Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    15
    16:37:47
    Aprel
    844 nəfər oxuyub

    "Bir tısbağanın xatirələri"

    Behzad Molud 1975-ci ildə Ərdəbil şəhərində doğulub, rejissorluğa 1997-ci ildə başlayıb.  Filmlərində həyata insani və fəlsəfi baxışını görmək olar. 2016-cı ilin əvvəllərində Amerikaya gedib və orda film sahəsində işləməyə davam edib. “Bir tısbağanın xatirələri” Behzad Moludun yeni filmlərindəndir.

     

    “Bir tısbağanın xatirələri” sənədli filmi Güney Azərbaycanın Ərdəbil vilayətində  yerləşən Şirvan dərəsindən bəhs edir. Bu dərə 34 kilometr uzunluğundadır və özündə çoxlu mədəni-tarixi abidələri saxlayır.

     

    Behzad Molud Şirvan dərəsinin əsas eksponatlarını- heyvan formasında olan daşları, dərədə yaşayan xalqların mədəniyyətlərini, adət-ənənələrini, həyat hekayələrini və s. müxtəlif fəsillərdə çəkərək tamaşaçının məkana sənətsəl baxışla baxmasına nail olmağa, diqqətdən kənarda qalmış maraqlı turistik abidələrə diqqət çəkməyə çalışıb. Şirvandərənin keçmişindən, indisindən danışan film, onun məhvolma təhlükəsi qarşısında qaldığına da işarə vurur.

     

    Müəllifin əhvalata real baxışı və təxəyyülü sayəsində film, təbiətin yaratdığı mənzərələrə həyat və cazibədarlıq bəxş edib:

    “Bir tısbağanın xatirələri”, Şirvandərə xalqının gündəlik yaşamı, toy mərasimləri, alış-verişləri, yavaş-yavaş məhv olan vəhşi heyvanların həyatı deməkdir...

     

    Həqiqətən, demək olar ki, bu film Şirvandərə təbiəti haqqında gələcək insanlar üçün obrazlı bir sənəddir.

     

    Filmin ən güclü hissəsi rejissorun seçdiyi dastançıdır. “Bir tısbağanın xatirələri” filmində əhvalat tısbağa tərəfindən nəql olunur. Uzun ömür yaşamış, dərənin bütün keçmişini, indisini görmüş bir tısbağa...

    Film tamaşaçıya dastançının baxışından çatdırılır, onun ürəyində və ağlında yerləşir. Rejissor hətta texniki tərəfdən də təbiətə müdaxilə etməyəyə çalışıb və əsas personajını filmin yarandığı təbiətdən seçib.

    O personaj tısbağadır ki,  filmdə  bir reportyorun rolunu  oynayır.  O tısbağa ki, sal daşıların arasında, insanların yanında, təbiətdə dolanır və öz xatirələrini söyləyir. Bu priyom "Bir tısbağanın xatirələri" filminin müəllifinə mövzuya öz fərqli baxışını göstərmək imkanı yaradıb.

     

    Bundan əlavə filmdə gördüyümüz bəzi planlar operatorun  necə çətin şəraitdə işlədiyindən xəbər verir. Həmin planların çəkilişinə bir neçə gün sərf olunub.

    Rejissor Behzad Moludun “Bir tısbağanın xatirələri” filmi Amerikada “Ceferson” festivalında, Tehran Qısametrajlı Filmlər festivalında, Nyu-York film festivalında, Puerto-Rikoda keçirilən “Sinekampus” festivalında, “Berlin Viester Online” film festivalında  və bir sıra başqa festivallarda uğurla iştirak edib.

     

     






     

     

    Yazarın arxivi