Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    20
    10:24:18
    Sentyabr
    2896 nəfər oxuyub

    Şahbaz bəy və Rövşən Lənkəranski

     

    Bu qorxuya hələ bir ay əvvəl düşmüşdüm. dodağımı dişləyib narahat-narahat fikrə getmişdim bizim sonumuz nə olacaq deyə. Rövşən Lənkəranskinin qətlinə çağasından tutmuş ağsaqqalına, ziyalısından tutmuş müğənnisinə qədər, az qala, bütün ölkə sosial şəbəkələrdə yas qurub ağlayanda… Başa düşürəm, bu dünyadan insan köçüb, həmyerlimizdir, faciəvi şəkildə öldürülüb, o, çox yaxşı adam da ola bilər. Amma… onun həyat tərzi, onun “savaşı” qazanmaq üsulu nə qədər təhlükəlidir, ona diqqət yetirməliyik.


    Rövşən Lənkəranskinin adını kriminal avtoritet kimi eşitsəm də, bir az dərinə gedib kim, necə insan olduğunu bilmirdim. Adamların onun üstündə bir-biriylə niyə mübahisə etdiyini də başa düşmürdüm. Biri deyirdi, kasıb-kusubun dayağı olub, biri deyirdi, yox o, adam öldürüb, adam öldürəndən yaxşı insan ola bilməz. Məni isə ən çox bir məqam narahat edirdi. Lənkəranski haqqında bir video izlədim və hər dəfə törətdiyi cinayətlərdən sonra məhkəmə zalından azadlığa buraxıldığını gördüm. Bu faktı mən indi bilirəmsə, 6 yaşından ona qibtə edən “qaqaşlarımız” çoxdan bilir. Ona qibtə edirlərsə, deməli, onun yolundan getməyi arzulayır, bu faktı bilirlərsə, deməli, bu yolda daha arxayın yürüyürlər. Qorxusuz-hürküsüz.

    Onlar tək bu faktı bilmirlər. Onların kitabxanası belə avtoritetlər, vurub-yıxanlar haqqında kitablarla doludur, orda “yaxşı oğlan olmaq haqqında əfsanələr” var. Qaqaşlarımız isə, məhz, o əfsanələrə inanmaq istəyirlər. Onlar inanmaq istəmirlər ki, kasıbın haqqını təhsil almaqla, öz işinin peşəkarı olmaqla da müdafiə edə, ona başqa cür də kömək edə bilərlər: silahsız, qansız, ölümsüz.

    Fikirləşirdim ki, qapı-qapı gəzib o kitabları onların əlindən ala bilmərik. Amma heç olmasa, artıq bu rəhmətlik haqqında müzakirələrə, onu bütləşdirməyə son qoymaq lazımdır. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Bizim məsuliyyətini daşıdığımız övladlarımız, gənclərimiz var. Hamısı düşünsə ki, mən də gedib Rusiyada kasıb həmyerliminin piştaxtasını dağıdan adamı öldürüm, qəhrəman olum, onda bizim sonumuz nə olacaq? Bəlkə də bu sona yaxınıq. Çünki bir gənc Rövşən Lənkəranskinin ölümü haqqında uzun-uzadı fikirlərini, xalqımızın yetim, başsız qaldığını elə ürək ağrısıyla yazıb paylaşmışdı ki… Axırda da “Rahat yat, bırat” deyib nöqtəni qoymuşdu.

    Ona görə də bir az ayıq olaq, uşaqlarımız, gənclərimiz bilsin ki, adam ana dilindən 2 alanda yetim qalır, adam Dostoyevskini, Tolstoyu, Hüqonu, Hesseni, Kamyunu, Remarkı oxumayanda yetim qalır.

    Dediyim kimi, bütün bu fikirlər məni bir ay əvvəl narahat etməyə başlamışdı. Ancaq dünən bu narahatlığım bir o qədər də artdı. Çünki “Cinayət və cəza”nı, “Hərb və sülh”ü, “Səfillər”i, “Siddhartha”nı, “Taun”u, “Zəfər Tağı”nı nəşr edən “Qanun” nəşriyyatının  siyahısına “Rövşən Lənkəranski”nin də adı düşdü. Bunu da başa düşürəm. Deyirsiniz ki, nəşriyyatı ayaqda saxlamaq üçün cəmiyyətin tələbatına uyğun olaraq bu kitabı da nəşr etmisiniz.

    Amma yox, başa düşmək istəmirəm, bu qədər humanist ola bilmirəm. Çünki Rövşən Lənkəranskinin ölümüylə yetim qaldığını düşünən gəncliyimiz üçün narahatam. Çünki kitabçılığa xidmət etmək üçün cibimizdəki son qəpiyimizi də kitaba verdiyimiz vaxtlar olub və olacaq, Şahbaz bəy! Siz də, biz də, ümidimizi Rövşən Lənkəranskiyə bağlasaq, nə oldu daha?!

     

    Yazarın arxivi