Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    30
    10:24:18
    Dekabr
    404 nəfər oxuyub

    Çəhrayı şar, eşq və azadlıq

    Elə yola qoyulacaqdıq ki, əlində xırda-xuruş oyuncaq və şarlar olan satıcının avtobusa minməsiylə uşaqların səs-küyü bir-birinə qarışdı, sürücü əlini sükandan çəkdi. Yanımda oturan nimdaş geyimli ana da əlini cibinə salıb 1 manat çıxararaq 4-5 yaşlı oğluna şar aldı. Oğlan sevincək qışqıraraq:

     

    – Heeey, bu gün mənim ad günüm olsun!

     

    ***

     

    Son günlərdə mənim də tez-tez içimdən keçirdi ki, bu gün mənim ad günüm olsun. Fikirləşdim ki, bu arzu hardan gəlib düşüb mənim könlümə, nə ad günü sevdasıdır bu? Birdən yadıma düşdü ki, bu il mənim ad günüm olmayıb...

     

    Doğulduğum təqvimdən, aprelin 5-indən çox keçib. Amma onda cəbhədə döyüşlər gedirdi, cəbhədən şəhid xəbərləri gəlirdi. O günlərdə ad günü havasında,  şənlik əhvalında deyildik. O günlərdə bircə arzumuz var idi: canımızdan can getməsin.

     

    Üç  gün sonra isə oğlumun doğulduğu gün idi, 1 yaşı olurdu, ilk ad günüydü. Onun xətrinə şam üfürdük, əl çaldıq, amma onda da sevinə bilmədik.

     

    Elə ilin sonuna kimi ürəkdən sevinə bilmədik biz. Bir gün vətənimizdə ölüm-itim oldu, bir gün qardaş ölkədə, bir gün dünyanın yaxın və uzaq digər yerlərində. Adamlar yenə qana susadılar, daha çox susadılar. Bir az geriyə dönən kimi Samirin, Müşfiqin, Təbrizin, Urfanın, Raquf Orucovun üzünü görürük, suriyalı Aylanın dünyaya səs salan fotosu gəlib dayanır gözümüzün qabağında, Xəzərin qaralan sularının harayı qulağımızı deşir.

     

    Bu gün bütün dünya eyni sözü deyir: bu lənətəqalmış il bitir artıq.

     

    Bu gün həm də ümidlidir bütün dünya. Əl-ələ, çiyin-çiyinə, diz-dizə günəşli günlərə çıxmağa ümidlidir. Elə deyil, lap dünya dağılsın, il-ildən betər gəlsin, əlinizdə bir əl olduqdan sonra Günəşə çatmağa nə var?! Bir olduqdan, bütöv olduqdan sonra bütün günlər, bütün dünya gözəl deyilmi?!

     

    Baxın, bu sabahımı haqqı uğrunda canı bahasına döyüşən, mübarizə aparan güneyli qardaşımız Murtaza Muradpurun azadlığa çıxması xəbəriylə açdım. Murtaza İran rejiminin onu haqsız olaraq Təbriz zindanında saxlamasına etiraz olaraq 65 gündür aclıq aksiyası keçirirdi. O, dilimizin, torpağımızın müdafiəsi uğrunda düşmüşdü o zindana. İndi isə  heç kimi təhqir etmirdi, söymürdü, döymürdü, öldürmürdü, sadəcə haqqını tələb edirdi, ac qalaraq... Onun  mübarizəsi Arazın bu tayında bizim, o tayında güneylilərin, bütün dünyadakı türklərin vətən eşqini, soydaş eşqini, azadlıq, haqq eşqini oyatdı, bu eşq hamımızı birləşdirdi. Bu eşq gücə çevrildi, bu güc İran rejiminə qalib gəldi. Murtaza bu gün azadlığına qovuşdu. Onun qələbəsi isə türk dünyasının qələbəsi idi...

     

    Tanrı Murtazanın azadlıq xəbərini o çəhrayı şar kimi göndərdi sanki mənə. Bu gün mənim ad günüm oldu... Çünki eşq qazanmışdı, haqq qazanmışdı, xeyir şərə qalib gəlmişdi, ildə bir dəfə də olsa bütöv olmuşduq, yarımçıqlığımızdan uduzduğumuz bütün davaları unutmuşdum bu gün. Bütün ümidlər yenidən doğulmuşdu...

     

    Elə bu ümidlə, bu eşqlə – ÇƏHRAYI ŞAR ilə də gələn ilə yollanıram, daha sevincli, daha güclü, daha möhkəm. Ahmed Arifin Anadolu və Anadolu insanına həsr etdiyi şeiri mən də öz vətənimə, insanlarıma ithaf edir, sizi də mənimlə gəlməyə çağırıram:

     

    Öyle yıkma kendini,

    Öyle mahzun, öyle garip...

    Nerede olursan ol,

    İçerde, dışarda, derste, sırada,

    Yürü üstüne - üstüne,

    Tükür yüzüne celladın,

    Fırsatçının, fesatçının, hayının...

     Dayan kitap ile

     Dayan iş ile.

     Tırnak ile, diş ile,

     Umut ile, sevda ile, düş ile

     Dayan rüsva etme beni.

     

     

    Yazarın arxivi