Xəbər lenti

  • 2017-01-22
  • 11:51 Tramp ilk səfərini Türkiyəyə edəcək?-RƏSMİ AÇIQLAMA
    11:41 "Solumu sən bağlamısan, bir az sağım üşüyür..." - HEKAYƏ
    11:40 Qazaxıstan XİN Suriya danışıqlarına dair məlumat yayıb
    11:19 Bəzən caiz, bəzən də vacib olan sənət
    10:55 Qulu Məhərrəmli:"Lavrovun cavabı yanlış idi, jurnalistin cavabı yox"
    10:53 Bu bazar rejissor Əli İsa Cabbarov belə buyurur
    10:30 Tereza Mey Donald Trampla növbəti həftə görüşəcək
    10:15 Qubad İbadoğlu:"Artan pensiya xərcləri ödəmir"
    10:04 Çin gəmiləri Yaponiya sularına daxil olub
    09:44 Kerri Trampa qarşı keçirilən yürüşdə iştirak edib
    09:30 Atəşkəs rejimi 51 dəfə pozulub
    09:15 Qambiyanın sabiq prezidenti ölkəni tərk edib
    09:10 Ermənistanda AES-də qəza baş verib
    08:47 Suriya müxalifətinin nümayəndələri Astanaya gedib
  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də(VİDEO)
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    13
    10:40:00
    Mart
    1622 nəfər oxuyub

    Möhkəm Çiyinlərin Sadə Sahibləri

    Bu günlərdə Müsavat partiyasının sonuncu qurultayından sonra yaranan narazılıqların nəticəsi olaraq ADR adlı yeni bir təşkilat doğuldu. Təşkilatın təsis konfransına qonaq kimi dəvətli idim. Getdim və uzun illər xalq hərəkatından şəxsən tanıdığım bir çox insanları gördüm orda. Təzə yaranan siyasi təşkilat çoxdan tanıdığım insanların çiyinləri üzərində qurulurdu... 


    Son illərin Azərbaycanı böyük təlatümlərə məruz qalıb. Müstəqil Azərbaycana gedən yol həm inqilablardan, dövlət çevrilişlərindən, həm də qanlı savaşdan keçdi. Bu zaman ərzində həm böyük qələbələrimiz, həm də ağır itkilərimiz  və məğlubiyyətlərimiz oldu. Bütün bunların ağırlığını öz möhkəm çiyinlərində daşıyan, böyük olayların balaca, tanınmayan qəhrəmanları var. 


    Əslində son illərin Azərbaycanı dünyaya səs sala biləcək çoxlu bədii əsərlərin yaranmasına zəmin ola bilərdi. Müharibənin, inqilabların sadə insanların həyatında buraxdığı dəhşətli izlər, cəmiyyətdəki dalğalanmaların mənəviyyata təsiri Hüqonun və Tolstoyun ölməz əsərlərinin mövzusu idi. Təkcə onlarınmı? Bu gün dünyada ən çox oxunan müəlliflərdən biri Xalid Hüseynin əsas mövzuları vətəni Əfqanıstan,  ordakı savaşın sadə insanların həyatında, mənəviyyatında buraxdığı izlərdir. Onun bütün kitablarının səhifələrindən reallıq - zorakılıqlar, vəhşiliklər, dağılmış ailələr, aldanmış insanlar, satılmış vicdanlar və eyni zamanda mərdlik, cəsarət, yüksək humanizm axır. Bəli! Savaşın, inqilabın nəticəsi budur: qanlı təlatümlər həm dağıdıb məhv edər, həm cəmiyyətin dəyərlər sistemini pozar, həm də humanizmi üzə çıxarar, mərdlik və cəsarət meydanına çevrilər. 


    Təəssüf ki, Azərbaycan ədəbiyyatında "Əli və Nino"dan sonra savaşı və insanı anlatan bu səpkili əsərlər yaranmayıb. Əsirlikdə məhv olan qadınlar, vaqonlarda, çadırlarda böyüyən cocuqlar. Bu cocuqlar təkcə ağır həyatla mübarizə aparmırdılar. Onlar eyni zamanda fərqli bir sosiumun üzvləri idilər – qaçqın idilər... Bu cocuqlar böyüyüb  yeni cəmiyyətdə özlərinə yer tapmaq, özlərini təsdiq etmək üçün hərdən alışdıqları mənəvi dəyərləri aşırdılar. Əsrlərlə kiçik bir dağ kəndində dərin köklü qaydalarla yaşayan insanlar birdən birə burulğanın içinə düşmüşdülər, o tərəf -bu tərəfə çırpılırdılar, bulanırdılar, durulurdular. Onlar savaş qurbanları idilər, bu həyatı özləri seçməmişdilər. 


    Lakin təlatümlər, burulğanlar dövründə cəsarəti, mərdliyi ilə dastana çevrilən qəhrəmanlarımız da vardı. Bəli, onlara həm inqilabın, həm də müharibənin zərbələri dəyirdi. Qələbələrini dadmağa, həzz almağa imkan tapmamış məğlubiyyətlərin ağırlığını çiyinlərində hiss edirdilər. Ancaq onlar qurban deyildilər, bu yola bilərək və istəyərək çıxmışdılar. 
    Müstəqil Azərbaycana aparan yol, məhz, bu insanların çiyinləri üzərində quruldu. Onlar həyatın çətinliklərindən şikayətlənmədən, uğrunda əziyyət çəkdikləri vətəndən heç bir şey istəmədən yollarına davam edirlər, hər yeniliyə həvəslə qatılırlar, hər yanan işığa üz tuturlar. Ümidlərini kəsmirlər.


    Böyük yolun görünməyən qəhrəmanları- səlyanlı Ədalət, ağstafalı Ayvazalı, Maşallah müəllim, ağdamlı Hacı Əkbər bəy... Hacı Əkbər bəyi, ailəsini yalnız xalq hərəkatında və müharibədə iştirak etmiş insanlar tanıyır. Əkbər bəy, demək olar ki, ilk gündən oğlanları ilə birlikdə mübarizənin içindədir. Bir oğlu vətən savaşında şəhid oldu, o biri oğlu və özü isə mücadiləyə davam edirdi, baxmayaraq ki, savaşın yaraları ilə paralel həyatın da onlara vurduğu zərbələrin sayı-hesabı yox idi. Və sonda ailənin ikinci oğlu Kənan cox sevdiyi ölkəsini tərk etdi.


    Belə insanların sayı çoxdur. Tanınmayan qəhrəmanlar... güvənilir,möhkəm çiyinlərin sadə sahibləri.. Təəssüf ki, bu qəhrəmanlar "yeni" yazarlarımızı da maraqlandırmır. Real insanların həyatı, savaş və inqilab mövzusu onlarlıq deyil, utopik mövzular axtarırlar. Hər hansı ictimai-siyasi tədbirlərdə, hətta müxalifyönlü olanda belə bu sadə qəhrəmanların adının çəkildiyini duya bilmirik. 


    Vitrində gurultulu adlardır. Yeni yazarlarla bərabər siyasətçilər üçün də bu insanlar nəinki maraqlı deyil, hətta lağ obyektidir, onların söykəndikləri dəyərlərə “köhnəlik”kimi baxırlar. Lakin daha savadlı, daha intellektli olduqlarını iddia edən gənc siyasilər və yazarlar cəmiyyətə təzə heç nə gətirə bilmədiklərinin fərqində belə deyillər. Boşluq üzərində nə isə qurmaq qeyri-mümkündür.  Əlbəttə, başqa ölkələrin təcrübəsindən istifadə edərək yeni cəmiyyət formalaşdırmaq,  dövlət qurmaq, mütərəqqi olan hər bir ideyanı, fikri, gərəkli olanları həyatımıza tətbiq etmək vacibdir. Ancaq içində yaşadığımız  reallığı hesaba almadan “Avropa arzulamaq” utopiyadı, boş xülyadır  və absurddur. Nə yenilikçilərə, nə də cəmiyyətə uğur gətirə bilməz.  


    Məmləkətimizin insanlarının dəyərlərinə, ideyalarına sayğı göstərmədən nə ədəbiyyatda, nə siyasətdə, nə başqa  sahələrdə bir nailiyyət əldə edəməzsiniz, cənablar! Etsəniz belə, topluma faydalı olmayacaqsa, nəyə yarar ki... 


    Turgut Özakmanın "Cumhuriyət" romanında belə bir fikir yer alıb:" Cumhuriyətin önündə hazır bir model yox idi. Yolunu düşünərək, axtararaq, təcrübə edərək açdı. Şərtlərdən, imkanlardan, tarixdən yararlandı.  Pul yox, kredi yox, yetişmiş, yetərli sayda kadr yox, mütəxəssis yox...  Yox oğlu yox! Osmanlıdan borcla dolu batmış bir miras qalmış. O altun nəslin iki gücü vardı sadəcə: Ağıl və yurtsevərlik! Bu iki güclə yola cıxdılar. Möcüzələr yaratdılar."


    Ümid edirəm ki, təzə yaranan təşkilatlar ideloji boşluğa söykənməyəcəklər, görünməyən, tanınmayan sadə qəhrəmanların daşıdıqları böyük dəyərlərə önəm verəcəklər, ən əsası isə  onların təcrübələrindən yararlanaraq, AĞIL VƏ YURTSEVƏRLİKLƏ millətimizə və dövlətimizə faydalı ictimai-siyasi fəaliyyət qura biləcəklər.

    Yazarın arxivi