Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    29
    10:40:00
    Dekabr
    1038 nəfər oxuyub

    Yeni ilə yeniliklərlə

    2014-cü ili başa vurmaqdayıq. Son illər dünyanın siyasi mənzərəsinə baxanda at ilinin çox da düşərli olmadığını görərik. At ili olan 2014-cü il Ukrayna- Rusiya savaşı, Kırımın işğalı, Qərblə Rusiya arasında münasibətlərin gərginləşməsi, neftin ucuzlaşması ilə yadda qaldı.

    Təbii ki, baş verənlərin səbəbinin at olduğunu demək sadəlövhlük olardı. Amma həmişə ilin başlanğıcında və sonunda bu cür astroloji söhbətlər edirik. At ili, ümumiyyətlə, inqilablar ilidir. Dünyada baş verənlər də bunu bir daha təsdiqlədi. Ancaq Azərbaycanda bu il  heç nə dəyişmədi, ölkəmiz atın gətirdiyi inqilablardan- təlatümlərdən kənarda qaldı. Bunun  müsbət tərəfləri də var: çox vaxt inqilablar dövlətlərə zərər vurur, bəzən böyük bir nəslin itirilməsi bahasına başa gəlir. Üstəlik dəyişikliklərin inqilabi deyil, sivil formada həyata keçirilməsi həm də xalqların mədəni inkişafının göstəricisidir.

    Amma məni məsələnin bir başqa tərəfi düşündürür. O da Azərbaycan xalqının çox passiv olmasıdır. Bu isə gələcəklə bağlı bəzi görüntüləri, prosesləri indidən göz önünə gətirir. Təəssüf ki, alışdığı həyat tərzindən qopmağa qorxan cəmiyyət psixologiyasına  sahibik, bu  isə yeniliklərə doğru sürətlə addımlamağımıza həmişə mane olub.

    Biz, “pis-yaxşı, ac başım, dinc başım” prinsipi ilə yaşamağa öyrəşmişik. Bu yanaşma hətta dövlətin də işinə yaramır. Çünki dövlət xalqın mənafeyi baxımından demoktarik  idarəetmə sistemi yaratsa belə, bu prosesin inkişafı hər zaman millətin, vətəndaşların istəklərini dilə gətirməsi, haqqını tələb etməsi üzərində qurulur.

    Bütün bunları nəzərə alaraq, mən 2015-ci ilə nə qədər pozitiv  baxmağa çalışsam da, xalqımız  düçüncə, həyata yanaşma tərzini dəyişməzsə, yeni ildə xüsusi bir dəyişiklik gözləmirəm.

    Həyat normal davam edəcək, əvvəlki kimi stabil, sakit. Təzə ilin yarısını müstəqil Azərbaycanın ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbirlərdən birinə- I Avropa Oyunlarına hazırlaşacağıq. Sonra da ilin sonuna qədər onun nəticələrini müzakirə edəcəyik.

    2015- ci il həm də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyi ildir. Ümid edirəm, biz tək Avropa oyunlarına deyil, həm də Avropanın demokratik dəyərlərindən biri olan seçki prosesinə də ev sahibliyi edəcəyik. Azad və demokratik seçkilər keçirərək gələcəyə doğru pozitiv addımlar atacağıq.

    Qoç ilinin bərəkət ili olduğunu düşünərək millətimiz adına 2015-dən istəyim odur ki, insanlarımızın maddi rifahı daha da yüksəlsin, sağlıq problemləri olmasın. Eyni zamanda insanlarımıza  yaxşı mənada dövlətin inkişafına xidmət edəcək təfəkkürlərinin formalaşmasını arzulayıram.

    İnqilab yox, sivil dialoq qurmağı bacaraq. Qarşılıqlı hörmət yaransın, insanlarımızın üzü gülsün, bir-birimizə etimad göstərə bilək. Yüksək təhsil, sağlamlıq ardınca xaricə getməyək, öz müəllimlərmizə və  həkimlərimizə inanaq.  

    Bütün bu arzularımızın həyata keçməsi ümidi ilə  millətimizin Həmrəylik Gününü və Yeni İlini təbrik edirəm.

    P.S. xeber365.com saytı da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə öz töhfəsini verməyə çalışıb. Belə ki, dekabrın 30-da Türkiyənin Kayseri şəhərində Ərciyəz universiteti və saytımızın təşkilati dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü geniş şəkildə qeyd olunacaq. Bu da bizim şorbadakı duzumuz olsun.  

    Yazarın arxivi