Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    23
    10:40:00
    Yanvar
    1782 nəfər oxuyub

    Bu gün o gün deyil!

    Son günlər həm sosial şəbəkələrdə, həm də mediada tarixi qəhrəmanlar, xüsusən də Babəklə bağlı geniş müzakirələr açılır, ziddiyyətli fikirlər söylənir. Müzakirələr, fikir çoxluğu bir cəmiyyəti inkişafa aparan amillərdəndir və olması hər zaman vacibdir. Amma və lakin onlar sağlam bir inkişafa götürürsə təqdir olunmalıdır, milli psixologiyamıza, dəyərlərimizə ziyan vurursa, yox.
    Mövzuya keçməzdən əvvəl diqqətimi çəkən və sual doğuran məsələ budur:  Min ildən artıq yaşı olan tarixə qayıtmağın bu gün bizə nə faydası ola bilər? 

    Kifayət qədər milli və digər problemləri olan Azərbaycanın, bu günün hadisələrinə real qiymət verməsi üçün tarixə qayıtmağa ehtiyac yoxdur. Hər hansı tarixi şəxsiyyətin, qəhrəmanlıq örnəyinin milli təfəkkürdə tutduğu yerin yuxarı pillədən aşağı pilləyə endirilməsi mənəvi baxımdan heç bir xeyir verə bilməz. Üstəlik müzakirə obyekti olan tarixi şəxsiyyətlər çoxdan bu dünyadan köçüblər. Onlarla mübarizə kimə və nəyə lazımdır?

    Zənnimizcə, tarixi şəxsiyyətlərə hücum strategiyasını seçən siyasətçilər bu günün reallığından çıxış etməyi şəxsi mənafe baxımından məqsədəuyğun hesab etmir və gündəmdə qalmaq üçün beşinci sinfin  tarix dərsliklərinə müraciət edirlər. 

    Müzakirə edilən mövzu heç yaxın 100, hətta 200 illik tariximiz belə deyil. Bu mövzuya toxunan siyasətçilərə 5-ci sinif tarix dərsliklərindən əl çəkməyi, heç olmasa, 8 və 9-cu sinfin dərsliklərinə müraciət etməyi tövsiyyə edirəm. Bəlkə dövrümüzə yaxın bir tarixi tədqiq etməyimiz cəmiyyətimizin problemlərinin çözülməsində və inkişafa götürülməsində daha əhəmiyyətli rol oynaya bilər.
    Bu tarixi şəxsiyyətlər öz sözlərini artıq deyiblər. Təbii ki, fəaliyyətləri boyu onların müsbət və mənfi xüsusiyyətləri də olub. Lakin onlar milli ideologiyada müsbət bir obraz kimi əks olunubdur. Ümumiyyətlə, bu gün mənfiləri axtarmağa  nə ehtiyac var? Bütün xalqların qəhrəmanları yalnız müsbətlərdənmi ibarətdir? 

    O ki qaldı Babək haqqında deyilənlərə, gətirilən arqumentlərə... Təbii ki, bu barədə tarixçilərin ortaya faktlarla çıxması daha doğru olar. Lakin elə məqamlar var ki, onlar haqqında bir neçə kəlmə deyəcəyəm, çünki insanlarımızı çaşdırmaq niyyətləri ortada. Əvvəla Babəkin, Azərbaycanın tarixi qəhrəmanı kimi təqdim olunmasına qarşı çıxanlar, onun əslində azərbaycanlı (azərbaycanlıların əcdadı) olmamağını, adının yalnız ərəb salnamələrində çəkildiyini, ondan sonra unudulduğunu və sovet ideologiyasının məhsulu olduğunu arqument gətirirlər. 
    Azərbaycanda tarix elmi XX əsrə qədər inkişaf etməyib, yalnız salnamələrdə olub və XX əsrdən sonra elm kimi formalaşmağa başlayıb. O zaman da Azərbaycan artıq çoxdan Sovetlərin tərkibində idi. Salnamələrdə isə Babək haqqında geniş məlumat var. Zəhmət çəkin, gedin kitabxanalara, oxuyun.

    Sözsüz ki, sovet imperiyası, əsarəti altında olan xalqları manipulyasiya edə bilməkdən ötrü onların tarixini dəyişir, özünün məsləhət bildiyi qəhrəman obrazlarının yaradılması istiqamətində məqsədyönlü təbliğat aparırdı. Məsələn, ərəb işğalına qarşı böyük mücadilə vermiş Xəzər imperiyası sovet tarixşünasları tərəfindən o qədər də önə çəkilmirdi. Qədim türk  imperiyalarından biri olan xəzərlərin adının parlaması imperiyanın ideologiyasına uyğun deyildi. Lakin Babək Sovet ideologiyasina  uyğunlaşdırılmış bir xalq qəhrəmanı idi! Sovet imperiyasının məqsədlərini, lap elə Babəkin mənfi və müsbət cəhətlərini bir tərəfə qoysaq, o, işğalçıya qarşı vuruşmuş bir qəhrəman obrazıdır və milli ideologiyaya yalnız müsbət təsir edə bilər. Babək, millətin qəhrəmanlıq ruhunu qorumağına yardım edən, onun azad yaşamaq istəyini alovlandıran  tarixdir.

    Digər tərəfdən isə Babəkin milli mənşəyinin məsələyə nə dəxli var axı?! O, indi qədim Azərbaycan əraziləri kimi tanınan bölgədə doğulub, mübarizəsini də orda aparıb. Ən əsası isə bütün dünya onu bizim tarixi qəhrəmanımız kimi tanıyır. Az qala, bütün millətlər özünə tarix yazdığı, köklərini mümkün qədər dərinlərə uzatmağa çalışdığı halda biz niyə öz qəhrəmanımızdan imtina etməliyik? Ona görə ki, türk olmayıb? Tutaq ki, belədi. Tutaq ki, Babək türk olmayıb. Amma o, insan olub, azadlıq aşiqi olub, azadlıq uğrunda vuruşub. İnsanın insan kimi formalaşmasının təməl prinsiplərindən biri azad olmasıdır. Tarixçilərin onun haqqında yazdıqlarından bir örnək gətirək: Babək məğlub olanda xəlifə onu bağışlamaq istəyir, lakin  o, “bir gün azad olmaq qırx il qul kimi yaşamağa dəyər” deyərək xəlifənin mərhəmətindən imtina edir. Bundan böyük ideologiyamı var? 

    Bu gün Babəki qəbul etməyənlər sovet ideoloqlarından fərqlənmirlər. Kommunistlər tarixi şəxsiyyətləri necə öz ideologiyalarına uyğunlaşdırıb zirvəyə ucaldırdılarsa,  indi “yeni islam ideoloqları” da eyni həvəs və səylə bu qəhrəmanları tamamilə silmək istəyirlər. 

    Onsuz da  gənc bir dövlət olduğumuz  üçün bu gün hələki milli ideologiya baxımından böhran yaşayırıq, milli dəyərlərimiz müharibə şəraitində olduğumuz dövlət tərəfindən şübhə altına alınır. Belə bir vaxtda artıq təfəkkürümüzdə qəhrəmanlıq simvolu kimi kök salmış və milli dəyərlərin az-çox söykəndiyi tarixi şəxsiyyətlərin müzakirəyə çıxarılması, ən azı, zaman baxımından doğru deyil. 
    Bu gün o gün deyil.

    Yazarın arxivi