Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    11
    10:40:00
    May
    1385 nəfər oxuyub

    Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?

    Sosiologiya elminə görə, fərdlər dünyaya gələndə heç bir sosial status daşımazlar. Yəni sosial duyğu və düşüncələrindən heç birini özləri ilə gətirməzlər dünyaya. Məsələn, dil, din, əxlaq, estetika, siyasət, hüquq, iqtisadiyyat sahəsinə aid heç bir duyğu və düşüncə fərdlərlə birlikdə doğulmaz. Hamısı sonradan, tərbiyə yolu ilə cəmiyyətdən alınır. Bunları uşaqkən hansı cəmiyyətdən götürmüşüksə, daima həmin cəmiyyətdə yaşamaq istəyirik.

    Ziya Gokalp

     

    Bu gün yaşadığımız cəmiyyətdə  həm maddi, həm də mənəvi çətinliklərlə kifayət qədər qarşılaşırıq. Hər gün eşitdiyimiz xəbərlər, sanki qəddarlıq yarışmasında birincilik uğrunda mübarizə getdiyi təəssüratı yaradır. Bir-birindən qorxunc, əsassız cinayətlər gündəlik həyatımızın bir hissəsinə çevrilib. Buna yol açan səbəblər hansılardır? Getdikcə dərinləşən mənəviyyatsızlıq, cəmiyyəti bürüyən etinasızlıq  robotlaşan və manqurtlaşan  insan tərəfindən artıq normal qarşılanır. Çünki bir manqurtun mənəvi dünyası yoxdur. Manqurt üçün kök də yoxdur, özgə və özününkü də yoxdur, sadəcə özü var. Mənəvi dəyərlərə önəm verməyən, öz kiçik məqsədləri üçün yaşayan bir tip. Üstəlik bu tiplər yaşadıqları həyat tərzini daha doğru sayıb başqa türlü düşünənləri bəyənmirlər.

     

    Halbuki gedən proseslər  böyük zaman kəsiyində baş verənlərin məntiqi nəticəsidir. Fikrimcə, tariximizi doğru bilsək, problemlərimizin çoxu öz-özünə çözülər. Bəzən düşünürəm ki, niyə indiki gənclik tariximizə, milli kimliyimizə ironiya ilə baxır? Gəldiyim nəticə budur ki, onlar belə yetişdirilirlər. Tariximizi bilsələr, düşünsələr, beyinlərində olan  yanlış bilgiləri silsələr, doğru yol tapacaqlar.

     

    Türkün tarixini bilmək hələ pafosla “dünyanı fəth etmişik, 16 imperatorluq yaratmışıq” və sair bu kimi fikirlər deməklə bitmir. Türkün kimliyi  bildiyimiz savaşçı obrazı ilə də tamamlanmır.

     

    Türk kimdir?  

     

    Əgər aydınlarımız bu suala düzgün cavab verməyi bacarsaydılar, insanlarımıza türklüyə yaraşan keyfiyyətlər anlatılsaydı, qadın və kişi münasibətləri, qadının cəmiyyətdəki, dövlətdəki rolu, türkün düşmənə, başqa dinlərə münasibəti, tolerantlığı və bu kimi bütün insanlığa örnək olacaq keyfiyyətləri tərbiyəmizin təməlinə çevrilsəydi, o zaman biz nə Suriyada ölən soydaşlarımız, nə də Aytaclar haqqında xəbərlər oxumazdıq.

     

    Türk, həqiqətən, savaşçı olub, nəhəng əraziləri istila edib, xalqları öz hökmranlığı altına alıb. Lakin heç vaxt maddi və mənəvi dəyəri olan heç nəyə toxunmayıb, dağıtmayıb. Bütün xalqlara, onların dini etiqadlarına hörmətlə yanaşıb. V əsrdə Xəzər xaqanlığını yaratmış türklər orta əsrlərdə tolerant bir dövlət qurublar. Rus tarixçisi M. Artamonov qeyd edir ki, Xəzər imperatorluğunda hətta qulların belə hüququ tapdanmırdı.  L.Qumilyov da eyni sözləri göytürklər haqqında yazırdı, İstemi xanı məharətli və bacarıqlı bir siyasi xadim kimi təqdim edirdi, onun istila etdiyi xalqlarla gözəl davrandığını deyirdi. Matriarxatın uzun sürdüyü türk cəmiyyətində qadına münasibət bütün xalqlara örnək olacaq səviyyədə idi. Lakin türklər islamı qəbul edəndən sonra qadının cəmiyyətdəki yeri dəyişdi. Böyük ideoloq, türkçülüyün atası Əhməd bəy Ağaoğlunun da  fikrincə, islamın ən qüsurlu tərəflərindən biri qadına münasibətdir. Türkün qadına münasibəti və islamın qadına münasibətindəki fərqi Ağaoğlu bu cür açıqlayırdı:  "Boğucu hərəm havası içində keçən tənbəl və sırf heyvani bir həyat qadının fiziki inkişafına imkan vermədiyindən irqin fiziki çöküşünə də yol açmaqdadır". Fiziki çöküş mütləq mənəvi çöküşə də yol açır. Bu proses dünyaya baxışımızda  və əxlaqımızda ciddi çatlar əmələ gətirdi. Uzun əsrlər təhsildən, sevməkdən, hətta rahat nəfəs almaqdan (örtüksüz) mərhum edilən türk qadınının verdiyi tərbiyədə də qüsurlar olmalı idi. Acınacaqlıdır ki, XX əsrdə öz hüququnu bərpa edən türk qadınlarının əksəriyyəti (Türkiyə Cumhuriyyətinin vətəndaşları istisnadır) sovet ideologiyasına tuş gəldilər.

     

    Qeyd etdiyimiz kimi, qədim türk cəmiyyətində qadına münasibət ən üst səviyyədə olub.  Belə ki, başqa xalqlar təzə doğulan qızları diri-diri basdıranda türklər qızın doğulmağını bayram eləyirdilər.

     

    Türk tarixi haqqında yazan bütün müəlliflər qeyd edir ki, türk cəmiyyətində qızlar sevib- seçib sonra evlənirdilər. Bu faktların hamısı Kitabi -Dədə Qorqudda da müəyyən qədər öz əksini tapıb. Hətta islama qədərki və islamın ilk gəldiyi illərdə öz yaxın qohumu, xüsusən də, ata qohumu ilə evlənmək yasaq idi və ölümlə cəzalandırılırdı.

     

    Bunu ərəb səyahətçisi  İbn Fadlan da oğuzlar haqqındakı qeydlərində yazıb. Müasir tibb də sübut edir ki, yaxın qohumların evlənməyi, xüsusən də ata xətti ilə yaxın qohumların evliliyi sağlam nəslin yetişməsi üçün təhlükədir. Bu gün "qırağa çıxmayım, özümünkünü alım" prinsipi ilə yaşayan azərbaycanlılar fiziki məhdudiyyətli uşaqların bu qədər çox doğulmağına təəccüblənirlər. Halbuki öz qədim adətlərini bilsəydilər, qədim türklər kimi sağlam olardılar.

     

    Amma qüsur təkcə fiziki tərəfimizdə deyil. Dünyagörüşümüzdə də ciddi nöqsanlar var. Dünyaya tanrının yaratdığı yer kimi baxan türklər burda yaşayan xalqları dininə və cinsinə görə bölməyi ağıllarına belə gətirmirdilər.

     

    Bəli, türkün üstün tərəfi savaşçı olması deyildi. Onun üstün tərəfi dövlət idarəçiliyində, cəmiyyətdə dinindən, cinsindən, hətta sosial statusundan asılı olmayaraq hər kəsin haqqını tanıması idi.

    Lakin bütün bunlar çox az öyrənilir və az təbliğ edilir. Baxmayaraq ki, türklərin bir etnos kimi yaşı min illiklərə söykənir, türkçülük bir elm kimi XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmağa başlayıb. Əsası Ziya Gökalp, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçura və başqaları tərəfindən qoyulub. Sonralar bu xətt yalnız Türkiyə dövlətində davam etdirilib. Digər Türk dövlətləri isə sovet işğalı altında olduğuna görə proses yarımçıq qalıb.

     

    Ancaq bizim ən ciddi problemlərimizdən biri o oldu ki, iki böyük türk dövlətində millət termininə düzgün tərif verilmədi. Türkiyədə yaşayan bütün xalqlar ümumi olaraq türk, Azərbaycanda isə azərbaycanlı adlandırıldı. Faciə ondaydı ki, əsli türk olmayan xalqlar özlərinin milli kimlik məsələsində türklərdən bir addım öndə idilər. Onlar həmişə özlərini türklərdən fərqləndirir və əsl adlarını qoruyub saxlayırdılar.

    Bəs əsrin əvvəlində qurulmuş iki böyük türk dövlətində yaranan milli ideoloji problemlərin kökündə nə dururdu? İlk öncə Türkiyə Cumhuriyyətindən başlayaq.

    Osmanlı imperiyasının yerində çiçəklənən Türkiyə Cumhuriyyətində  türkçülük siyasi məfkurə kimi sərbəst idi və onun ideoloqları da geniş imkana malik idilər. Buna baxmayaraq, Türkiyədəki türkçülüyü sağlam adlandırmaq çətindi. O, tam mənası ilə Ziya Gökalp və Əli bəy Hüseynzadənin tezislərinə söykənməyən məfkurədir. Bunun da öz kökləri var. İş ondadır ki, Osmanlı imperiyasında ümmət millətdən üstün tutulurdu. Müsəlman olan hər kəs ümmət idi və bu ümmətin içində türk kimliyi əriyib gedirdi, hər kəs özünü osmanlı sayırdı. Yusuf Akçura yazırdı ki, "Osmanlının sosial həyatında millət məsələsi lazımi səviyyədə təhlil edilib aydınlaşdırılmamış, millət kəlməsinə açıq bir məna verilməmişdi." Ona görə də cumhuriyyət qurulandan sonra əvvəllər özünə osmanlı deyən hər kəs indi də avtomatik türkəm dedi. Beləliklə də bu qarışıq toplum Türk adlandırıldı. Fərqlənənlər yalnız Türkiyə Cumhuriyyətinin xristian vətəndaşları idi. Məhz, bu səbəbdən də Türkiyədə türkçülük islam dəyərləri üzərində inkişaf etdi. Ona görə də bu günkü türk miliyyətçilərini təmsil edən MHP-nin mənzərəsi islamçı AKP-dən ciddi fərqlənmir.

     

    Azərbaycanda isə türkçülük ideologiyasına tapınanlar bunu çox dar və məhdud çərçivədə bəyan edə bilirdilər. Amma bütün hallarda onların yolu daha sağlam və daha düzgün idi. Sovet işğalı Azərbaycanda türkçülük ideologiyasını və məfkurəsini daha amansız şəkildə məhv etdi. Bir xalqa qarşı soyqırım etmək üçün milyonları öldürməyə gərək yoxdur, onun düşünən beynini məhv etmək yetərlidir.  Əhməd Cavad və Hüseyn Cavid kimi ideoloqlar repressiya qurbanı oldular. Türkçülük siyasi məfkurə kimi rəsmən kommunizm rejiminin düşməni elan edildi. Üstəgəl, 37-nin repressiyaları ölkədə olan bütün türkçü ideoloqları bir-bir dənlədi.

     

    Böyük, savadsız kütlə iyrənc bir ideologiyanın altında "savadlandırılmağa" başlandı. Milli məfkurənin ideoloqları - Ziya Gökalp, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçuranın əsərlərindən xəbərsiz olan bu insanlar milli kimliklərini itirdilər. Müsəlman qövmü, ümmət kimi anlayışların yerinə bu dəfə də kommunist və sovet insanı anlayışı gəldi. Əsarəti və cəhaləti rədd edən sovet ideologiyası manqurtlaşmış ziyalı obrazı yaratmağa başladı. Təkcə dini yox, milli adətlərə də qadağalar qoyulurdu. Bizə göstərilən örnək artıq ərəblər və farslar yox, "böyük rus xalqı" idi.

     

    «Biz niyə indi beləyik?» sualı bu günün yox, uzun illər məruz qaldığımız amneziyanın nəticəsidir. Milli kimlik məsələsindəki boşluq sovetlər dağılandan sonra özünü daha çox büruzə verdi. Xalq hərəkatının cəmiyyətdəki rolu azaldıqca yeni islamçılar boş qalan meydanda at oynatmağa başladılar. Və biz yenidən qayıtdıq cəhalət iyi gələn ümmət məsələsinə.  Lakin cəmiyyətin problemi tək islamda və ya qeyri dinlərdə deyil. Nə zamana kimi milli məfkurə xalqın ziyalıları tərəfindən cəmiyyətə lazım olan səviyyədə çatdırılmayacaq, təbliğ edilməyəcək, bu kimi neqativ hallar davam edəcək. Gah xristian missionerləri meydanda at oynadacaq, gah sünni-şiə qarşıdurması baş alıb gedəcək, gah da havadan kommunizm qoxusu gələcək. Və bütün bu mənfi halların nəticəsi kimi biz qarşımızda öz milli kimliyinə ironiya ilə baxan, irreal "dünyəvi, bəşəri" ideyaların daşıyıcıları olan indiki gəncliyi görəcəyik. Bu prosesdən də elə ən çox  itirən,  məhz, həmin gənclik olacaq. Zənnimizcə, türkçülük məfkurəsi kifayət qədər güclü bir ideologiyadır və gəncliyi arxasınca apara bilər. Bir zamanlar bizə ümidlə baxan Əli bəy Hüseynzadə kimi biz də eyni ümidlə gələcəyə baxırıq.

     

    Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan,

    Əcdadımızın müştərəkən mənşəyi Turan!..

    Bir dindəyiz biz, həpimiz hak-pərəstan;

    Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?

    Çingizləri titrətdi bu afaqı sərasər,

    Teymurları hökm etdi şahənşahlara yeksər.

    Fatehlərinə keçdi bütün kişvəri-qeysər!

    Əli bəy Hüseynzadə  

    Yazarın arxivi