Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    16
    10:40:00
    Aprel
    1191 nəfər oxuyub

    Avropa Türkiyəyə qarşı yeni, rəsmi xaç yürüşünə başladı

    Dünən  iki hadisə birdən baş verdi: həm Roma Papası Türkiyənin soyqırımla bağlı Vatikana haqlı iradlarını  cavablandırdı, həm də Avropa Birliyi erməni soyqırımını tanıdı. Bu arada Roma Papasının cavabı verdiyi qərar qədər qəribədir. Cavab, təxminən, bundan ibarətdir: bir xristian gördüyü və eşitdiyi haqsızlığın qarşısında susmamalıdır, bu, bir xristian cəsarətidir. Maraqlıdır, Roma Papası və ya hər hansı başqa xristian erməni soyqırımını nə vaxt gördü? Bununla əlaqədar hansı video və foto faktlar, yaxud kutləvi məzarlıqlara rast gəldi? Hanı tarixi sənədlər?

     

    Faşist Almaniyasının yəhudilərə qarşı soyqırımı törətdiyi ancaq uzun müddət davam edən Haaqa Məhkəməsinin qərarından sonra təsdiqlənmişdi. İnsanlığa sığmayan əsir düşərgələrinin, kütləvi insan qırğınlarının baş verdiyini isbatlayan kifayət qədər faktların olmasına rəğmən Almaniyanın cinayətini sübut etmək üçün Haaqa Məhkəməsinin bütün hüquqşünasları çalışırdı. Ortada videogörüntülər, kütləvi məzarlıqlar, canlı şahidlər vardı, amma xristian dünyası və Roma Papası soyqırımdan və xristian cəsarətindən indiki qədər əminliklə danışmırdı. Lakin üstündən 100 il keçmiş soyqırım iddialarının  qarşılıqlı olmasına baxmayaraq, hələ heç bir məhkəmədə hüquqi qiymətini almamış hadisəyə Papa əminliklə “soyqırım” adı verdi. Papanın, eynilə xaç yürüşlərində olduğu kimi “xeyir-duasından” sonra Avropa da həmin addımı atdı. Avropa Birliyi tarixi və hüquqi təsdiqini tapmamış bir hadisəni soyqırım kimi tanıdı. Nə Azərbaycan hökumətinin gərəksiz Vatikan sevgisi, nə də Türkiyə hökumətinin anlamsız erməni sevgisi, siyasəti, "həpimiz erməniyiz" şüarları öz nəticəsini vermədi, gözlənildiyi kimi fiaskoya uğradı. Hadisədən iki-üç gün öncə Türkiyənin telekanalları bəh-bəhlə aktirisa-pornoulduz Kardaşyanın Ermənistana səfərini işıqlandırırdı. Hərçənd Kardaşyan, məhz “soyqırım”a görə gəldiyini bəyan eləmişdi. Türk televiziyaları isə sevgi dolu şərhlər verir, Kardaşyanın öz qohumlarına qovuşacağını söyləyirdilər. Türkiyə hökuməti və mediası anlamaq istəmir ki, "Avropaya yaxşı görünmək” siyasəti heç nə verməyəcək. Onsuz da hamı heç bir soyqırım olmadığını gözəl bilir. Qırğın olubsa da, qarşılıqlı olub və onların baiskarı kimi Rusiya göstərilməlidir. Bunu Avropa da, Papa da, ümumiyyətlə, ağlı başında olan hər kəs gözəl bilir. Eyni ssenari 100 il sonra Gürcüstanda, Azərbaycanda, Çeçenistanda, Balkanlarda təkrarlandı. Ssenari müəllifi isə yenə ruslar idi.

     

    Xocalı soyqırımı XX əsrin lap sonlarında baş verib. Faktlar yenidir, videolar və fotolar ortada. Qırğını 366- cı rus alayı törədib. Ancaq  rusları soyqırımda ittiham etmək, tarixi gerçəkləri ortaya səpələyib, rusların həqiqətən xalqlar qatili olduğunu söyləmək Avropanın işinə yaramır. Ən azından bu gün. Avropanın və papanın nə istədiyi aydındır. Onlar üçün Türk əbədi düşməndir. Bütün dostlar, düşmənlər dəyişir, ancaq Türk həmişə düşmən siyahısında qalır.

     

    Günahkar Avropadırmı? Hər kəs öz düşməninə və dostuna qarşı yeritdiyi taktikada haqlıdır. Haqsız olan, yanlış olan bu siyasətin qarşısını almaq məqsədilə  lazımsız sevgi və sayğı strategiyası irəli sürmək, israrla  “bəşəri görünsək, problem  həll olunar” deyə düşünmək idi. Yanlış olan öz vətəndaşına dəyər vermək, onu uca tutub, ona arxalanıb bir millət kimi bütünləşmək əvəzinə  ermənini, avropalını, bir sözlə, hər kəsi sevməyə hazır olduğunu göstərmək idi. "Mən yaxşıyam" prinsipi ilə aparılan siyasət bununla nəticələnməli idi və gözlənilən baş verdi. Möcüzə olmadı.

     

    Təəssüf ki, bu gün həm Türkiyədə, həm Azərbaycanda yetişən gənc vətəndaşlar da həmin prinsiplə yaşayır. Ölkədə milliyətçi dünyagörüşünə cahillik kimi baxan, bu ideyaları qəbul etməyən, onları Avropa tərzinə, demokratik dəyərlərə zidd sayan bir gənclik formalaşır.

     

    Əslində bizim “bəşəri olacağıq” deyə üz tutduğumuz Avropa öz məqsədlərinə çatmaqdan ötrü insanları saxta  tarixə inandırmaq, aldatmaq istəyirsə, bizləri öz tariximizdən soyutmağa, beynimizə yalan məlumatlar yeritməyə çalışırsa, o zaman aldanmamalı  və oyuncaq olmadığımızı isbatlamalıyıq.

     

    Keçən il yazdığım “Avropa "ailəsindən" Türk "ailəsinə"” adlı yazımda belə bir fikir yer almışdı: "Avropa zərərli bir yer deyil. Əksinə, insan anlayışına yüksək dəyər verən yerdir, amma öz sərhədləri içərisində. Bizi də yaxın buraxmırlar, ona görə ki, demokratik cəmiyyət qurmamızda maraqlı deyillər. Belə olan halda biz nə etməliyik? Güclü olmaq lazımdır! Bu baxımdan da biz və digər türk dövlətləri, əlimizdən gələni edərək, ya təcili “Avropa ailəsi”nə daxil olmalıyıq, ya da özümüz yeni bir ailə- “Türk Dövlətləri” ailəsi yaradıb, güclərimizi birləşdirməliyik ki, ən azından, bizim ərazilərdə, bizim insanımızın üzərində istədikləri oyunu oynamasınlar".

     

    Buyurun. Üstündən cəmi bir neçə ay keçib və artıq oyunlar gedir. Onlar istədikləri oyunları çox gözəl oynayırlar.

     

    İndi tək bir qərar verilməlidir: bütün Türk dünyası 24 apreldə Turqut Özakmanın “Diriliş” romanında deyildiyi kimi Çanaqqalada bir araya gələrək,  Türkün dirilişini dünyaya göstərməlidir. Necə ki, xristian dünyası “xristian cəsarəti” adı altında Türkə qarşı düşmənçiliyini rəsmən nümayiş etdirməyə başladı. Bəli, türkə qarşı düşmənçilik! İslama və müsəlmana yox. Qətiyyən yox!

     

    Buyurun, hörmətli Ərdoğan! Yeni Türküyənin, dünyanın yeni siyasətini dəyişməyə doğru atdığı addımları görəlim artıq. 

     

    Yazarın arxivi