Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    06
    10:24:18
    Dekabr
    977 nəfər oxuyub

    Qromov, Orhan abi və mən

     Gözümü açıb soruşuram:

    – Bura haradır?

    – 6 nömrəli palata.

    – Mənim burda nə işim var?

    Karıxmışdı, 6 nömrəli xəstəxana demək istəmişdi. Nevrologiya şöbəsi. Amma yarıayıq vəziyyətdə fikrim artıq “6 nömrəli palata”ya getmişdi. İvan Dmitriç Qromovun, onun yarımçıq mahnısının yanına.  Keçmiş məhkəmə pristavı və quberniya katibi olmuşdu, nəciblərdən... Nəzakətli, əxlaqlı, savadlı, mütaliəli idi. Köhnə qəzetləri belə acgözlüklə oxuyardı. Təqibolunma xəstəliyinə tutulmuşdu. Həmişə anlaşılmaz və gərgin vəziyyətdə olurdu. Həmişə təşvişdə idi, hər tıqqıltıda elə bilirdi ki, onu aparmağa gəliblər. Bu mübarizə və qorxu onun ruhunu yorur.

    ...Palatadakılardan fərqli olaraq onun dəliliyi ancaq üz-gözünü turşutmaqdan, bir də hərdən xalatına bürünüb titrəyərək gəzməkdən ibarət idi. Gəzəndə birdən ayaq saxlayır, sanki yoldaşlarına nəsə demək istəyirdi. Amma onu dinləməyəcəklərini ya da anlamayacaqlarını fikirləşib gəzinməsinə davam edirdi. Yenə də danışmaq arzusu qalib gəlirdi, odlu-alovlu danışmağa başlayırdı. O, adamların alçaqlığından, haqqı tapdalayan zülmdən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan, hər dəqiqə ona zalımların kütlüyünü və amansızlığını andıran pəncərə barmaqlıqlarından danışırdı. Çexov yazırdı ki, axırda bu danışıqlardan, köhnə, lakin hələ oxunub qurtarmamış mahnılardan qarışıq, pozuq bir popuri əmələ gəlirdi...

    ***

    ... Bura dəlixana palatası deyildi, burda pəncərə barmaqlıqları yox idi, plastik pəncərədən Günəşə də salam verə bilirdin, yağışa da əl uzada bilirdin. Amma zülm həmin zülm, amansızlıq həmin amansızlıq idi, elə inam da həmin inam idi, bir zaman yer üzündə bərpa olacaq gözəl həyata inam...

    ***

    Qromov dəlixanaya düşməzdən əvvəl adamlara çox meyil göstərirdi, amma heç dostu yox idi. O həmin vaxtlar da elə hey bu barədə danışardı: şəhər həyatı adamı darıxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir həyat sürür, həyatı təcavüzlərlə, əxlaqsızlıqla, ikiüzlülüklə boyayır, alçaq adamlar tox və üst-başlı olduğu halda, namuslu adamlar ac-yalavac dolanır. Deyirdi ki, yeni məktəblər açmaq, düzgün istiqamət götürən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələri birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir.

    ***

    Orhan abi haqqında bir türk dərgisində oxudum. Yazar onu belə çağırırdı, mənim də belə adlandırmaq xoşuma gəldi. “Abi” daha doğma səslənir axı. Mağarada yaşayır Orhan abi, İstanbulda, Sənətkarlar Parkındakı Osmanlıdan qalma köhnə bir hamam sayılan mağarada. Uşaq evinə atılıb, sonra anası onu ordan götürüb. Amma o, anasıyla yaşaya bilməyib, evdən qaçıb. Geyinməyə şalvarı olmadığından şəritdən kiminsə şalvarını oğurlayıb, sonra yenə, yenə... və həbs olunub. Oğurluq kimi həbsxanada yatmaq da onda vərdişə çevrilib və az qala ömrünün yarısı burada keçib. Amma artıq canı qalmayıb deyə nə bahasına olur-olsun tutulmaq istəmir.

    O, həyatı boyunca ac qalıb, təkcə bir loxma çörəyin aclığı olmayıb bu. Həyata, sahilə, çölə-çəmənə, ailəyə, anaya, ataya, təmiz işə, dosta, hamısından önəmlisi bir qadına... Bir az içki dindirir onun acısını.

    Deyir, çörək pulumu çıxarmaq üçün bir dəzgah qurdum, polis dağıtdı, dilək şarı satdım, əlimdən aldılar. Yaxşı, həbsxanadan çıxanda mənə iş vermirsiniz, dilək şarımı da əlimdən alırsınız, mən bu dövləti necə sevim?

    Sənətçilərin, zənginlərin içindədir yaşadığı yer, amma onların Orhan abidən xəbərləri yoxdur. Xəbərləri yoxdur ki, onu çox kiçik şeylər də mutlu edə bilir. Beşikdəki körpənin ağlaması, küləyin yarpağı xışıldatması kimi...

    Onun xəyalları var, balaca bir evi olsun, həyətində qoyun-quzusu olsun. Kor-topal bir arvadı olsun, istəsə uşaq doğsun, o da atalıq etsin. Deyir bunları bacara bilərəmmi, bacarmaq üçün xəyal qurmaq bəs edərmi? Əlimdə olsa bütün pislikləri dəyişərəm deyir...

    ***

    Qromov artıq həbs olunmaq qorxusuna düşəndə fikirləşirdi ki, qoy heç kəs deməsin, mən dilənçi olmayacam, həbsxanaya düşməyəcəm, bunu əsrlər boyu əldə edilmiş xalq təcrübəsi göstərib. İnsana formal münasibət göstərəndə onu bütün hüquqlarından məhrum, katorqa cəzasına məhkum etmək üçün hakimə yalnız vaxt lazımdır. Bunun üçün də hakimlərə maaş verib saxlayırlar, ondan sonra hər şey bitdi, getdi. İndi gəl ədalət gözlə...

     

     

    ***

    Son vaxtlar narahat dostlara deyirdim ki, darıxmayın, yaxşı olacaq. Burda olduğum müddətdə isə onlar mənə yazırdılar ki, darıxma, yaxşı olacaq. Biz nəyin yaxşı olacağını demirdik, yazmırdıq, amma hər şeyi yaxşı başa düşürdük. İnanırdıq...

    Çexovun əsərinin başqa qəhrəmanı Mixail Averyanıç da bir gün dostunu kilsəyə aparır, ürəkdən dua edir, gözündən yaş axıdaraq səcdəyə düşür. Sonra bir ah çəkərək dostuna deyir:

    – Adamın etiqadı olmasa da, dua eləyəndə nədənsə təskinlik tapır. Siz də dua eləyin, əzizim...

     

    Yazarın arxivi