Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    29
    16:37:47
    Sentyabr
    869 nəfər oxuyub

    “Satıcının sökülmüş yaşamı”


    Əsğər Fərhadinin “Satıcı” filmi haqqında

     

     

    Süjet

     

     

    Emad və Rəna gənc ailədirlər  və Tehranın köhnə binalarından birində yaşayırlar. Bina, az qalır, uçsun. Bu üzdən sakinləri onu tərk eləyirlər. Emad müəllimdir və Rəna ilə birlikdə teatr oyunçularıdılar. Iqtisadi durumları yaxşı olmadığı üçün məcburən dostlarının evini kirayə götürürlər, ancaq bir xoşagəlməz hadisə baş verir... 
    Onlardan əvvəlki kirayənişinin vəsaylı evdə qalıb. Hərçənd tamaşaçı filmin sonuna qədər bu xarakteri görməyəcək, amma kölgəsi Emad və Rənanın həyatında olacaq.
    Bir gün Emad evdə olmayanda qapının zəngi çalınır. Rəna gələnin Emad  olduğunu düşünüb qapını açır və hamama gedir... Emad evə dönur. Pillələrdə qan izini görüb, sürətlə evə qaçır. Hamam qanlıdı, qonşular Rənanı xəstəxanaya aparıblar. Onlar Emada deyirlər ki, keçmiş kirayəçi bir fahişə  imiş və o kişi ki evə girib Rənanı yaralayıb,  həmin qadının müştərisi ola bilər. Rənaya təcavüz olunub-olunmadığı  bəlli deyil...

     


    Rənanın ruhi durumu yaxşı deyil, gecələr yatmır. Emaddan çəkinir, hamama getmir, evdə tək qalmaqdan qorxur, hətta heç kimlə göz-gözə gəlmək istəmir. O, bu hadisədən utanır və buna görə də istəmir polisə şikayət eləsin.  Hadisənin unudulmasını daha uyğun bilir. Hətta  yad kişinin küçədə qalmış avtomobilini də  itirməyə çalışır. Emad Rənanı sakitləşdirməyə, qorumağa səy göstərir, ancaq Rənanın vəziyyəti onu yorur. O, təcavüzçünü axtarır və sonunda da tapır...

     

     

     

     

     

     

     “Filmlərim real olduğu üçün elə bir oyunçu seçməyə çalışıram ki, yaşam kimi oyuna da bacarıqlı olsun”.

     

     

    Filmdəki hadisə bütün böyuk şəhərlərdə baş verə bilər. Filmin əvvəlində Emad deyir: “əgər əlimdə olsaydı, Tehranı söküb yenidən tikərdim. Amma bu real bir dünyada ola bilməz!” 

     


    Fərhadi teatrı sinemaya gətirir: Artur Millerin “Satıcının ölümü” tamaşası ilə. Yənı o yerdə ki real yaşam Fərhadinin sinemasıdır, o dayanır və  mubaliğə, oyun səhnəyə girir. Ilkdə boş oturacaq vardır ki, ışığın dəyişməsilə xarakterləri dəyişir və sonda iki əsas xarakter oturacaqda oturub və qrim edirlər. Hadisə onları dəyişib: oyun oynamağa başlayıblar. Rəna və Emad daha əvvəlki xarakterlər deyillər. Onlar həyatlarına maska ilə davam edəcəklər. 

     

     

     

     

     


    Hərçənd Fərhadi teatrın ayağın ortaya çəkir, amma bu teatr onun sinemasının önündədir və mükəmməl qabağa gedirlər. Bəzi tənqidçilər bu filmin barəsində belə yazıblar ki, filmdə teatrın iştirakı mənfi  təsir edir. Ancaq Fərhadi sinema və yaşamın mənasını yaxşı bilir! Real yaşamda xarakterlər bir problemlə üzləşəndə oyun oynamağa başlayırlar və bu oyunda yaşamlarına ən yaxın olan ssenari və xarakteri seçirlər.  Öz duyğularını gizlətmək, ya da mübaliğəli göstərməkdən ötrü. Fərhadi o oyunçuları seçir ki, ssenaridəki həyat sahəsində özlərini oynasınlar və o xarakteri yaşasınlar. 

     


    O deyir: “Filmlərim real olduğu üçün elə bir oyunçu seçməyə çalışıram ki, yaşam kimi oyuna da bacarıqlı olsun”. 

     


    Tamaşacı filmə baxarkən xarakterlərlə yan-yana gedir. Rənanın reaksiyası onun reaksiyası ola bilər və o zaman fikirləşər ki, “mən, Rəna olsaydım, nə edərdim”. Burda real yaşamın xarakterin oyununa ehtiyacı olur.

     

     

     

    Bu film, Fərhadi sinemasın aiddir: yaşam, mənəviyat, insanlar və eşq kameranın gizli qatlarında

     

    Film real simvollarla doludur. İşarələr bir birinin yanında durub və hədəfə sarı gedirlər. Məsələn, kişinin əlində bir sınıq şüşə, ya fahişə qadının əlbəsəsi xarakterin keçmiş və ya gələn zamandakı reaksiyasını tamaşaçıya göstərir. Bu nişanələr vəziyyəti açıqlayarkən onlara can verir.

     


    Bu film, Fərhadinin sinemasına məxsusdur: yaşam, mənəviyyat, insanlar və eşq kameranın gizli qatlarında. Bir ailənin daxili hekayəsi ki, xarici faktorla toqquşandan sonra dəyişir. Hansı tamaşaçı  “Eli barəsində”, “Nadirin Simindən ayrılması”, ya da “Satıcı”ya baxanda, özünü Eli, Simin, Nadir, Rəna, Emad və də digər obrazlarda görmür və film bitəndən sonra onları yaşamır?

     

     

     


    Satıcının hekayəsi köksüz hekayə deyil,  onun nağılı və xarakterləri birdən yerdən bitməyiblər. Film öz tarixindən qabağı da tamaşaçıya xatırladır. Amma flaşbəklə yox, bəlkə o izlərlə ki, evdə var və o fahişə qadının xarakterilə ki, filmdə  fiziki iştirak etməsə də,  əsl xarakter kimi başqaları onun barəsində danışırlar. Rejissor onun izini əvvəldən sona qədər saxlayıb. 

     


    Yenə filmdəki nişanələrə dönürəm: fahişə qadının vəsaylı, ev yiyəsinin əlində onun əlbisəsi tamaşaçıya, onun da qadınla əlaqəsi olduğunu anladır, evin divarındakı uşaq rəsmləri və sonra digər bir uşağın dialogu: “mən babamı sevmirəm, anamı sevirəm”  və s...  Bunlar hamısı bir keçmişdən və onun səbəblərindən danışır ki, bir evdə, ya da böyük bir sahədə, bir cəmiyyətdə var imış. Məsələn, Rəna və Emadın əvvəl yaşadıqları binada  şüşələrin və divarların çatlaması kimi. 

     

     

     

     

     


    Məncə, Fərhadi əgər digər filmlərində ailə, ya da xarakterlərin mənəviyyatını tənqid eləyirdisə, bu filmdə dairəni genişləndirib və cəmiyyəti filmin gizli qatında  hədəf tutub. Elə bir cəmiyyəti ki, divarları çatlayıb və Emad demişkən “keşkə onu söküb yenidən tikmək olsaydı...”

     

     

    Fərhadinin filmində musiqinin yeri yoxdu, çünki yaşamda musiqi yoxdur

     

     

    Satıcı Fərhadinin yeddinci uzun flmidir ki farsi dilində çəkilib. İran və Fransanın müştərək işi olan bu film 125 dəqiqə davam edir. Rollarda Şəhab Hüseyni və Təranə Əlidusti çəkiliblər. Şəhab Hüseyni Kann festivalında bu filmdəki roluna görə “ən yaxşı oyunçu” mükafatını qazanıb. “Ən yaxşı ssenari” mükafatına isə Əsğər Fərhadi layiq görülüb. Film İran sineması tərəfindən  2017-ci  ildə Oskara namizəd göstərilib.

     


    Fərhadinin diğər filmləri kimi “Satıcı”nın da dramatik və açıq bir sonu var. Bu rejissor “Od bayramı” filmilə Irandakı sinemasevərlərin içində məşhur olub və tənqidçilərin diqqətin qazanıb. Bu film o il İran sinemasının ən çox satılan filmi olmuşdu.

     


    “Eli barəsində” filmi ilə Əsğər Fərhadi elə bir sinema janrı yaratdı ki, yalnız bu rejissorun sineması idi. Bu film bir real hikayə ilə İran sinemasının yeni dalğasına səbəb oldu və müəyyən elədi ki, Fərhadinin oğurluğu təsadüfi deyilmiş. “Eli barəsində” filmi bu rejissoru beynəlxəlq aləmdə tanıtdi, amma iş burda bitmədi. Fərhadinin filmləri günbəgün gücləndi. O vaxta qədər ki, “Nadirin Simindən ayrılması” filmi İran sinemasının zeniti oldu. Bu film, dünyanın İran sinemasına ciddi səbəb oldu. Və sonunda “Satıcı” filmi ki, demək olar, bu rejissorun ən yaxşı filmidir və onun davamını göstərir.

     

     

     


    Fərhadinin filmləri realdır və adi insanların yaşam hekayəsidir. Rejissor bir müsahibəsində deyir:

     


    “Parisdəki filmim üçün hər gün insanların evinə gedirdim. Hər evdə çoxlu insan var idi,  hərəsinin də öz hekayəsi və yaşamı. Insanların yaşamlarının xəlvətinə getmək məni çox cəzb edir”.

     


    Onun filmində musiqinin yeri yox. Necə ki yaşamda musiqi yoxdur. Fərhadi deyir: “filmlərim real olduğu üçün heç zaman musiqiyə ehtiyac hiss eləmədim”.
    44 yaşlı rejissor indi yeni filminin çəkilişləri üçün Ispaniyadadır. Bu filmdə dünyamiqyasında tanınan məşhur aktyorların iştirakı gözlənilir.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Yazarın arxivi