Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    07
    16:37:47
    Noyabr
    420 nəfər oxuyub

    “Şəhər yeri: daşdan olan insanların şəhəri”

    Əgər Azərbaycanın tarixinə diqqət yetirsək, necə iftixarlı, əzəmətli və təəccüblü bir tarixi olduğunu, arxasında ən gözəl mədəniyyətlərin və ənənələrin dayandığını görərik. Zaman keçdikcə bu iftixarlar çoxalıb və indiyə qədər davam edir. Əgər bu tarix qorunmasa, yazılıb sənəd olmasa və onların barəsində modern texnologiyalarla, məsələn, film və digər vasitələrlə bəhs olunmasa, bir zaman aradan itəcək. Bu tarix illər boyu davam edib və indi bizim əlimizə bir amanat kimin çatıb.

     

    Iran ölkəsinin hansı yanına baxsaq, xalqın keçmişindən bəhs edən tarix var orda. Onları tanımaq və tanıtmaq lazımdır.

     

    İran Azərbaycanının da tarixi ən parlaq tarixlərdən biri sayılır. Hər bucağı elə-bil bir anadır ki, öz uşağını qucağında qoruyub ta kəşf olunana qədər. Azərbaycanın ən qədim mədəniyyətlərin yerində qurulduğu həqiqətini gostərmək üçün onlar, hətta yüzlər ad nümunə gətirmək olar: Həsənli təpəsi, Yanıq təpə, Azərtək təpəsi və...

     

     

     

    İran Azərbaycanının bütün şəhər və kəndlərində bu qədimi təpələri görmək olar. Ərdəbil vilayəti, onun şəhər və kəndləri bu təməddünlərin ən dəyərlilərindəndir. Bu tarixi yerlərdən biri Şəhəryeridi ki, Ərdəbilin Meşgin şəhərindədir:

     

    Ən önəmli kəşf olan yerlərdən biri Burazamdır (Şəhər yeri). Ehtimal olunur ki, bu ad düşmənləri qorxutmaq üçün istifadə olunub. Burazmanın mənası “bura gəlmə”dir ki, sonralar bu ad ora yaxın olan bir kəndin adı olu və dəyişiklərlə Pirazmiyana dönüb. Çün qədimdən orda bir şəhər var imiş “Şəhər yeri” adlanan. Şəhər yerinin tarixi İsa Məsihin doğumundan 9000 il  əvvəl başlayır. Əlbət indiki zaman qədər və ola bilsin bundan da çox olsun.

     

    Meşginşəhər düzü İran Azərbaycanının və Ərdəbilin şimal-şərqinin 105 kilometrliyindədir. Şəhər yerinin vüsəti 400 hektardır  və Qərə su çayının yanındadır. Üç bölümdən təşkil tapıb: hərb qalası, məbəd və qoşa təpə.

     

     

    İlk axtarışlarda dəmir çağına aid olan türbələr kəşf edilib  və saxsıların tapılması bu yerin tarixinin dəmir çağından 3500 qabağa aid olduğu təxmin edilib. Bu səbəb olub ki, Ərdəbildə insanın sukunətinin mis-daş dövrünə aid olduğu müəyyənləşdirilsin. Orda İki lay saxsı da tapıldı ki, ikinci layın saxsıların sınıqlarının bərpasında istifadə olunduğu ehtimal edilir.

     

    “Gələcək o millətindir ki, öz keçmişini tanıyır”

     

     

     

     

    Qazıntılar zamanı çoxlu miqdar  şüşə kəsən daş da tapılıb ki, bu bölgənin Qafqaz və Anadolu ilə əlaqələrinə şahid ola bilər, çünk keçmişdə bu daşların daha çox  həmin yerlərdə çıxardılıb.

     

    Bölgədə sonrakı axtarışlar zamanı saxsı, bürünc və insan qalıqları görülüb. Bunların məbədlərə məxsus olan nəzirlər ola biləcəyi güman edilir. İki məbəddən biri qalanın mudafiə divarının altındaydı.  Belə nəticəyə gəlinib ki, Urartu dövründə  Şəhər yerinin xalqı ki, öz məbədlərinin üstündə qala tikmişdilər, öz dinlərindən dönüb və urartu tanrısını qəbul eləyiblər.

     

     

     

    Arxeoloji qazıntıların üçüncü bölümündə müəyyən olunub ki,  Urartu dövründə  qalaya od vurulub və tərk olunub. Toprağın qatlarında olan kül bu yanğını göstərir. Şəhər yerinin əsil məbədi toprağın altından tapılıb  ki, 300 dən çox müxtəlif ölçülü daşlardan inşa edilib: 35 sm-dən 250 sm-ə qədər. Daşlar insan şəklindədilər. Bu daş qaldırmaların çoxu sıralı şəkildə düzülüblər. Bunların hamısında saç, qılınc küpü və qılınc qabı aydın şəkildə görünməlidi. Saç onların hamısında var və əksəriyyətində ucları beş yerə bölünüb ki, ola bilər, onların əlləri olsun.

     

    Buranın adamlarının bir zamanlar animizmə üz gətirdikləri ehtimalı var: onlar cansız əşyalara sitayiş edir və bir para işlərində onlardan kömək istəyirlərmiş.

     

    Qoşa təpədən keçəndən sonra  Pirazmiyan kəndinin girişinə yaxın balaca otaqlar görünür ki, onlar da daşdandılar. Onların üstü böyük daşlarla tutulurmuş. bir balaca qapıları da giriş və çıxış üçün varmış. Yağış yağan zaman qısır qadınlar  bu otaqlarda yatıb və yağışdan hamılə qalmaq istəyirmişlər. Qədim türklər bu inamdaymışlar ki, göy kişi, yer qadındır. Yağıs yağanda yer və göy cütləşirmişlər, sonra bitkilər və ağaclar doğulurmuş. Belə olub ki, ilk insan da dünyaya gəlib. Bu səbəbdən türklər vətənə ana vətən deyirlər. bu otaqlar indi tamamilə yoxa çıxıblar.

     

     

     

    Qərə su çayının şimalında  bir daş qayanın üstündə şəkillər qazılıb. Ehtimal ki, bu səkillər Al arvadının şəkiləri olsun. İran Azərbaycanı xalqının “Omay ve Al arvad”ı adında mifləri var. Omay xoşbəxtlik quşudur  ki, günəşin tərəfindən göndərilir və qısır qadınlara uşaq gətirir. Onun qarşısında Al arvadının qırmızı saçları var və təzə dünyaya gələn uşaqları oğurlayır. Al arvadı dəmirdən qorxur və bu səbəbdən təzə dünyaya gələn uşağın yanına dəmir qoyurlar. Bu adət hələ də bəzi kəndlərdə icra olunur.

     

    2004-cü ildən 2006-cı ilə qədər qazıntılar zamanı 3 dəfə böyük və üstü örtülü otaq tapılıb ki, balaca daş qaldırmaları,  3 nəfərlik 2 sırada və onların qarşısında bir böyük daş qaldırması vardı. Bunları duruşlarına görə məktəb uşaqları adlandırıblar.

     

    Demək olar ki, daş heykəllərin üstündə olan şəkillər Türkiyənin Iğdırında olan heykəl və adam başlarına tam oxşayırlar .

     

    Bu yerdə altı daş qaldırmanı o biri daşlardan ayrı bir yerdə elə toplaşıblar  ki, yıldız köməsinə bənzəyirlər. Bir böyük daş qaldırma da buranın şimalındadır ki, qütb ulduzu sanılır.

     

     

     

    Indiki halda və bu cür parlaq tarixə sahib olarkən, təəssüf ki, Şəhər yerinin çox hissəsi məhv olub və əgər qorunmazsa, gələcək nəsillərə heç nə qalmayacaq.  Gərəkdir ki, bunları dünyaya tanıtdırıb, onlardan dərs alaq və bu daş sənədləri hifz eləyək.

     

    Şəhər yeri indi xalqın ziyarəti üçün bir muzey olub, ancaq gələcəkdə  bir site-müzeyə sahib olacaq.

     

     

     

     

     

     

     

     

     

     

    Yazarın arxivi