Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    17
    10:24:18
    Oktyabr
    633 nəfər oxuyub

    Qadınlar susaraq “döyər”...

    Jurnalistikaya yenicə gəlmişdim, demək olar ki, uşaq idim. Həyat təcrübəm də az idi, həyata dair müşahidələrim də... Planlaşdırmada mövzuları müzakirə edəndə redaktorumuz üzünü mənə tutub dedi:

    – Elə həmişə məişət zorakılığında kişilərin adı hallanır. Heç qadınlardan danışan yoxdur.

    Hamımız təəccüblə bir ağızdan soruşduq:

    – Qadınlar nə edir ki, kişiləri döyürlər?

    – Döymürlər, amma döysələr, ondan yaxşıdır. Susurlar...

    Sonra izah elədi ki, ailədə bir problem olur, onun səbəbini bilmək, danışaraq həll etmək istəyirsən, amma alınmır. Qadından soruşursan, bax, niyə incimisən, niyə əsəbiləşmisən, dərdin nədir, problemin nədir, susur, dinmir. Həmin vaxt adamın ürəyi partlayır, hər yola baş vurursan, qadının ağzından bir kəlmə söz qopara bilmirsən. Bu da mənəvi zorakılıqdır. O vaxt hətta qatil də olmaq olar...

    O söhbətdən beş il keçib, beş ildə mən qadınları çox müşahidə etmişəm. Onları tanımaq istəmişəm. Yaranan problemlərin, qadınlarımızın gülməməsinin səbəbini öyrənməyə çalışmışam. Yolda, avtobusda, metroda, toyda, işdə onları izləyirəm, gizlincə gözlərinin içinə, əllərinə baxıram, söhbətlərinə qulaq asıram.

    Metroda kiminsə əlinə toxunmağıyla, ayağını tapdalamağıyla qırğın çıxarmaq potensialı və meyli olan xanımlar dərdlərini izah etməyə qadir deyillər. Ürəklərini necə açacaqlarını, kimə açacaqlarını bilmirlərmi? Çəkinirlərmi, qorxurlarmı, bilmirəm. Məncə, azad deyillər. Azad olmaq saçını saraltmaq, qısa ətək geyinmək, sosial şəbəkələrdə şəkil paylaşmaq demək deyil. Onlar özgürlüyü dərk edə bilməyiblər. Onlara ağırlıq edən söz yükünün, məişət ağırlığının fövqündə dayana bilmirlər. O yükün altında əzilməyi seçirlər. Adi insanlıq halını bölüşməyə belə cəsarət etmirlər. Deyirlər, birdən haqqımda pis adam fikri yaranar, ya birdən elə bilərlər, mən əxlaqsız qadınam, yaxud yaxşı həyat yoldaşı, yaxşı ana deyiləm.

    Həmcinslərinə ürəyini açmağa cəsarət etməyən xanımlar kişilərə, ümumiyyətlə, söz deməyə risk etmirlər. Başqa kişilərə nə deyib-deməyəcəyinizi özünüz bilərsiniz, amma o kişi sizin həyat yoldaşınızdırsa, onunla eyni həyatı, eyni evi, eyni yatağı bölüşürsünüzsə və ona ürəyinizi aça bilmirsinizsə, utanıb çəkinirsinizsə, deməli, aranızda böyük bir uçurum var və bütün problemləriniz də burdan başlayır.

    Tutaq ki, bir psixoloqun yanına getdiniz, (halbuki buna da utanırsınız) və dediniz ki, ərimlə anlaşa bilmirəm. O psixoloq cinsi həyatınızın qaydasında olub-olmadığını soruşdu. Hə... Siz heç bu barədə düşünmüsünüzmü? Ərinizə cinsi istəklərinizdən danışmısınızmı? Yox, ancaq və ancaq ona tabe olmusunuz: “Birdən ona bu barədə nəsə desəm, mənim haqqımda başqa fikrə düşər”...

    Elə məişət işlərini götürək: gündəlik işlər sizə ağırlıq edir, ərinizin köməyinə ehtiyacınız var, amma demirsiniz. Körpənizi səhərə kimi beşikdə yelləməkdən yorulmusunuz, etiraf etmək istəmirsiniz (Birdən mənə pis ana deyərlər!). Hansısa əşyanın ora yox, bura qoyulmasını arzulayırsınız, demirsiniz. İstəyirsiniz sizə hörmət etsinlər, dəyər versinlər, amma bu arzunuzu da ürəyinizdə boğursunuz.

    Susursunuz, qadınlar, susursunuz...

    Bizdə, adətən, “Susma!” çağırışlı yazılar qadınları öz həyat yoldaşlarına üsyan etməyə, Şərq ailə qanunlarının zülmünə boyun əyməməyə səsləyir. Lakin mən yazıda başqa susmadan danışıram.

    Danışın, xanımlar, danışın! Dərdinizi deyin, ürəyinizi açın, fikirlərinizi paylaşın. Bəlkə səmimi olsanız, anlaşmaq, birlikdə ailəni, münasibətləri qorumaq daha asan olacaq?

    ...Və onda başa düşəcəksiniz ki, bu dünyanın dərdini-qəmini ürəyinə salıb həm yanındakını, qarşındakını məhv eləmək, ömrünü-gününü çürütmək, həm də özünü vərəmlətmək yox, danışıb-isnişib bir yana çıxmaq olar. Yəni işıqlı günlərə.

    Yolunuz açıq olsun! İşıqlı günlərə gedən yolunuz...

    Yazarın arxivi