Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    13
    16:37:47
    Oktyabr
    378 nəfər oxuyub

    Məhərrəm ayı İran Azərbaycanında

    İran Azərbaycanında məhərrəm ayı ən köklü mərasimlərdəndir.

    Bu mərasimlər yalnız İranda məşhur deyil və görünür ki, bu mərasimin səsi digər ölkələrə də gedib və diqqətləri qazanır.

    Bu mərasimlər ki, illər boyu yaşlılar, gənclər, qadınlar və həttə uşaqların əlilə qorunub və onların hər birisinin rolunun önəmi var, hər il məhərrəm ayında bir teatr kimi müxtəlif sahələrdə icra olunur və nəsildən nəsilə çox az dəyişiklərlə keçib və günbəgün xalq arasında önəmi artır. Tarixə baxarkən görünür ki, hərçəndi bu mərasimlərin kökü Səfəviyə hökumətindən qabaqdır, ancaq Səfəviyə dövründə güclənir və rəngi artır. O yerə qədər ki, bu dövrdə yeni mərasımlər görünür və bunun səbəbi Səfəviyə şahlarının şiə məzhəbinə marağıdır. Onlar bu məzhəbi İran ölkəsinin rəsmı məzhəbi eləməyə çalışırlar.

    Bu mərasimlərdə ələmlər və bayraqlar ki məscidlərdə qorunurlar və ya müxtəlif tarixi teştlər ki onların bəziləri Səfəviyə və Qacar dövrünə aiddir, ən önəmli nəsnələrdəndilər. Əza məhərrəm və səfər ayında Azərbaycanın hər yanında olur, amma Zilhəccə ayının son 10 günündə digər bir şəkili var o yerə qədər ki, xalqın hamısı qara geyim geyib bazarlar və küçələrdə əza ələmi qururlar.

    İran Azərbaycanında Məhərrəm ayının  fəslsəfə, tarix və mədəniyyətinə aid önəmli çoxlu sözlər var ki, bəlkə neçə kitabda yerləşməz.

    Bu yazıda bu xalqın tarıxınə təsirli edib önəm daşıyan həmin mərasimlərin bir neçəsinin müərif eləməyə çalışırıq. Bəzi mərasimlərin bəzi şəhərlərdə önəmi çox, bəzilərdə az ola bilər. Ya da mümkündür ki, bir mərasım yalnız bir şəhərdə olsun, ya da hər şəhərdə bir az dəyişıklıklə keçirilsin. Amma önəmlisi onun dalında olan söz və xalqın roludur. Belə ki, hətta bəzən bir mərasimin arxasında bir vəziyyətə etiraz gizlənir, amma müstəqim şəkildə yox.

    Bu mərasimlərin bir neçəsini örnək göstərək:

     

     

     

     

    “Şaxsey”

     

    “Şaxsey” Azərbaycanın çoxlu yerlərində, xisusilə Təbrizdə məhərrəm ayına neçə gün qalandan başlanır və məhərrəmin 10-a qədər davam edir.

    Bu mərasimin xalq arasında çoxlu mənası var, amma əslində bir hərbi rəqs və paraddır. Əzaçılar bir xas ağac əllərinə götürüb yerdən ta başılarına qədər aparırlar və bu işi dəfələrcə görürlər. O zaman ki ağac yerə yaxınlaşır,  hamısı birlıkdə və uca səslə deyirlər “şaxsey”. Yəni: Şah Hüseyn. Və o zaman ki ağac başlarına yaxşnlaşır, hamı deyir “Vaxsey”. Yəni: vay Hüseyn. Bu iş imam Hüseynin tərəfdarları ilə Yezidin tərəfdarlarının Kərbəla savaşına işarə eləyir. Əzaçılar əllərini bir-birinin dalına qoyurlar ki, ittifaq və birlik olmaqlarını gostərsinlər. Bəzən də təbil, ya sənclə diğər bir etiraz yaradılır. O yerə qədər ki, mərasimi yaxından izləyənlər və çalışanlar mənəvi bir havanı tənəffüs eləyirlər.

     

     

     

    Teşt qoyma mərasimi

     

    Bu mərasim ən qədim mərasimlərdəndir ki, Iran Azərbaycanının bəzi şəhərlərində, xüsusilə Ərdəbildə illərdi davam edir.

    Su teştlərini ki Fərat hadisəsinə işarə eləyir, məscidlərdə qururlar və əzaçıların imam Hüseyn əzasına hazırlaşmaqlarına nişanədir. Bu mərasim Səfəviyə dövründə Ərdəbildə başlanıb, amma son illərdə görünür ki, yaxın şəhərlərdə də teşt qoyulur. Teştlər mis, ya da bürünc olur.

    Teşt qurulandan sonra əza içində özəl bir dua oxunur və təbərrik üçün teştin suyundan içirlər. Bu mərasimin hədəfi budur ki, hz Əbəlfəzlin fədakarlıqlarını, ki, özünü suya və oda vurdu, ta imam Hüseynin çadırlarındakı uşaqlara su tapsın, göstərsin.

    Məhəllələrin yaşlıları teştləri çiyinlərində məscidlərə gətirirlər  və sinə vuran dəstələr səsləyir: “əldəxil ya Əbəlfəzl”.

    Ərdəbil məscidlərinin memarlığında görünür ki,  teştqoyma mərasimi üçün tağça kimi bir yer curranıb.

     

     

    Pulkə

     

    Pulkə bir dini-ənənəvi mərasimdir ki, məhərrəm ayının ilk 10 günündə İran Azərbaycanının bəzi şəhərlərində, məsələn, Əcəbşir və Bunabda qurulur.

    Pulkə bir odlu topun adıdır ki, parçadan curranır və onu bir tellə bağlayırlar.  Sonra neft vurub odlayırlar və gecənın qaranlığında Kərbəlanın 72 şəhidinin adı ilə əzaçıların arasında dolanır.

     

     

     

     

    Dəstə

     

    Dəstə ki hər məhəllənin əzaçılarının toplumudur, İran türklərinin məşhur mərasimlərindən sayılır. Bu mərasim çoxlu şəhərlərdə göstərilir, amma bəzən hər şəhərdə fərqlidir. Məsələn, Ərdəbil şəhərində ki ən önəmli mərasimlərindəndir, məhəllələrin çoxlu rolu var. Hətta demək olar, bu bölümlər məhərrəm mərasimi şəklində təşkil tapıb. Şəhər 6 məhəlləyə bölünüb: Sərçeşmə, Alaqapı, Gazran, Pirətməlik, Üç Dükan və Toy. Bu məhəllələrin hər birinin onlarla kiçik məhəlləsi var  və keçmiş zamandan indiyə qədər mərasimlərə davam ediblər.

    Hər bir məhəllənin əski bir ələmi var ki, müxtəlif cinslərdə, umumilikdə  tirmə, ya məxmər və xas nəqşlərdədilər .

    Məhəllə əzaçıları şəhərin mərkəzinə, yəni bazara gedirlər.

    Bu 6 məhəllənin əzası qurtulandan sonra  tasua gecəsi  məhəllələrin məscidlərində  sübhə qədər əza olur.

    Tasua gününün nahardan sonrasında şam gəzdirmə mərasimi əzaçıların təriqilə başlayır və işirakçılar 41 dənə şamla Ərdəbilin 41 məscidində şam yandırırlar. Şamlar, imam Hüseynın 41 çadırına işarə eləyir.

    Dəstələrin qabağında təbl və şeypur çalanlar ki hamısı qara geyim geyirlər, əzanın özəl musiqilərini çalırlar. Onların ardınca məhəllənin ələm və bayrağı gedir.  Onların ardında sinə və zəncir vuranlar, qabağında məhəllənin yaşlıları gedirlər.

    Bu dəstələr o zaman ki digər məhəllənin məscidinin qabağına yetişirlər, o məhəllənin yaşlıları tərəfindən qarşılanırlar.

    Ya məsələn, Təbrizin müxtəlif əzadar dəstələri hər il ənənəvi şəkildə əzadarlıq eləyirlər. Bazarın Müzəffəriyə timçəsi bu əzaçılığın mərkəzidir və çoxlu şəhərlərdən gələrlər ta bu əzəmətə şahid olsunlar. Hər dəstə bir məhəllədir və hər məhəllənin qarşısında o məhəllənin ələmi yüklənir. Bu ələmlərin bəzisi tarixidilər. Təbrizin bazarında olan əza mərasiminə qadınların giriş izni yoxdu və bu mərasim tam kişilər mərasimidir.

     

     

     

    Şəbeh

     

    Aşura günü şəhərin müxtəlif yerlərində şəbeh mərasimi qurulur və bir teatr kimi Kərbəla hadisəsi göstərilir. Çadırlar qurulur və oyunçular geyimlərini geyirlər. Qırmızı geyinənlər Yezidin adamları olur, yaşıl rəng geyinənlər Imam Hüseynin. Sonra Kərbəla hadisəsini şeir, musiqi və teatrla icra eləyirlər.

    Şəbih mərasimləri şəhərin meydanlarında, və ya məscidlərin qabağında uç seri də: sübh, nahar və axşam çaği qurulur. Əzaçı qruplar çay, və ya  şərbətlə qarşılanırlar.

     

     

    Aşura ədəbiyatı

     

    Məhərrəm tarixində həmişə görünüb ki, mərasimlər şeirlə qarşılanır: şaxsey, şəbeh, mərsiyələr. Onların hamısında şeirin izini və önəmini görmək olur. O qədər, ki aşura ədəbiyyatı ədəbiyyat da bir önəmli bölüm olub. Bu şeirlər umumiyyətlə, Kərbəla hadisəsini kəlmələrin musiqisilə söyləyirlər və ürəklərdə təsir qoyurlar. Mərsiyə və nohələr Azərbaycan türkcəsində oxunur və tonları da elə əskidə oxunan tondu. Bu  sahədə çoxlu adlı şairlər yaranıb. O adamlardan ən adlısı  Səlim Müəzzinzadeye Ərdəbilidir  ki, səsi hər məhərrəm də Azərbaycanda və azərbaycanlıların ürəyində əyləşir və bu adamların çoxu məhərrəm ayını Səlimin səsilə xatırlayırlar.

    Ya da məsələn, Rəhim Münzəvi və Abbasquli Yəhyəvi, ya Ənvər Ərdəbili ki, şeirləri çox məhurdu.

     

    Seyyedəl Şuhəda masası

     

    Bu günlər bütün məscidlərdə və evlərdə Seyyədəlşuhədə adlı masa açıq olur və xalq bu mübarək masadan yemək yeyir. Yeməklərin  çoxu düyü olar ki, fərqli forlamalarda hazırlanır. Teşt qoyulan gün səhər kimin nəziri olsa, məscidlərin qabağında qurban kəsib ətini yoxsulların arasında paylayar. Aşura tasua günündə küçələrdə və xiyabanlarda çoxlu ehsan verilər və xalq bu ehsanı təbərrük bilib ondan yeyər.

     

    Məhərrəm ayının digər nəzirlərindən qara ya yaşıl geyimlər geyinmək, qara ya yaşıl kaşne boyuna atmak, biləyə yaşıl parça bağlamaq, uşaqları Zolcənah atına mindirmək, uşaği Hz Ali Asğərin beşiyinə qoymağı göstərmək olar...

     

     

     

     

     

    Əski bir mərasimin yeniləşməsi

     

    İranın tarixindən görünür ki, 100 ilə yaxın öncədən məhərrəm mərasimlərində əzaçıların içində bir qrup nəzarətçi təşkil tapırmış və bu qrup əza dəstələrinin qarşısında gedib, yerə duşən şeyləri cəmləyirmışlər. Bu iş ki, nəzafətlə məhərrəm ayını qarşılayırlar, bir xalqın mədəniyyətini göstərir və gələn nəsil üçün yaxşı mədəniyyət yaradır. Hərçənd illərdir yaddan çıxıb.

     

    Ancaq yeni illərdə Ərdəbil şəhərində gənc nəsil bir NJO şəklində səhnəyə gəlib təbiəti qorumağa çalışır. Bunlar “Didebane Təbiəte Ərdəbil “ adıyla – ki, mənası təbiəti qoruyanlardı - məhərrəm günləri yaşıl bir uniformda xiyabanlarda gəzib, yerə tökülən zir-zibilləri cəmləyirlər. Məqsədlərini soruşanda deyirlər ki, “biz çalışırıq, xalqa deyək ki, bir gözəl cəmmiyyətə əl tapmaq yolu bir gözəl ətraf mühit qazanmaqdir”.

     

    Bu gənc nəsil bu işi iki ildir başlayıb, ancaq bu qısa zamanda səsləri İRAN ölkəsinin hər yanına gedib. Bəlkə də gələn illərdə bu iş də - yəni təbiəti qorumaq məhərrəm ayının mərasımlərindən birinə çevrilsin və xalq da bu mədəniyyəti yaratsın ki, ilin bütün aylarında təbiət onlara aiddi və qorumaq lazımdır.

    Yazarın arxivi