Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    05
    10:24:18
    Noyabr
    1345 nəfər oxuyub

    Hardandı sizdə bu əziyyət vermək sevdası?

     

    – Dayı, kəkotu neçəyədi?

    – Stəkanı bir manat.

    – Bir manatlıq verin…

    – Ay qızım, qoy iki manatlıq edim, kasıb adamam, axşam düşüb, soyuqdu…

    Heç nə deyə bilmədim. Deyə bilmədim ki, elə mən də sizdənəm, deyə bilmədim ki, bir manatlıq kəkotu bəsimdi. Onsuz da bu dialoqun və bazarlığın özü elə atüstü baş tutdu ki…  

    Ordan uzaqlaşdım, əlimdə iki manatlıq kəkotu, beynimdə bu sözlər  – “kasıb adamam”, “soyuqdu”.

    Bəs kasıb və yaşlı kişinin bu soyuqda metro ağzında nə işi vardı? Onun və onunla həmyaş olan qadın və kişilərin…

    Onlar bu yaxın vaxtadək “Koroğlu” metrostansiyasının içində satırdılar mallarını. Kimi qış üçün isti corab, kalqotka, papaq, alt paltarı, kimi təmizlik ləvazimatları, ağcaqanad dərmanı, kimi də beləcə kəkotu, itburnu, meyvə-zad. Mən də hər dəfə yolum ordan düşəndə xeyrimi bu yaşlılara vermək istəyirdim. Üç dəfə ehtiyacımız olanı alırdımsa, bir dəfə olmayanı alırdım. Özü də çalışırdım ki, hər şeyi bir adamdan almayım. Bu da bir təskinlikdir  yəqin ki… Onların evlərinə çörək aparmaq yolunun bu yeraltı dünyadan keçməsində mənim heç bir rolum və günahım yoxdu, amma insanıq da, vicdan əzabı çəkirik. Çəkməli olan adamların da yerinə.

    Yəqin ki, heç kim, elə mən də ən böyük ictimai nəqliyyat vasitəsi olan metronun giriş-çıxışında bu cür bazar açılmasını, basabas yaranmasını, səs-küy qopmasını arzulamırıq. Amma iki-üç il əvvəl metroda ticarət qadağan ediləndə təəssüf eləmişdim. Axı adamlar burdan evlərinə çörək aparırdılar. O vaxt bu qadağaya haqq verərdim ki, onlara bu işi başqa yerdə görməyə şərait yaradılır, onların evlərinə çörək aparmaq üçün başqa yolları olur. Bu şərait yoxdursa, yaratmırsınızsa, nədir bu adamların həyatını daha da çətinləşdirmək sevdası?

    İndi yenə də evinə 3-5 manat pul aparmaq şansı yaranan insanları elə vəziyyətə salırlar ki, qoy, onlar daha çox əziyyət çəksin. Qoy, çörəkləri daşdan çıxsın. Qış gəlir, yaxşı fürsətdi, onları, məhz, çöldə üşüyüb, əllərini-əllərinə sürtərək bir ayaqlarını götürüb, o birini qoyaraq satsınlar bir stəkan kəkotularını, bir kilo almalarını, bir cüt corablarını. Qoy, qazandıqlarını da iynəyə-dərmana versinlər. Qarınları, əyinləri sevinməsin. Əslində, onlara nəyin hesabına bu xırda ticarətlə məşğul olmağa icazə verildiyini də yaxşı bilirik. Allah eşqinə etmirsiniz, xeyriniz olmasa, bu balaca yerdə kəkotu satmaq da o qocalar üçün bir xülya olardı. Hə, adamlar öz vətənlərində bir parça torpağın üstündə dayanmaq üçün də pul ödəyirlər.

    Ancaq “kasıb” deyib bəyənmədiyiniz Gürcüstanda, az qala, əhalinin yarısı bu cür küçə ticarəti ilə məşğul olur. Məsələn, Tiflisdə şəhərin lap mərkəzində kimisi balaca bir piştaxta düzəldib, kimisi kofe, dondurma, pop-korn aparatı qoyub, kimisi yerə xalça sərib olandan-qalandan satır. Bu ticarət elə metronun içinə qədər də gedib çıxır, ən əzəmətli hotellərinin qarşısına da. Amma onlara “gözün üstündə qaşın var” deyən olmur, bunun üçün onlardan haqq da tələb olunmur. Qazandıqları ancaq öz ciblərinə gedir. Çünki ölkənin vəziyyətini bilirlər və imkan verirlər ki, qoy, bu kasıb xalq başını dolandırsın, kim necə bacarırsa elə...

    Bizim də ölkəmizdə vəziyyət bəllidir: neftin qiyməti düşür, büdcə boşalır, manatın da aqibəti ortadadır. Hər dəfə mağazaya girəndə eyni pula daha az bazarlıq edə bilirik. Bir-birimizin üzünə baxa-baxa qalırıq ki, axı nə aldıq, pul niyə qurtardı? Bəs indi nə edəcəyik? Bu gün bu sual ölkə əhalisinin 90%-i düşündürür.

    Yaxşı, bəs belə bir vəziyyətdə adamlara imkan yaratmaqdan ki, qoy, birtəhər başlarının çarəsinə baxsınlar, niyə hər vəchlə yolumuzu bağlayırsınız? Yoxsa arzulayırsınız ki, hamı bir qarın çörəkdən ötrü bir-birinin evini yağmalasın, bir-birinə bıçaq çəksin? O kəkotu satan kişi eləməsə də, sabah-birigün onun oğlu edəcək bunu.

    Ona görə də adamları “neynim, necə eləyim?” sualı ilə qarşı-qarşı qoymayın, cənablar. Axı bizim xalqın ən gözəl və ən yayğın arzularından biridi bu: “Səni görüm, neynim, necə eləyim” deməyəsən… 

    Yazarın arxivi