Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    18
    10:40:00
    Noyabr
    1407 nəfər oxuyub

    Şəkil qardaşlığı

    Bir neçə gün əvvəl xeber365.com-un əməkdaşları ilə birlikdə Türkiyənin paytaxtı Ankarada olduq. Məqsədimiz Türkiyənin siyasi elitasından olan insanlarla görüşmək, reportajlar hazırlamaq idi. Öncədən deyim ki, xeyli işgüzar səfər oldu. Artıq saytımızda səfərdən hazırladığımız xəbərləri, reportajları izləyirsiniz.

     

    Ankarada keçirdiyimiz görüşlərdə xüsusilə diqqətimi çəkən bir məqam oldu. Biz uzun illərdir, Azərbaycanla Türkiyənin əməkdaşlıq etdiyini, bir millət, iki dövlət olduğumuzu sinəmizə döyə-döyə, fəxrlə hər yerdə təkrarlayırıq. Təbii ki, bu sözlər yalan, ya da oyun deyil. Dövlətlərimizin də, ayrılıqda insanlarımızın da arasında sıx ünsiyyət, dostluq əlaqələri yaranıb, münasibətlər günü-gündən inkişaf edir. Amma...

     

    Təəssüf ki, burda da bir amma var. Azərbaycanın siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının türkiyəli həmkarları, türk mediası ilə əlaqələri hansı səviyyədədir? İstər müxalifət partiyaları olsun, istər qeyri-hökumət təşkilatları, həmişə Türkiyə ilə, ordakı partiyalarla münasibətlərindən danışırlar. Ancaq bu bir neçə gündə etdiyimiz söhbətlərdən, keçirdiyimiz görüşlərdən anladım ki, bu münasibətlər əslində şəkil çəkdirməkdən o tərəfə keçməyib. Burdakı siyasi partiyaların rəhbərləri, nümayəndələri ilə söhbət zamanı hamısına eyni sualları verdik: Azərbaycanda hansı siyasi partiyanı tanıyırsınız? Onlarla əlaqələriniz hansı səviyyədədir? Hansı məsələlərdə əməkdaşlıq eləyirsiniz, hansı müqavilələr bağlamısınız? Hansı ortaq fikirlərə sahibsiniz?

     

    Aldığımız cavablar bizi xeyli məyus etdi. Daha doğrusu, almadığımız. Çünki müsahiblərimiz, Azərbaycandakı siyasi partiyaların, demək olar ki, heç birini tanımırlar. Bu hal ana müxalifət partiyası CXP-yə də aiddi, MHP-yə də, digər üçüncü, dördüncü dərəcəli partiyalara da. Yox, tanıdıqları var... Ancaq kimlər? Mərhum Elçibəyin partiyasının adını bilirlər. Xalq Cəbhəsinin adını çəkəndə pərt olmamaq üçün hamısı bir ağızdan “Xalq Cəbhəsini yaxşı tanıyırıq” - deyirlər. Türkiyənin çox böyük partiyalarından birinin sədri isə hər zamankı kimi “bir millət, iki dövlətik, partiyalara fərq qoymuruq, hamısı qardaşımızdı” məhəbbətinə başladı. Biz təkidlə konkret ad soruşduqca o, “fərqi yoxdu, hamınızı sevirik ” - dedi.

     

    Bu qədər.

     

    Başqa heç nə bilmirlər.

     

    Bu, çox ağrılı bir məsələdi. Problem heç də Türkiyədəki siyasi partiyaların bizi tanıyıb- tanımaması deyil. Problem həm bizim siyasi partiyaların, QHT sektorunun, həm də mediamızın bu günə qədər türk həmkarları ilə ciddi əlaqələr qura bilməməyidir. AzTV kimi rəsmi qurumları çıxmaq şərtilə, digər kanalların Türkiyədə bürosu yoxdu, türk mediası ilə heç bir ciddi əməkdaşlıq qurulmayıb. Münasibətlər hansısa yazıda bir –birinə istinaddan o tərəfə keçmir. Türkiyənin ən vacib media təmsilçiləri - TRT, CNN-TÜRK, çap mətbuatı, məşhur yazarlarla söhbətlərimizdə Azərbaycanla bağlı böyük tanıtım boşluğu olduğunu gördük. Bir də təkrar edirəm: məsələ ölkə olaraq yox, medianın medianı, siyasi partiya təmsilçilərinin siyasi partiyaları tanımamağıdır. Məsələn, Azərbaycanda Müsavat Partiyasının qurultayı keçirildi. Partiyanın rəhbəri dəyişdi, amma bu xəbəri ölkədən kənarda bilən, yayan olmadı. Türk siyasətçilərinin bundan xəbəri yoxdu. Ancaq CXP-də, MHP-də bir qurultay, toplantı olan kimi bizim qəzetlər bunu xəbərə çevirirlər, diqqətdə saxlayırlar. Sanki biz onlara daha həssaslıqla yanaşırıq, onlar bizə yox.

     

    Bəs onların Azərbaycana qarşı eyni həssasiyyəti göstərməməyinin səbəbi nədi? Bunu düşünmək lazımdır. Bizi istəmirlərmi? Xeyr. Bizə sayğıları var. Bizdən daha səmimidilər. Hər zaman bizə doğru addım atırlar. Demək ki, problem özümüzdədir. Bizim siyasi partiyalarımız, ictimai təşkilatlarımız Türkiyə ilə lazımi səviyyədə iş qura bilmirlər. Azərbaycandakı istənilən partiyanın- özünü müstəqil adlandıranların, adlandırmayanların- iş sistemi son dərəcə geridə qalıb. Təkcə Türkiyə yox, elə Avropa təşkilatları ilə qurduqları işlər də belədir. Hansı partiyanın qrant almağı bacaran bir ictimai fəalı varsa, onun vasitəsilə bir-iki Avropa qurumunda calışan politoloqlarla, siyasətçilərlə görüşüb  şəkil çəkdirirlər, vəssalam. Başqa heç nəyə  nail ola bilmirlər, heç yerdə tanınmırlar. Siyasi partiyaların əksəriyyəti nəinki Avropanın, heç qardaş ölkənin hər hansı bir partiyası, təşkilatı ilə münasibət qurmağa səy göstərmir. Əgər bu gün Azərbaycanda siyasi partiyalar lap yaxınlarında, qardaş adlandırdığımız Türkiyədə olan həmkarları ilə doğru-düzgün münasibət yaratmağı bacarmırlarsa, ümumi işlər yoxdursa, özlərini tanıda bilmirlərsə, Avropada, Amerikada, dünyanın başqa yerlərində özlərini necə tanıdırlar? Necə güc olmağı, hakimiyyətə necə gəlməyi planlaşdırırlar? İllərdir tərəfdaşlarınıza “az qalıb, bu il hakimiyyətə gələcəyik” deyirsiniz. Təbii ki, burda yanlış bir şey yoxdu. Çünki siyasi partiyanın hədəflərindən biri özünü hakimiyyətə daşımaqdır. Amma necə daşımaq? Əgər başqa ölkələrdəki siyasi partiyalarla müttəfiqlik edib təcrübə toplamaqdan, bərabər konfranslar, toplantılar, seçki monitorinqləri keçirməkdən belə mərhumsunuzsa, bunun suçu kimdədir?

     

    Ancaq necə deyərlər, zərərin yarısından da qayıtmaq xeyirdi. Bundan sonra da gec deyil. O əlaqələri yaratmaq lazımdı. Bütün siyasi partiyalarla, təşkilatlarla, media ilə. Siyasət belə münasibətlərdən, əməkdaşlıqlardan ibarətdi. Əlbəttə, söhbət enerjili siyasətdən, enerjili siyasətçidən gedir. Onlar işləməlidilər, nə istədiklərini, niyə və necə istədiklərini anlatmalıdırlar, özlərinə tərəfdar toplamalıdılar. Tanıdığım siyasi partiyaların böyük əksəriyyəti neçə illərdi, demək olar ki, iş görmür. Yorulmuş halları var sanki. Dəyişiklik istəyən, irəli getmək istəyənlər bundan ötəri mücadilə aparmalıdırlar. Çünki mücadiləsiz heç nə mümkün deyil.

     

    Dünyaya çıxış yollarımızdan biri də Türkiyədən keçir. Türkiyə kimi böyük bir dövləti arxamıza almalıyıq. Burda möhkəmlənməliyik ki, dünyaya güc olaraq çıxmağımız asanlaşsın. Digər tərəfdən başqa cür türk dünyasının birliyindən, qüdrətindən danışmaq mənasızdır.

     

    Bu saytdakı ilk köşəmdə  yazmışdım bu cümləni, indi bir daha səslənirəm: “Ruhunuzu yeniləyin, dostlar! Sabaha inamla yürüyən enerjili, çılğın insanlar olun”.

     

    PS. “Bizim üçün fərqi yoxdu, hamınızı sevirik” söyləyən partiya başçısına “lütfən, bizi belə sevməyin. Tanıyaraq, bilərək, bizimlə bir şeylər paylaşaraq sevin. Sizi də, bizi də yalnız belə sevgi irəli apara bilər” - dedik.

    Yazarın arxivi