niyə vaz keçməliyik? Niyə o geridə qalmış, İran əxlaqını mənimsəmiş xalqa sahib çıxıb beş yaşından başlayaraq doğru və keyfiyyətli təhsil verərək yeni gənc nəsil, müstəqil, Bütöv Azərbaycanın vətəndaşlarını yetişdirməyək?

     

    Müəllifin başqa bir arqumentini götürək. Deyək ki, Gülüstan, Türkmənçay müqavilələri Azərbaycanın xilası olub, hansı ki əslində çox səhv fikirdir, müzakirəyə belə açılmaz. Kim deyə bilər ki, əgər parçalanma olmasaydı, bu gün Azərbaycan necə dövlət idi?  Bəlkə çox böyük bir dövlət olardı və  Qarabağ müharibəsi də baş verməzdi? Yəni olayların başqa cür də inkişafını düşünək. Odur ki, birmənalı fikir yürütmək insanları çaşdırmaqdan başqa heç nəyə xidmət etmir.

     

    Amma yenə də müəllifin məntiqini qəbul edək və deyək ki, İranın əlindən qurtarıb bizi. Tutaq ki, belədir. Onda niyə biz indi güclü və qüdrətli dövlət olaraq qan qardaşlarımızı da o əsarətdən xilas etməyək?

     

    Və ya məqalədə Azərbaycanın keçmişdə imperiya ənənələrinin olmamasından söz açılır. “Yer üzündəki bütün dövlətlər imperiya ənənəsinə malik olmalıdır” - deyən bir aksiom yoxdu, axı. Məgər İsrailin imperiya ənənəsi var? Onda İsrail oz gücündən, dövlətindən imtina etsin ki, mənim imperiya ənənəm olmayıb. Əvəzində ərəblərin imperiya ənənəsi- nəhəng Xilafəti olub. İndi düşdükləri vəziyyətə baxın.

     

    Səttarxanın, Pişəvərinin xidmətlərini kiçiltmək və agent kimi göstərmək isə heç doğru deyil. Səttarxan nə vaxt İranın tərkibində qalmaq istəyib? Bunlar hamısı tarixi hadisələrdi, faktlardı. Niyə tarixi başqa istiqamətə yönəltməyə çalışırsınız? Biz türklər bir əsrdə iki dəfə İran şahına qarşı çıxmışıq. Cumhuriyyət qurulub. Buna göz yummaq nə deməkdi? Bunu agent işi adlandırıb millətin dəyəri, mayakı olan şəxsiyyətləri aşağılamaq heç bir məntiqə sığmır və yolverilməzdir.

     

    Helmut Koldan misal gətirirsiniz. Kol alman franklarını Qorbaçova millətçilik hissinin təsiri ilə ötürmürdümü? 20 yanvarda şəhid olanlar necə? Öyrədilib tankın qabağına çıxmışdılar? Yoxsa dəyər verdiyiniz Nuru Paşa Bakıya içindəki türk milliyəti sevdası ilə deyil, hansısa böyük gücün sifarişi ilə gəlmişdi? Meydana çıxan milyonlarla insandamı müstəqil dövlətini qurmağa KQB-nin sifarişi ilə gəlmişdi?

     

    Mən çox tarixi faktlar yaza bilərdim burda, amma gərək görmədim. Çünki soyuq faktlar insanlara hər zaman bir şey demir, bir şey vermir. Bir milləti millət edən, dövlət edən həm də insanlarının qəlbidir. Arada “Cəsur ürək” filminə baxın. Şotlandların tarixidir. Soyuqqanlı bir millətin tarixi...

     

    Və nəhayət mənəviyyatın və dövlətçiliyin ərazinin miqyasına dəxli yoxdu. Böyük -kiçikliyindən asılı olmayaraq istənilən dövləti var edən milli ideologiyanın düzgün təbliği, yeni nəslin əsl vətəndaş kimi yetişdirilməsidi.

     

    Məzhəb dünyagörüşünü milli dəyərlərdən üstün tutmaq şəxsi işinizdir, öz seçiminizdir, amma lütfən bunu doğru bir görüş kimi təqdim etməyin. Sona qədər bu ideyanın gerçəkləşməsində iştirak etməməyiniz normal qarşılana bilər, ancaq əks çıxmaq sizə sayğı gətirməz.

     

    Sonda bir şeyi də qeyd etmək istəyirəm. Axır vaxtlar milli ideologiya, milli dəyərləri aşağılamaq dəb düşüb. Hətta vaxtilə millətçiliyi təbliğ edən insanların arasından savadlılarını, intellektuallarını seçib bu ideyanın ucuzlaşdırılmasına yönəldirlər. Bu tendensiya bir ara Türkiyədə də geniş yayılmışdı. İnsan solçu, liberal ola bilərdi, amma elə ki milllətçi oldu, o dəqiqə üzərinə “cahil, şovinist” damğası vurulurdu. Maraqlıdır ki, bu hal daha çox Şərqdə və türk dünyasında geniş yayılıb. Avropa, inkişaf etmiş dövlətlərin hamısı bu günkü gücünə, demək olar ki, millətçilikdən keçərək qovuşub. Hətta indi də bu davam edir. Dünyada almanlar qədər qatı millətçi tapmaq mümkündürmü? Parisdə birinə ingiliscə sual versən, sənə cavab verməz ki, fransızca danış. AB-nin rəsmi dili var- fransız dili. Avropanın və digər demokratik, inkişaf etmiş ölkələrin şəhərlərinə gedib-gələn dostlar, liberalizmdən, dünyəvilikdən, ən böyük azadlıqlardan belə danışın, ancaq o şəhərlərdə olanda zəhmət çəkib muzeylərinə gedin, tarixləri haqqında bilgi alın və ya insanlarını danışdırın. Onda millətçiliyin nələrə qadir olduğunu görəcəksiniz.

    Yazarın arxivi