Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    14
    16:37:47
    Sentyabr
    732 nəfər oxuyub

    Təbrizin min bir yaşılı - Höhmavar

     

    Yaşıl, göyərmək, yaşamaq. Bunların bizim xatirələrimizdə nə mənası var? Yaşıl rəng nəyin simvoludur?

    Yaşıl sakitləşdirici xarakterə malik olduğu üçün dünyada sağlıq və təhlükəsizlik rəngi kimi məşhurdu. Ancaq ölkədən ölkəyə və tarix boyu bu məna fərqli olub. Məsəla, orta əsrlərdə yaşıl, yeni yaşamın simvolu idi. Bu səbəbdən o zamanlar gəlin paltarı yaşıl olarmış. Çində isə yaşıl rəng sərvət simvolu sayılır.

    Türk millətinə yaşıl rəng  yaşamaq, böyümək, göyərmək, yeni gün, döğulmaq, sağlıq və hayatdan hekayət eləyir. Hər nəyin rəngi yaşıl olsa, onu sevib qoruyarlar.

    Təəssüf ki, zaman keçdikcə və həyatda sənayenin rəngləri çoxaldıqca təbiətin yaşıllığı da itir, insanın ruhu habelə...

    Bir zamanlar Təbriz bağ şəhər adlanırmış. və havası ən gözəl havalardanmış. Amma indi Təbriz yaşıl deyil. Təkcə bəzi yerlərində yaşıllıq görmək olur.

    Höhmavar belə yerlərdəndir.

     

     

     

     

     

    Hər zaman Təbrizin Azərbaycan xiyabanından keçəndə gözüm o əldə görünən bağlara düşərdi. Kimdən soruşsam ki, bu bağlar nə bağlarıdı, belə söyləyərdilər: “Bura park olacaq, adı da Azərbaycanın böyük parkıdı” və parkın vüsətindən danışardılar.

    Iş elə gətirdi ki, təbrizli rejissor Məhəmməd Alimuradi bəy Höhmavar haqqında sənədli film çəkmək istədi və mən də onların qrupuna qoşulub Höhmavarı tanımağa başladım:

    Höhmavarın tarixində belə yazılıb: “Qabaq zamanlarda Höhmavarın adı “Hamı Kavar” imiş ki, iki kəlmənin mürəkkəbidir: hamı +kavar. İran Azərbaycanında “hamı” bütün mənasındadır, “kavar” da tərəvəz adıdı. Bu addan məlum olur ki, keçmiş zamanlarda höhmavarlıların işi tərəvəz əkinçiliyiymiş. O əkinçilərdən ki bu işin tarixini soruşuram, 700-1000 ilə yaxın bilirlər. Ancaq Təbrizin əkinçilik cihadının rəisi 500 ilə yaxın söyləyir və deyir:   ”Höhmavar əkinçiləri ən professional əkinçilərdəndilər ki, ata-babadan qalan yerləri indiyə qədər qoruyublar”.

    Əkinçilərin yerlərinə gedirəm. Mənə ot çayı dəmləyirlər, ağacdan alma dərib, yerdən kələm çıxardıb gətirirlər. Hansı bağa gedirəm, məhəbbətlə qarşılayırlar. Oturub ürək sözlərinə qulaq verirəm.

    Höhmavarın sahəsi 700 hektara yaxınıymış, amma son 10 ildə iqamətgah kimi istifadə olunmağa başlayıb. Bu səbəbdən əkin yerlərinin yarısı aradan gedib. Bir tərəfdən də “Azərbaycanın böyük parkı” adlanan layihə təklif olunub və  bu da qalan əkin yerlərinin də  yoxa çıxmağına səbəb olur. Bura  elə bir haldadır, əkinçilər yerlərində elə bir şərait yaradıblar ki, Təbrizin, demək olar ki, o parka ehtiyacı yoxdu!

     

     

     

     

    Höhmavarda görürəm ki, ailələr uşaqları ilə gəlib orda gəzir, dolanır və tərəvəz alırlar. Onlardan tərəvəzi niyə burdan aldıqlarını soruşuram, belə cavablayırlar: “Gəlirik gəzək, ürəyimiz açılsın”.

    Höhmavarın ən uca binasının – ki, hələ tikintisi bitməyib –gözətçisini tapıb yuxarı çıxmaq üçün izn alıram. Qaranlıqda pilləkənlərlə on üçüncü mərtəbəyə yetişirəm. Uzaqda Təbrizin binaları görünür. Onlarla aramdakı məsafə min bir yaşıl rəngə bürünüb. Adam ömrü boyu o yaşıllıqda yaşamağa həvəslənir! Bir qismi bir əkin: pomidor, kələm, qara badımcan, xiyar...

    Binanın solunda, iki binanın arasında yerləşən əkin yerinə baxıram. Rizayı adlı qoca bir kişinin yeridir ki, oğlanlarıyla işləyir. Neçə nəfər də işçisi var (əkinçilərin verdiyi məlumatdan hər yerdə bir neçə nəfər işçi işlədiyini bilirəm). Rizayi bəy deyir:

    “Nə qədər istədilər mən də o biri əkinçilər kimin buranı satam, razılaşmadım”. Yolun bu əlini də təkcə Rizayinin yeri tutub...

    Ucada durarkən fikirləşirəm ki, neçə nəsil əkinçi Höhmavarın toprağında işləyib. Neçə yaşları olar? Kimsə bilmir.  Və yaşıl rəng ki ayağımın altında parıldayır... və binalar ki onları aradan aparır...

     

     

     

    Gözüm sataşır əkinçilərin binasına: doğma bir memarlıq! özləri adını “xana bağ”  qoyublar, yənı bağı olan ev. Palçıqdan düzəldilmiş bir otaq...  Qar yağanda içinə dammasın, əriyib axsın deyə yumurta şəklindədi... Əkinçilərin dincəlmək yeridi.

    Evə dönəndən sonra internetdə dünyanın əkin yerlərini araşdırıram, gözüm “aqroturizm” kəlməsinə sataşır. Əkinçilik və turizmin mürəkkəbidir ki, əkin yerlərinə turistlərin cəzb olunması və əkinçilərin qazancının artması məqsədi daşıyır. Höhmavarlılar “agroturizm” kəlməsini heç eşitməyiblər, ancaq görünür ki, yerlərini cəzbedici eləməyə çalışıblar. Rizayi bəy deyir: “Bu güllər ki görürsüz, özüm üçün deyil. Bunları xalq üçün əkmişəm ki, gələndə ləzzət aparsınlar”.

     Bəzi əkinçilər bağlarına uşaqlar üçün oyun qurğuları qoyublar. Millət əkin yerlərində gəzir və istədiyini seçir. Amma hələ çox işlər görülməlidi ki, aqroturizm Höhmavarda yerləşsin: turist üçün doğma memarlıqlarını dizayn eləmək, satış və yerlərin dizaynı, uşaqlar üçün oyun yerləri, əkinçilik təlimlərinin keçirilməsi... 

    Bunlar bağların yoxa çıxmasının qarşısının alınmasına səbəb olar. Həm park olar, həm də əkinçilərin qazancı artar.

    Şəhərdə tərəvəz satılan yerlərə gedirəm. Dükançılar Höhmavarın tərəvəzinə səsləyirlər. Biri deyir ki, bu tərəvəzlər digər şəhərlərə də gedir.

    Xalq tərəvəz alıb evinə dönür. Xiyabanın səsi beynimdə səslənir. Höhmavarı fikirləşirəm və yaşıl rəng girir xəyalıma. Xəyalımda Höhmavarın min bir yaşılında yaşayıram.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Yazarın arxivi