Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    05
    14:57:59
    Noyabr
    1300 nəfər oxuyub

    “Əli və Nino “ film yoxsa bol effektli reklam çarxı?

    Bu yaxınlarda “Əli və Nino” filminə baxdım. Əvvəlcədən deyim ki, film haqqında deyəcəklərim yalnız bir tamaşaçı mövqeyindən ibarət olacaq. Sadəcə söz verə bilərəm ki, obyektiv olacağam. Təbii ki, mən də film haqqında mütəxəssis rəyi oxumaq istəyirəm, şəxsən Aygün Aslanlının bu mövzuda yazısını səbirsizliklə gözləyirəm.

     

    Filmə baxmamamışdan əvvəl “facebook” dostluğumdakı insanlar demək olar ki, iki yerə bölünmüşdülər. Bir qrupu filmi tərifləyir, digərləri isə birmənalı olaraq pisləyirdilər. Bəzən bu müzakirələr siyasi tərəflərə də yönəlirdi.  Bütün bunlardan kənarda film haqqında fikrimin formalaşması üçün “Əli və Nino”ya baxmağa getdim.

     

     

     

    Filmdə müsbət mənada diqqətimi çəkən əsas məqamlardan biri məhz effektlər oldu. İstər səs, istərsə də görüntü effektləri  insanı yormur. Hətta Azərbaycanın müxtəlif məkanlarını görmək insana zövq verir. Ancaq ssenari ilə bağlı təəssüf ki, eyni şeyi demək olmur. Çünki filmin ortalarından sonra artıq darıxmağa başlayırsan.  Ümumilikdə filmin səhnələri yaxşı işlənmiş reklam çarxını xatırladır. Addımbaşı Azərbaycan və azərbaycançılıqla bağlı fikirlər səslənir. Buna şüar desək daha doğru olar. Bu mənada filmdə kiçik bir pafos hiss olunur. Təbii ki, bu pafos nə Nurəddin Mehdixanlının teatrda qışqırmağı, nə də Məleykə Əsədovanın ağlamağı kimi dərin deyil. Daha çox ssenaridə hiss olunan pafos əsintisidir desək doğru olar. Azərbaycançılıq, şərq ideyası əsərdə də işlənib. Ancaq sanki romanda bu detallar çox incə işləndiyindən insanın gözünə bir o qədər də batmır.

     

    “Əli və Nino” haqqında səsləndirilən ən əsas tənqidlərdən biri də tarixiliyə fikir verilməməsi və əsərə sadiq qalınmamasıdır. Ancaq düşünürəm ki, tarixilik məsələsi demək olar ki, bütün filmlərdə bəzi detallar səviyyəsində yaddan çıxır. Məncə rejissorun əsərə nə dərəcədə sadiq qalması məsələsi də müzakirə edilməməlidir. Çünki əsər müəllifin, film isə rejissorun sözüdür.

     

    Əsas tənqidlərdən biri də “Bir kərə yüksələn bayraq, bir daha enməz” ifadəsinin Məhəmməd Əmin Rəsulzadənin deyil Fətəli xan Xoyskinin dilindən səsləndirilməsi idi. Ancaq filmə baxanda görürsən ki, burada bir qərəz yoxdur, sadəcə filmin gedişi onu tələb edirdi. Ən azından mən belə fikirləşdim. Bütün hallarda hər ikisi də eyni ideya uğrunda vuruşurdular və Xoyskinin Rəsulzadənin fikirlərini dağ başında səsləndirməyi çox normal idi.

     

     

     

    Ancaq bütün bunlarla yanaşı filmdə görmək istədiyim, əsəri oxuduğumda səhnəbəsəhnə gözümdə canlandırdığım bir bölüm vardı. Bu da Ninonun qaçırılma səhnəsində Əlinin Məlikovun qırmızı-qızılı atını minməsi və sonda Məlikovun atın öldürülməsi ilə bağlı göstəriş verməsi idi. Məncə şərqli xarakterini dildə deyilən şüar səviyyəsində göstərməkdənsə, məhz Məlikovun və atının timsalında göstərmək daha doğru olardı.

     

    Bütün hallarda filmdə “Əli və Nino” romanındakı energetikasını və müəllifin ağrılarını duymaq olmur. Təbii ki, bayaq da dediyim kimi, filmin müəllifi rejissordur və onun dəsti-xətti hiss olunmalıdır. Ancaq təəssüf ki, bu filmdə rejissorun mövqeyini, baxışını görə bilmirik. Ümumillikdə “Əli və Nino” filmdən çox, bol effektli reklam çarxına oxşayır.

     

     

     

     

    Yazarın arxivi