Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    10
    10:24:18
    Noyabr
    5021 nəfər oxuyub

    Bizi də çilik-çilik etdiniz, Əhəd müəllim!

    Dünən Bayraq günü idi. Və dünən balacadan tutmuş böyüyə kimi hamı bayrağımıza büründü, bu günü bayram kimi qeyd etdi, vətənimiz haqqında, bu bayrağın tarixini yazanlar, bu bayrağı ucaldanlar haqqında xoş sözlər dedi. Bu qədər ictimai-sosial problemlərin arasında, bu qədər küskünlüyə rəğmən adamların öz tarixi gününə, atributuna belə sevgi və sayğı nümayiş etdirməsi qürurverici idi. Doğrudan da…

     

    Amma sonra nə oldu? Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Bayraq günü münasibətilə keçirilən tədbirdə şifer üzərinə çəkilmiş Ermənistan bayrağını yumruqlaması gündəmə gəldi. Sonradan bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus olduğu bilindi. Söhbət onun hansı ölkənin bayrağı olmasından getmir, söhbət, yenə deyirəm, hər şeyə rəğmən sevdiyimiz, sarıldığımız bayrağın məxsus olduğu torpağın bir hissəsinə də olsa, başçılıq edən adamın bu təfəkkürdə olmasından gedir. O, özünü gülünc vəziyyətə qoymaqdan çəkinməmişdi. Heç bu vəziyyəti gülməli də hesab etməmişdi. Bəlkə də ürəyində bu “cəsarətinə” görə qürrələnmişdi də.

     

    Nə yalan deyim, heç mənə də gülməli görünmədi. Əksinə, dünəndən bəri bu mənzərə mənim boğazımda bir ağrı kimi düyünlənib qalıb, əhvalımı pozub. Öz-özümə bu hadisəyə müxtəlif yozumlar verib bu ağrını azaltmaq istədim. Öz-özümə sual verdim: Niyə mənim millət vəkilim özünü və bizi bu vəziyyətə qoyur? Bizi dolayır, yoxsa ciddidir? Doğrudanmı, belə düşünür? Həqiqətənmi, ağlı belə kəsir? Fikirləşir ki, şifer-bayrağı çilik-çilik eləmək Şuşaya bayraq sancmağa bərabərdir, onda şəhidlərimizin qanı alınmış olur? Mən bu sualların heç birinə cavab tapa bilmədim.

     

    İçimdən Əhəd Abıyevlə, Hadı Rəcəbliylə, onlar kimi tez-tez bu cür hərəkətləri, bəyanatları ilə gündəmə gələn və içimizi göynədən yüksək statuslu saç-saqqalı ağartmış adamlarla oturub söhbətləşmək keçdi. Zarafat eləmirəm. Bir vətən övladı kimi onlarla dərdləşmək, cavabını tapa bilmədiyim sualları onların özünə vermək istəyirəm. Axı onların bizim ağrılarımızdan xəbəri yoxdur, yəqin, ona görə belə edirlər. Məsələn, demək istəyirəm ki, Əhəd müəllim, siz bilirsiniz ki, məni və mənim kimi minlərlə adamı bu ölkədə həm bir qadın, həm bir insan, həm də bir vətəndaş kimi incidən, ağrıdan nə qədər problem var?

     

    Əhəd müəllim! Mənim ölkəmdə içi mən qarışıq istədiyini yaza bilməyən, deyə bilməyən yüzlərlə adam var. Hamımız içimizdə boğuluruq. Mənim ölkəmdə harda işıq varsa, ora pambıq tıxayırlar. Qaranlığa məhkum olunmuşuq. Mənim ölkəm aprel ayında neçə şəhid verdi, hələ də şəkillərindən bir cüt göz bizə baxır. Biz isə gözümüzü yayındırırıq. Mənim ölkəmdə namuslu, vicdanlı, zəhmətkeş adamların çoxunun qanadını qırıblar. Hər dəfə onların özlərini lazımsız hiss etdiklərini görəndə əlimiz-qolumuz yanımıza düşür. Mənim ölkəmdə adamların üzü gülmür, onlar aqressivdirlər, onlar bir-birlərini öldürürlər.

     

    Əhəd müəllim, mənim ölkəmdə adamlar evsizdir, işsizdir, bir tikə çörəklərini qazanmaq üçün gecə-gündüz işləyirlər, hər sözü götürürlər. Yəni mənim ölkəmin adamları yorğundur, bezgindir...

     

    Yəqin dükandakı, bazardakı qiymətlərdən də xəbəriniz yoxdur sizin. Amma yaman bahalıqdır. Hər dəfə qiymətlər yüksəldikcə mən daha çox işləməli, daha çox pul qazanmalı oluram. Övladıma ayıracağım vaxtdan oğurlayıb şənbə-bazar günü demədən işləyirəm, yazıram-pozuram. Mən və mənim kimi nə qədər gəncin ömrü beləcə gedir, hamımız vaxt tapan kimi oturub fikirləşirik ki, bəs biz nə vaxt yaşayacağıq, bizim axırımız necə olacaq?

     

    Bu qədər vaxt və pul qıtlığı içində aralığa salıb oxumağa, filmlər izləməyə özümüzü yetişdirib, bu xalq üçün, bu millət üçün faydalı olmağa çalışırıq. Bəs hər şeylə təmin olunmuş bu insanlar niyə belə primitiv qalırlar, niyə gözlərini açıb bu işıqlı dünyaya, tərəqqipərvər bəşəriyyətə baxmırlar? Niyə bilmək istəmirlər ki, onlar şiferi çilik-çilik eləyəndə bizim də vətənə dair ümidlərimiz çilik-çilik olur. Niyə anlamırlar ki, onlar bu hərəkətlə erməni bayrağını yox, bizi ayaq altına salıb əzirlər, incidirlər...

    Biz o tərəfə, şəhid ailələrinin sizin erməni bayrağını yumruqladığınızı görəndə nə hala düşəcəyini fikirləşmisinizmi? Bir ananın 18 yaşlı balası cəbhədə erməni gülləsindən ölsün, siz burda bayrağa yumruq atasınız. Hələ bir deyirsiniz ki, Ermənistan bayrağını düz tutmağı şərəf saymırsınız. Deyirsiniz ki, sındırdığım bayraq təmiz erməni bayrağı idi, sadəcə onun ayağını yuxarı, başını aşağı etmişəm. Sual verirsiniz ki, Kolumbiyanın bura nə dəxli var? O şayiəni yayan hansı alçaq ermənidir? Niyə o şəxslər Ermənistanı belə müdafiə edir? Bu adamlar niyə dəyişmirlər? Bəs siz niyə dəyişmirsiniz, niyə qəsdimizə durmusunuz, Əhəd müəllim?

     

    Bu ölkədə yaşamaq çətindir, Əhəd müəllim. Xəbəriniz yoxdur, hərə bir yolla başını götürüb qaçır? Niyə yerdə qalan adamları da zorla vətənindən didərgin edirsiniz? İmkan verin yaşayaq, Əhəd müəllim, imkan verin yaşayaq…

    Yazarın arxivi