Xəbər lenti

  • 2017-03-24
  • 11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    11:34 Eyro: "Status-kvo vəziyyəti ağırlaşdıran siyasi seçimdir”
    11:16 "Atatürk ailəmə hörmət etməsə də..."
    10:58 "16 apreldən sonra çox sürprizlə qarşılaşacaqsınız"
    10:44 Vestminster körpüsü yenidən istifadəyə verildi
    10:27 Tramp yük maşını sürərsə... - VİDEO
    10:15 Düşmən mövqelərimizi 109 dəfə atəşə tutub
    09:56 Erməni hərbçilərin maşını qəzaya düşdü: 10 yaralı
    09:43 Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı
    09:30 Sabahdan mazut gömrük rüsumundan azad olunacaq
    09:15 ABŞ-ın İsraildəki səfirinin adı bəlli oldu
  • 2017-03-23
  • 23:40 Bağırsaqları ziyanlı maddələrdən təmizləməyin üsulları
    23:20 Evlilik proqramlarının aqibəti necə olacaq?
    23:00 Azərbaycan Ukraynaya səyyar hospital bağışlayacaq
    22:40 Azərbaycanda 5 minə yaxın eşşək yoxa çıxdı
    22:20 Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib
    22:00 Prezident qızları: Ataları kimi güclü və nüfuzlu
    21:40 İran, gəmilərin körfəzdə sərbəst hərəkətinə təhlükə yaradır
    21:20 Yük maşınları niyə Rusiya sərhədində ilişib?
    21:00 Lənkəranda silah-sursat tapılıb
    20:40 Rusiya "Eurovision" müsabiqəsini yayımlamayacaq
    20:20 "Petkim"in rəhbərliyinə yeni təyinat olub
    20:00 Belçikada terror aktına cəhdin qarşısı alındı
    19:45 Müdafiə naziri ön xətdə olub
    19:22 Ötən illərin Novruzları- FOTOLAR
    19:00 İŞİD Londondakı terrorun məsuliyyətini üzərinə götürdü
    18:45 Apple qırmızı rəngdə iPhone7 buraxıb
    18:30 Keşniş toxumunun faydaları
    18:00 IV İslam Həmrəylik Oyunlarının təbliğat kampaniyasına start verilib
    17:45 Gürcüstandakı həmyerlilərimiz hökumət strukturlarında təcrübə keçəcəklər
    17:30 Moldova MDB PA-nın iclasında iştirakdan imtina edib
    17:15 Londonda terror aktını britaniyalı törədib
    17:00 Kambocalı körpələrin süd payını Amerika bəbələri yeyir
    16:45 Londondakı teraktla bağlı 7 nəfəri saxlanıldı
    16:30 Manatın təzədən özünə gəlmək şansı var?
    16:15 Pakistan Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır
    16:00 Bahalaşmaya göz yummaq olmaz
    15:45 Rusiya səfiri Türkiyə XİN-ə çağırıldı
    15:30 Şimali Koreyanın Türkiyədəki mülkiyyəti dondurulacaq
    15:15 Cem Yılmazın yeni filmində kimlər olacaq?
    15:00 Azərbaycan Gürcüstana qaz ixracını 22 faiz artırıb
    14:45 Erməni general Azərbaycanı snayperlərlə hədələdi
    14:30 Sarkisyan Lapşinin ekstradisiyasına mane ola bilməyən səfiri cəzalandırdı
    14:00 Almaniya millisi Bakıya qələbə ilə gəlir
    13:45 Daun sindromunu hamiləlikdə yoxlayın
    13:30 Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb
    13:15 Diversantlar Ukraynanın ən böyük silah-sursat anbarını partlatdı
    13:00 Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq üzrədir
    12:45 Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib
    12:30 Londonun müsəlman merinin sözləri narazılıq yaratdı
    12:15 Britaniyada bayraqlar endirildi
    12:00 Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb
    11:45 ABŞ İŞİD-in arxasına qəfil desant atdı
    11:30 Cəbhə bölgəsində yenə atəşkəs pozulub
    11:15 Rəsmi Bakı Londondakı teraktı kəskin şəkildə pislədi
    11:00 Rusiya ilə dialoqu davam etdirmək vacibdir
    10:45 Norveç səfiri Türkiyə XİN-ə çağırılıb
    10:30 Azərbaycan Ekoloji Fəaliyyətinə görə 31-ci olub
    10:15 Britaniya terror təhlükəsi səviyyəsini yüksəltməyəcək
    10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    03
    10:24:18
    Yanvar
    3902 nəfər oxuyub

    Nuranə niyə məsciddə öldürülməyib?!

    Azərbaycan toplumunu müğənnilər və mollalar deyil, aydınlar idarə etsəydi, gənclərimiz ölü bir qadının namusunu müzakirəyə çıxarmazdı...

     

    Bəzi cəmiyyətlərdə insan sağlamlığını və xoşbəxtliyini kölgədə qoyan, hətta təhlükə altına salan adət-ənənələr, inanclar var. Və nə yazıq ki, bu inanc və ənənələr insan həyatına nə qədər zərər vursa da, nəsildən-nəslə ötürülür. Genetik xəstəlik kimi… Ancaq bir fərq var ki, biz bu zərərli mentallıqla mübarizə apara, ondan və onun ziyanlarından qurtula bilərik. Ağıllı cəmiyyətlər və ya cəmiyyətin qeydinə qalan ağıllı adamlar buna çalışırlar.

     

    Amerikalılar hətta uşaq istismarı, narkotk maddə istifadəçiləri, müxtəlif xəstəliklərlə bağlı teleproqramların və qəzet, sayt materiallarının cəmiyyətə vura biləcəyi zərəri müzakirəyə çıxarır. Sinir xəsətəliklərinə və qadın zorakılığına gətirib çıxaran inancları qətiyyətlə zəhərli, patriarxat toplumları isə təhlükəli hesab edir.

     

    Geridə qalmış cəmiyyətlər isə qız uşaqlarını öldürür, onları təhsildən yayındırır, erkən yaşda ərə verir, namus üstündə başını kəsir, həyatı bahasına olsa da qurduğu ailəni dağıtmamağa məcbur edir. Nəticədə elmsiz, savadsız, sevgisiz, bir-birinə nifrət edən fərdlər yetişir və onlar yeni və yenə təhlükəli bir cəmiyyət yaradırlar.

    Bizim cəmiyyətimiz də hazırda insanına kapital qoyub gələcəyini daha sağlam qurmaq əvəzinə, məhz, bu təhlükəli inanc və ənənələrini təbliğ edir.

    Fikir vermisinizsə, son dövrlərdə  telekanallara çağırılan bütün qonaqlar bütün verilişlərdə mövzunun nə olmasından asılı olmayaraq, mühafizəkar, ancaq mentalitetin qorunub-saxlanmasını müdafiə edən fikirlər səsləndirirlər. Müğənnisindən tutmuş psixoloquna, riyaziyyat müəlliminə, həkiminə, professoruna kimi... Mənə görə, bunun iki səbəbi var: birincisi, adamlar özlərini əxlaqlı göstərmək istəyir, ikincisi, onların məişət səviyyəli mentalitet anlayışından başqa anlayışları, dilə gətirəcək əsaslı fikirləri yoxdur. Və bu susması labüd, susdurulması vacib insanlara meydan verilməsi gələcəyimizi də məhvə sürükləyir.

     

    Niyə bu günümüzdən danışmıram? Çünki bu günümüz artıq bu adamların əlindədir, onlardan yaxa qurtarmaq mümkün görünmür. Artıq bu müğənnilərin övladları və professorların tələbələri məktəbdə, kafedə, restoranda, əyləncə mərkəzlərində, sosial şəbəkələrdə ancaq və ancaq qadınların namusunu, alt və üst paltarını müzakirə edir. Onları dünyanın ən prestijli universitetlərində oxutmaq belə qafalarını dəyişmir.

     

    Elə bunun nəticəsidir ki, bu gün bizi necə sağlam cəmiyyət qurmaq, dünyada baş verən qlobal proseslərdən, elmi-texnoloji inkişafdan xəbər tuta bilmək deyil, İstanbulda “Reina” gecə klubunda baş verən terrorda həyatını itirən Nuranənin qeyrəti, əxlaqı düşündürür və narahat edir. Ən qorxulusu isə odur ki, biz savadlı, dünyagörüşlü gənclik, cəmiyyət arzuladığımız yerdə mənəviyyatsız, mərhəmətsiz bir toplumla üz-üzə qalmışıq. Daha qorxulusu, onlar çoxdur, onlar kütlədir artıq. Və onlarla mübarizə apara biləcək üç-beş aydın adamı da çuval altında gizlədib müğənnilərin cəmiyyəti idarə etməsinə rəvac veririk. “Harayıma gəl, ay ürəyim”i oxuyan adam mahnısını bitirən kimi keçir mental dəyərlərdən, ailə institutundan danışmağa, cəmiyyətə əxlaq dərsi verməyə, adamları qabağına qoyub danlamağa...

     

    Çox təəssüf ki, məhz, bu adamların düşüncə və həyat tərzini yayğınlaşdırmaq üçün onları bizə başbilən seçirlər.

     

    Efirlərin arxasında bir dirijor var və o dirijor insanları harasa yönləndirir. Bütün bunlar məqsədsiz olsaydı, gülünc olardı. "Psixotron silah" adlanan silahlar var ki, hamımız o silahların hədəfinə çevrilmişik. Ultrasəslər var ki, keyfiyyətsiz musiqinin içinə yerləşdirilir, ancaq insan onu qulağı ilə hiss eləmir. O səslər insanın psixikasını yönləndirir. Amma keyfiyyətli musiqinin harmoniyası imkan vermir ki, ora ultrasəs yerləşdirəsən. Eləcə də aydın və ziyalı adamların fikirləri imkan verməz ki, onun var olduğu toplumun gənci terrorda həyatını itirən qızın ölümünə sevinsin, onun nəşinin öz vətənində torpağa tapşırılmasına qarşı çıxsın, ölü bir qadının namusunu müzakirəyə çıxarsın.

     

    Bizim davamıza baxın, Nuranə niyə məsciddə yox, gecə klubunda öldürülüb? Məsciddə öldürülsəydi, onun üçün göz yaşı axıdardıq, mərhəmətli insan rolu oynayardıq, pafoslu və kədərli cümlələr yazardıq, Allahdan rəhmət diləyərdik ona. Günah Şaxta Baba qiyafəsində o boyda insanın həyatını yarımçıq qoyan terrorçuda, dünyada sülh və əmin-amanlıq məfhumunun üstünə qan axıdan güc sahiblərində yox, məhz, Nuranədədir.

     

    Belə bir fikir var: bütün toplumlar xəstədir, amma bəziləri daha çox xəstədir. Bax, bizim cəmiyyət bu ikinciyə aiddir. Ümid də ancaq efirlərdə mollalıq edən, fala baxan adamların ağzından çıxan iki kəlməyə qalandan sonra sağalarmı belə cəmiyyət? Cavabı Nuranənin ölüm xəbərinə yazılan şərhlərdədir... 

     

     

    Yazarın arxivi