Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    07
    10:24:18
    Sentyabr
    1577 nəfər oxuyub

    Xoşunuza gəlir 110 qadının intiharı?

    Valideynlərin gözü aydın! Niyyətlərinə çatırlar. Qızlarını evdən gəlin köçürəndə “Ər evindən ancaq meyitin çıxacaq”, “Ağ gəlinliklə gedirsən, o evdən də ancaq ağ kəfənlə çıxacaqsan” deyirlər ha...

     

    Bu ilin 6 ayında 110 qadın intihar edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məlumatında belə deyilir. Ancaq intiharların səbəbi açıqlanmayıb.

     

    Elə mənim bildiyim sonuncu qadın intiharı avqustun 25-də Hacıqabulda iki uşaq anasının özünü asmasıdır. Hacıqabul rayonunu Abdulabad kəndində 23 yaşlı Gülgəzin yaşadığı evdə asılmış meyiti tapılmışdı. Bu intiharın da səbəbi açıqlanmır. İki uşaq anasının özünü öldürməsinin səbəbi…

     

    Bilirəm, o dəqiqə ürəyinizdə və ya açıq-aşkar deyirsiniz: “Allah bilir, nə xətası varıymış ki, özünü asıb”.

     

    Ancaq belə ölümlərin əksəriyyətinin səbəbi çarəsizlikdir, çarəsizlik! Bunu siz özünüz də yaxşı bilirsiniz. Çarəsizlik canından bezdiyin evdən getməyə yerin, döyməyə qapın olmamaqdır. Səni o evdən çıxsan, qəbul edəcək ata-ananın, qardaş-bacının olmamasıdır. Uşaqlarının əlindən tutub gedəndə qapının bağlanmasıdır, uşaqsız başını götürüb qaçanda ona əxlaqsız damğasının vurulmasıdır.

     

    Ötən il bir gəlin başını götürüb qaçıb gəldi, ağsaqqal müəllim qayınatası gəlininə “əxlaqsızdır” dedi, “yad kişilərə qoşulub-qaçıb” dedi. Siz də o ağsaqqala haqq qazandırdınız, səsinə səs verdiniz.

     

    Siz əlacsızı, çarəsizi, zəifi ittiham etməkdən zövq alırsınız. Məhz, bu zövqü yaşamaqdan ötrü qadının zəif olmasını, əlacsız olmasını arzulayırsınız, zorla bu statusu boynuna qoyursunuz.

     

    Hər qadın sizin “əxlaqsız” damğanıza, fit səslərinizə qulaq verməyəcək, dözəcək qədər güclü deyil. Ona görə güclü deyil ki, onun doğulduğu ailədə, boya-başa çatdığı mühitdə ona elə öyrədiblər. Xala-bibiləri dolma bükə-bükə danışıblar ki, qız ki evdən çıxdı, daha bizlik deyil. Söysələr, döysələr də, dözüb getdiyi evdə oturmalıdır. Başqa cür etsə, atasının başını aşağı salar, anasının dilini gödək eləyər.

     

    Ona görə güclü deyil ki, canından bezdiyi vaxtda canından başqa heç nəyi, heç kimi olmur. Savadı olmur, işi-gücü olmur, ona “güclüsən”, “bacaracaqsan”, “vallah yaxşı olacaq” deyən olmur.

     

    Ona görə güclü deyil ki, həmişə başından basılıb, hər addımda heç kim olduğu xatırladılıb. “Evin süpürgəsisən”, nə bilim, “xəkəndazısan”, “pol ağacısan” deyilib.

     

    Sizə “daxilən azad olun, özünüzü əzdirməyin, sizinlə kölə kimi davranmağa icazə verməyin, oxuyun, bilgili olun, dünyagörüşünüzü artırın” deyəndə bizi daşa tutan xanımlar! Ürəyinizcədir 110 qadının intiharı? Xoşunuza gəlir bu dünyadan nakam köçən qızlar, uşağını bu insafsız dünyanın ümidinə buraxıb ölümə üz tutan analar, yetim qalan uşaqlar?!

     

    Mən qətiyyən boşanmağı, ailəni dağıtmağı təbliğ etmirəm. Nə qədər şablon səslənsə də, mənim üçün də ailə müqəddəsdir, məhrəmdir. Bu dünyada hamının sığındığı sevgisi, ömrün bütün çağlarında əlindən tuta biləcəyi sevdiyi olmalıdır. Diqqət eləyin, sevgisi, sevdiyi... Sevgi isə zorla olmur. İnsan onu özü seçir. Mən deyirəm ki, icazə verin, adamlar yarlarını özləri seçsinlər, yaxşını pisdən ayıra bilsinlər, özlərini hazır hiss edəndə ərə getsinlər, ailə qursunlar. Xoşbəxt olsunlar. Xoşbəxt ola bilməyəndə canları xəstə düşməmiş, yaralanmamış, ölməmiş o evdən çıxa bilsinlər, o adamdan ayrıla bilsinlər. Yeni bir həyata yelkən aça bilsinlər. Qorxmasınlar, ürkməsinlər.

     

    Siz isə qızlarınızı ölümlə evləndirirsiniz. Gözünü, ağzını yumursunuz. “Dözün” deyirsiniz, “ölün” deyirsiniz.

     

    Sizin üçün yüz il, min il bundan əvvəl bu cəmiyyətə sırınmış dəyərlər, qadağalar özünüzü sübut etmək, natamamlığınızı ört-basdır etmək üçün  bir sığınacaq olub, bayraq olub. Qızlarınıza, qadınlarınıza isə qəbir...

     

    Mənim üçün isə yox, xanımlar və cənablar! Mənim üçün bir insan həyatı bütün mental dəyərlərdən, yazılmış və yazılmamış, uydurulmuş bütün “əxlaq qanunlarından” üstündür, yüksəkdədir. Ümid edirəm ki, daha çox qadını torpağa gömməmiş sizin üçün də belə olacaq. Ümid edirəm...

     

     

     

     

     

     

    Yazarın arxivi