Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    25
    10:40:00
    İyun
    1143 nəfər oxuyub

    Qonşuların savaşı və barışı

    Son zamanlar xalqlar dostluğundan, birgə yaşayışın mümkünlüyündən çox danışılır. Təbii ki, regionda sülh və qonşuluq münasibətlərinin bərpası arzulanan haldır. Ancaq Azərbaycan və  Ermənistanın gələcək münasibətlərinə iki aspektdən yanaşmaq lazımdır.

     

    1. Xalqların qonşu olaraq quracağı münasibətlər;
    2. Bu regionda marağı olan başqa dövlətlərin həmin münasibətlərə baxışı


    Əlbəttə, iki xalqın müharibə zamanı baş verənləri unudub, heç nə olmamış kimi yaşaması mümkün deyil, yaralar çox dərindir. Lakin nəzərə alaq ki, dünyada əksər qonşu xalqlar bir-biri ilə nə vaxtsa uzunmüddətli savaşlar aparıblar. Sonra da maraqları tələb etdiyi zaman bir-biri ilə loyal siyasi əlaqələr qura biliblər. Deməli, bizim də nə zamansa ermənilərlə dostluq deyil, ən azından, ümumi region maraqları baxımından siyasi əlaqələr qurmağımız məntiqlidir.

     

    Bu, tarixin gedişatıdır, insan cəmiyyət yaratmağa başlayandan yaxın ətrafı ilə qurduğu münasibətlərin məntiqi nəticəsidir. Əbədi savaş olmur. Digər məsələ bizim milli mənsubiyyətimizlə bağlıdır. Biz türkük. Özümüz vaxtaşırı bunu unutsaq da, dünya unutmur və bir ovuc xristian erməni hər zaman türkə qarşı istifadə olunacaq ən gözəl silahdır. Əgər regionda türkü vurmaq lazımdırsa, cinayət alətinin yenə erməni olacağı ağlabatandır. Nə zaman erməni cəmiyyətinin düşünən beyinləri ikinci aspektdən yox, birincidən yanaşmağa başlasalar, o zaman qonşuluq münasibətlərinə nikbin baxmağa ümid yarana bilər.

     

    Bu gün tez-tez səslənən dostluq şüarları, xalqların günahının olmaması fərziyyəsi absurd bir məntiqə söykənir və siyasi cəhətdən ciddi analiz edilməmiş populist çıxışlardır. Bu, ona bənzəyir ki, qatilə bəraət qazandırmaq üçün vəkil onun günahkar olmadığı, qətlin sifariş edildiyi iddiasında bulunur. Halbuki qatil bütün hallarda günahkardır. İllərdir erməni ziyalıları, dindarları, fəhlələri, kiçiyi-böyüyü “türk düşməndir” şuarı ilə qidalanır. Bu psixologiya ilə yaşayan xalq birmənalı şəkildə ondan cinayət aləti kimi istifadə olunmasına zəmin yaradır.

     

    Təfəkküründə başqa bir etnosa qarşı patoloji nifrət bəsləyən ermənilər sifarişçi kim olursa-olsun, bu savaşın əsas günahkarlarıdır.

     

    Barış olacaq. Çünki bütün savaşlar sonunda barışla nəticələnir. Lakin bu barışın bizim xeyrimizə nəticələnməsi üçün kifayət qədər güclü iqtisadi potensiala malik türk dövlətlərinin siyasi ittifaqda birləşərək güclənməsi mütləqdir. İstənilən münasibətlərin qurulmasında güclü tərəf olmaq əsas şərtdir.

    Yazarın arxivi