Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    15
    10:24:18
    Noyabr
    3880 nəfər oxuyub

    Anam, babam, bir də Xoşqədəm müəllimə

     

    Uşaqlıqdan mənim üçün məktəb, kitablar, oxumaq, müəllimlərim ayrı bir məna ifadə edib. Pafoslu və şablon çıxmasın, amma onlara müqəddəs varlıqlar kimi yanaşmışam həmişə. Məsələn, evimizdə yas düşərdi, toy olardı, hamı bir-birin ə qarışardı, mən bir oturacaq tapıb kitab-dəftərimi üstünə tökər, yerə çöməlib dərslərimi edərdim. Fikirləşirdim, müəllimimə desəm ki, toyumuz vardı, dərsimi oxumamışam, elə bilər yalan danışıram. Ən çox da bunun üçün özümə əziyyət verirdim. Kimsə kitabımın bir vərəqini cırsa, ondan küsürdüm. Yay tətili boyunca balaca otağımın qapısını bağlayıb növbəti ilin dərslərini oxuyurdum. Müəllimim bunu biləndə sevinəcək deyə düşünürdüm.

     

    Məktəb illərində ikicə dəfə “2”almışam. Bir dəfə riyaziyyatdan, bir dəfə fizikadan. Üçüncü sinifdə müəllim nə illah eləyirdisə, qalıqlı bölməni öyrənə bilmirdim, məni evlərinə də çağırıb başa saldı, yenə bir şey qanmadım. Axırda mənə “2” yazdı, mən onun hesabına qalıqlı bölməni elə həmin gün beynimdə çözdüm. Fizikada da vəziyyət eyni cür olmuşdu. Mənə “2” yazan müəllimlərin heç birindən inciməmişdim. “2” almağa dünyanın sonu kimi baxsam da, haqq eləmişdim. Ümumiyyətlə, mənə görə müəllim şagirdinə haqq eləmədiyini etməzdi, onu incidə bilməzdi. Axı müqəddəs idi: “Allah, anam, babam, müəlliməm, bir də bütün insanlar...”

     

    Sonra universitetə qəbul oldum. Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Rayonda yaşayanda Bakıdan qulağımıza çatan tələbəni sıxışdırmaq, qiymətini kəsmək söhbəti burda yoxuydu, bəxtim gətirmişdi. Oxuyan qiymətini alırdı. Haqq üçün müəllimlərimizin hamısı vicdanlı, tələbəyə can yandıran adamlar idi.

     

    Bircə müəllim yanıltmışdı məni – Xoşqədəm Hidayətqızı. Onun dərsində iki qrupa bölünürdük, o, bizim qrupa dərs demirdi. Amma mənim kurs işi üçün seçdiyim mövzu üzrə rəhbər o idi. Məktəb vaxtındakı həyəcanımı, məsuliyyətimi, özümü anormal dərəcədə əziyyətə salmağımı universitetdə də tərgitməmişdim. Əksinə, daha böyük auditoriya, daha ağır dərsliklər bu hisslərimi daha da artırmışdı. Bunun üstünə baş ağrıları da gəlmişdi, kitabı açan kimi o ağrı da artırdı. Bu ağrılar məni həm də kompleksə salırdı, özümü zəif hiss eləyirdim, bildiyimi də bilmədiyimi sanırdım. Amma nə qədər çətin olsa da, kurs işimi mükəmməl şəkildə yazmalıydım. Tələbə yoldaşlarımızla dərsdən sonra Axundov kitabxanasına gedir, mövzumuz üzrə materiallar toplayırdıq. Onda kompüterim də yox idi, otaq yoldaşlarımdan birinin kompüterində birtəhər yazıb bitirmişdim mövzumu. Xoşqədəm xanım kurs işini təhvil aldı. Bir neçə gün keçdi, indi qiymət almaq vaxtı idi. Əminiydim, yaxşı yazmışdım, “5” alacaqdım. Amma...

     

    – Sevinc, mən kurs işini oxudum. Hətta “Üç nöqtə” də çalışan üç redaktorumuz da oxudu. Hamımız bəyəndik, yaxşı yazmısan, hətta çox yaxşı... Hiss olunur ki, əziyyət çəkmisən, məsuliyyətlə işləmisən. Amma bilirsən... mən bir az eqoist adamam. İndiyə qədər heç kimə “5” verməmişəm. Səndə də bu qaydanı poza bilmərəm...

     

    Necə sarsılmışdım. “5” ala bilməyəcəyimə görə yox... Mənə kurs işini yaxşı yazmadığım, bu işə yaxşı qiymət düşmədiyi deyilə bilərdi. Amma bu deyilmirdi. Deyilirdi ki, sən əziyyət çəkmisən, amma mən sənin əziyyətini yerə vuracam. Çünki xarakterim əksini eləməyə imkan vermir. Həmin sarsıntıyla səsim titrəyə-tirəyə nələr dediyimi xatırlamıram. Amma sonunda Xoşqədəm xanım mənimlə razılaşmışdı: “Düz deyirsən, ilk dəfə bu qaydanı pozacam...”

     

    “İlk dəfə...” Mənə qədər neçə tələbə bu vəziyyətə salınmışdı?..

     

    Sonralar Xoşqədəm xanımı efirdə çox gördüm. Dramatik musiqilərin fonunda insanlıq dərsləri, xeyirxahlıq haqqında gəlişigözəl sözlər... Bu, mənim yaddaşımı oyadırdı, bu səsi eşitmək, o ədalı jestləri görmək istəmirdim. Başa düşə bilmirdim, auditoriyada tələbənin ürəyini qıran, haqsızlıq edən adam başqalarına necə kömək edə bilər? Axı mənə görə adamların ən yaxşısı məktəbdə, universitetdə, auditoriyada olurdu. Yəni adamların ən yaxşısını seçib göndərirdilər ki, gedin uşaqlarımızı həm insan, həm vətəndaş, həm də mütəxəssis kimi yetişdirin. Axı necə ola bilərdi? Başa düşmürdüm...

     

    Yenə başa düşə bilmirəm. Onsuz da cəmiyyətdə nə baş verdiyi bilinmir. SezenAksunun mahnısındakı kimi: “Kıran-kırana”. Onsuz da hamı bir-birinə ilk fürsətdə yalan danışır, kələk gəlir, badalaq vurur, öz mənafeyi naminə hər şeyi yıxıb-keçir. Olmazmı ki, bunu bir də efirdə siz etməyəsiniz? Bu qədər açıq-aşkar, belə olmalıymış kimi... Onsuz da İnsandan, Haqdan uzaqlaşırıq. Bu yolu bir az da siz qısaltmasanız...

     

    ***

     

    Mən Xoşqədəm Hidayətqızının məlum kadrlarına baxmadım. Yenə yaddaşım oyanacaqdı, yenə sarsılacaqdım. Bu dəfə daha çox... Axı mən onu öz adımdan bağışlaya bilərdim, adamları bağışlamaq lazımdır. Amma indi bağışlaya bilmirəm... Çünki o, tək mənim hisslərimlə oynamayıb, o, təkcə bir tələbə qıza haqsızlıq etməyib. Onun eqosu universitet divarlarının o yanında da adamları incidib...  İnciməyin, mən yenə düz deyirəm, Xoşqədəm müəllimə! Özü də bu dəfə bu gerçəyi sizə səsi titrəyən tələbə qız demir. Cəmiyyətin bu günündən, gələcəyindən narahat bir jurnalist, bir vətəndaş, bir ana deyir. Daha ürəkli, daha da əminliklə deyir: Adamları incidirsiniz, müəllimə, bəlkə, yenə qaydanı pozasınız?..

     

     

    Yazarın arxivi