Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    03
    13:12:02
    Yanvar
    1678 nəfər oxuyub

    ETİBARSIZLARIN CƏMİYYƏTİ

    İnkişaf etmiş Qərb ölkələrindən reportaj yayımlayan həmyerlilərimiz bir məqama xüsusi diqqət ayırmağı sevərlər. İnkişaf etmiş ölkələrdə evlər bir-birindən bizdəki kimi çoxmetrlik daş hasarlarla ayrılmaz. Səliqə ilə, demək olar, eyni tipdə inşa edilmiş evləri gözəl bəzədilmiş kiçik, rəmzi çəpərlər ayırar bir-birindən. Və heç kəs qonşunun həyətinə icazəsiz keçərək onun alətlərini, materiallarını götürməyəcək, pəncərəsindən evinə boylanaraq privat həyatına burnunu soxmayacaq. Bizimkiləri ən çox ordakı insanların bir-birinə etibarı təəccübləndirər. İnsanlar bu duruma necə gəlib çıxdılar?

     

    Hələ başqa, daha təəccüblü bir məqama da rast gəlirlər bizimkilər xaricdə: kənd təsərrüfatı məhsullarının yol kənarında satıcısız satılmasına. Bəli, tamamilə etibar üzərində qurulmuş  bir ticarət. Sən istədiyin qədər çəkib götürürsən və pulunu da vicdanla hesablayıb qoyursan. Etibara etibarla cavab verir və özünü insan kimi hiss edirsən. Potensial oğru kimi deyil. Anlayırsan ki, inkişaf etmək – mədəniyyəti inam və etibar üzərindən qurmaqdır. İnamsızlıq və şübhə üzərindən deyil. Birinci halda mədəniyyət insanda dürütslüyü stimullaşdırır, ikinci halda - oğru xislətini. Əslində, ikinci halda mədəniyyət öz funksiyasının əksinə işləmiş olur. Belə mədəniyyətdə insan sosiallaşdıqca “vəhşiləşmiş” olur.

     

    Təbii, bu, o demək deyil ki, müasir Qərb ölkələrində heç bir nəzarət və yoxlama mexanizmləri yoxdur və hər şey sadəcə etibar üzərindədir. Xeyr. Lakin nəzarət o cəmiyyətlərdə insanın yaradıcı potensiyasını zəncirləyəcək həddə deyil. “Qızıl orta” prinsipi tanıyır o cəmiyyətlər. Eyni səbəbdəndir ki, bizdə hər hansı müəssisənin işini “gücləndirmək” zərurəti ortaya çıxanda idarəçilərin ağılına, ilk növbədə, intizamı və nəzarəti daha da möhkəmləndirmək gəlir. Nədənsə bizdə həmişə düşünürlər ki, əgər iş getmirsə, bu, yalnız  nəzarətin azlığındandır. Çünki təfəkkürümüz əsasən inamsızlıq üzərində qurulub. Etibar məqamı çox zəifdir ictimai texnologiyalarımızda. Bu səbəbdən də insanların yaradıcı potensiyasından cəmiyyətin inkişafı üçün yararlanmağın yollarını tanımırıq.

     

    Yadımdadır, bir universitetdə xaricdən dəvət edilmiş müəllimə bizim jurnalları göstərdim. Və necə doldurmaq lazım olduğunu izah etməyə çalışdım. Səhv etməyə, qaralamağa belə ixtiyarı olmadığını xatırladanda gözləri bərəldi. Ona necə izah edəydim ki, nazirlikdən gələnlər məhz bu jurnalları yoxlayır. Orda pozuntu və ya boş buraxılmış xana olmamalıdır. Hələ ona bizdə müəllimlərin rüşvət almaması üçün imtahan prosesindən kənarlaşdırıldığını izah etmək vardı sırada. Əcnəbi qonağın zərif psixikasını gerçəkliyimizin bu tərəfi ilə yaralamamaq fikrinə gəldim. Bu barədə danışmadıq.

     

    Cəmiyyətdə etibar texnologiyalarını necə gücləndirə bilərik? Mədəniyyətimizdə insanlararası inamı necə inkişaf etdirə bilərik?  İnamsızlıqla necə mübarizə aparmaq olar? Nə zamansa bizim də evlərimiz hasarsız olacaqmı?

     

    Çox sadə şeylərdən başlaya bilərik inamsızlıq hasarlarını sökməyə. Məsələn, sosial şəbəkələrdə ailə fotoları qoymaqla. Fikir verirəm, çox az “dostum” bunu etməyə cəsarət edir. Çox az “dostumun” həyat yoldaşının da şəxsi profili var sosial şəbəkələrdə. Daha azı isə orada öz adı və öz şəkli ilə çıxış edir. Deyərsiniz nə əlaqəsi? Bilavasitə.

     

    İnamsızlıq kultivasiyası əsasında formalaşdırdığımız mədəniyyətin içərisindəyik. Və hasarlar da güvənimizi artırmır bizim, qorxularımızı gücləndirir, cəmiyyətdəki etibarsızlığı isə əbədiləşdirir.

     

    Çətin oldu? Həyat yoldaşı Sona xanımı çadrasını atmağa inandıran Cəfər Cabbarlını da xatırlayın arada.

     

    Yazarın arxivi