Xəbər lenti

  • 2017-02-27
  • 00:59 Xarici tələbələr "Xocalıya ədalət" dedilər - VİDEO
  • 2017-02-26
  • 23:30 İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib
    23:00 ATƏT: “Texnikanı geri çəkin, cəsədləri götürməyə imkan yaradın”
    22:30 Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək
    22:00 Niyə "Eurovision" Ukraynada böhranla üzləşib?
    21:30 İspaniyada qaçqınlara dəstək aksiyaları keçirilib
    21:00 Çavuşoğlu yunan həmkarına cavab verdi
    20:30 İlham Əliyev Qətərə rəsmi səfər edib
    20:00 Gəncədə Xocalı abidəsinin açılışı olub
    19:30 Moskvada Nemtsov yürüşü keçirilir
    19:00 Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb
    18:30 Con Travolta məşhur mafia başçısı Con Qotti olacaq
    18:00 Bu gün ilin ilk Günəş tutulması oldu
    17:35 BBC-ə hansı ölkələrdə qadağan qoyulub?
    17:10 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    16:00 Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
    15:12 Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi
    15:09 “Əsir düşərgəsi” kitabı çap olunub
    13:13 Xələf Xələfov: “Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”
    12:40 Havanın temperaturu aşağı düşəcək
    12:16 Türkiyə səfiri: Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar
    11:41 Honq Konqda təyyarə qəzaya uğrayıb
    11:14 ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
    10:45 Krım tatarları Rusiyanın Ankaradakı səfirliyi qarşısında aksiya keçiriblər
    10:24 İlham Əliyevin iştirakı ilə Xocalı yürüşü keçirilib
    10:02 Kiyevdə "Xocalıya ədalət" biqbordları yerləşdirilib
    09:55 Atəşkəs rejimi 34 dəfə pozulub
    09:45 ABŞ-da terror:50 yaralı
    01:32 Azərbaycan əks-hücuma keçsə, üstünlük əldə edəcək – Hərbi ekspert
    00:01 Xocalı soyqırımı - 25
    10
    14:57:59
    Yanvar
    807 nəfər oxuyub

    "B" planı olmayan yazıçılarımız

     

    Son dövrlər ətrafımdakı insanlarda bir bezginlik hiss edirəm. Təəssüf ki, bu yorğunluq yaradıcı insanlara da sirayət edib. Əslində, cəmiyyətin aydın, yaradıcı təbəqəsi həmişə ən sona qədər mübarizə aparır, insanların ən ümidsiz vaxtlarında belə gələcəyə ümid, inam aşılayırlar.

     

    Ancaq görünür, Azərbaycanda adət ediləndən fərqli – yeni bir mərhələ yaranıb. Artıq yaradıcı insanlar, xüsusən də, yazıçılar nəinki gələcəyə ümidlə baxa bilir, hətta yazmaqdan imtina edirlər. Söhbətlərimizin birində yazıçı dostlardan biri dedi ki, nəinki yazmaq, hətta danışmaq belə istəmirəm.

     

    Əslində, nümunəni yazıçılardan göstərsəm də, rəssamlarda, aktyorlarda da vəziyyət eynidir. Bunun bir çox səbəbləri var. Əksəriyyəti maddiyyatla bağlı olsa da, həm də onunla bağlı deyil. Hazırkı mühit o qədər bozdur ki, hətta yaradıcı insanlar da bu bozluğu yarıb gündəmə rəng qata bilmirlər. Hey vurnuxur, çarpışırlar, ancaq sanki hər şey tükənib, bu bozluqdan çıxış yolu yoxdur. Bəs indiki durumda nə etməli? Həqiqətənmi, çıxış yolu qalmayıb?

     

    Bir neçə il əvvəl qəzetdə işləyirdim və tez-tez belə bir mövzunu yazarlarla müzakirə edirdik: “Dövlət yazıçılara dəstək verməlidir. Jurnalların çap edilməsinə, yazıçıların dünyaya tanıdılmasına, tərcümə edilməsinə pul ayırlmalıdır”.

     

    Düşünürəm ki, indiki problemlərin kökü, məhz, o vaxta gedib çıxır. Çünki həmin vaxt bütün yazıçılar dövlətin ədəbiyyata münasibətini tənqid edirdilər. Tələb edirdilər ki, dövlət yuxarıda sadaladığım məsələlər üçün konkret addımlar atsın, pul ayırsın.

     İndi də yazıçılarımızın eyni gözləntiləri var. Ancaq beş il əvvəl bu, tələb idisə, artıq  bəhanəyə, özü də uğursuzluğun bəhanəsinə çevrilib.

     

    Təəssüf ki, bizim “B” planımız yoxdur. Hələ də Anarın Yazıçılar Birliyindən getməsini gözləyirik. İnanırıq, inanırıq ki, onda hər şey düzələcək. Gözləyirik ki, bir sehirli əl gələcək və hər şeyi dəyişəcək. Bizim əsərlərimizi xaricdə çap etdirəcək və bununla da bütün əzabların sonu çatacaq.

     

    Biz artıq uzun illərdir, bu xəyallarla yaşayırıq. Nəticə isə göz qabağındadır, artıq gələcəyə ümidimiz də yoxdur. Çarəni özümüzdən, oxucumuzdan küsməkdə, yazmamaqda görürük.

     

    Yanlış anlamayın. Demirəm ki, dövlət yazıçıların kitablarını çap etməsi üçün pul ayırmamalıdır, layihələr keçirməməlidir, bu, dövlətin işi deyil. Yox, bu, elə birbaşa dövlətin borcudur və tənqiddə də haqlıdırlar. Ancaq illərdir tələb edirik, tənqid edirik, heç nə dəyişmir, bu məsələdə yenilik olmur. Görünən odur ki, dövlətin ədəbiyyat siyasəti dəyişməyəcək. Vaxt da bizim əleyhimizə işləyir. Ona görə mütləq bir “B” planımız olmalıdır. Ən azından, gileyləndiyimiz bu illər ərzində qəpik-qəpik yığsaydıq, heç olmasa, özümüz öz romanlarımızı, hekayələrimizi, şeirlərimizi tərcümə etdirə bilərdik. Ya da nəsə başqa bir yol tapmaq olardı və mütləq tapmalıyıq. Çünki bütün tarixi dövrlərdə aydınlar gedişata  yalnızca yazdıqları ilə deyil, həm də əziyyətlərə qatlaşdıqları üçün yön verə biliblər. Bezginlik, yorğunluq başa düşüləndir, bununla belə bozluğa məğlub olmaq da yolverilməzdir.

     

    Türkiyədə Cemal Süreya və dostları “İkinci yeni” adı altında yeni üslubda şeirlər yazmağa başlayıblar. Ancaq o dövrdə də onların bu şeirləri qəbul edilmir, ənənə müdafiəçiləri onlara mane olmağa çalışırdılar. Cemal Sürəyagil qərara gəlirlər ki, öz jurnallarını buraxsınlar. Jurnalın bütün materiallarını hazırlayırlar, ancaq çap etmək üçün pulun böyük bir hissəsi çatışmır. Bütün mümkün variantları nəzərdən keçirirlər, ancaq yenə də lazım olan məbləğ yığılmır. Bir gün yenə jurnalı müzakirə edərkən şairin dostlarından biri onların yanına gəlir. Yerdəki xalçanı görüb qışqırır: “Siz neylədiyinizi bilirsiniz?  Adam da bu xalçanın üstündə gəzər heç? Bu ki çox əntiq xalçadır”.

     

    Cemal Süreyanın üzü gülür və bir an da tərəddüd etmədən xalçanı satır və jurnalın ilk nömrəsini çıxarır. Və Cemal Süreya türk ədəbiyyatına adını qızıl hərflərlə yazan şairlərdəndir. Bir vaxtlar qəbul olunmayan şeirləri isə Türkiyə ədəbiyyatının istiqamətini dəyişdirib.

    Yazarın arxivi