Xəbər lenti

  • 2017-03-24
  • 11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    11:34 Eyro: "Status-kvo vəziyyəti ağırlaşdıran siyasi seçimdir”
    11:16 "Atatürk ailəmə hörmət etməsə də..."
    10:58 "16 apreldən sonra çox sürprizlə qarşılaşacaqsınız"
    10:44 Vestminster körpüsü yenidən istifadəyə verildi
    10:27 Tramp yük maşını sürərsə... - VİDEO
    10:15 Düşmən mövqelərimizi 109 dəfə atəşə tutub
    09:56 Erməni hərbçilərin maşını qəzaya düşdü: 10 yaralı
    09:43 Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı
    09:30 Sabahdan mazut gömrük rüsumundan azad olunacaq
    09:15 ABŞ-ın İsraildəki səfirinin adı bəlli oldu
  • 2017-03-23
  • 23:40 Bağırsaqları ziyanlı maddələrdən təmizləməyin üsulları
    23:20 Evlilik proqramlarının aqibəti necə olacaq?
    23:00 Azərbaycan Ukraynaya səyyar hospital bağışlayacaq
    22:40 Azərbaycanda 5 minə yaxın eşşək yoxa çıxdı
    22:20 Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib
    22:00 Prezident qızları: Ataları kimi güclü və nüfuzlu
    21:40 İran, gəmilərin körfəzdə sərbəst hərəkətinə təhlükə yaradır
    21:20 Yük maşınları niyə Rusiya sərhədində ilişib?
    21:00 Lənkəranda silah-sursat tapılıb
    20:40 Rusiya "Eurovision" müsabiqəsini yayımlamayacaq
    20:20 "Petkim"in rəhbərliyinə yeni təyinat olub
    20:00 Belçikada terror aktına cəhdin qarşısı alındı
    19:45 Müdafiə naziri ön xətdə olub
    19:22 Ötən illərin Novruzları- FOTOLAR
    19:00 İŞİD Londondakı terrorun məsuliyyətini üzərinə götürdü
    18:45 Apple qırmızı rəngdə iPhone7 buraxıb
    18:30 Keşniş toxumunun faydaları
    18:00 IV İslam Həmrəylik Oyunlarının təbliğat kampaniyasına start verilib
    17:45 Gürcüstandakı həmyerlilərimiz hökumət strukturlarında təcrübə keçəcəklər
    17:30 Moldova MDB PA-nın iclasında iştirakdan imtina edib
    17:15 Londonda terror aktını britaniyalı törədib
    17:00 Kambocalı körpələrin süd payını Amerika bəbələri yeyir
    16:45 Londondakı teraktla bağlı 7 nəfəri saxlanıldı
    16:30 Manatın təzədən özünə gəlmək şansı var?
    16:15 Pakistan Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır
    16:00 Bahalaşmaya göz yummaq olmaz
    15:45 Rusiya səfiri Türkiyə XİN-ə çağırıldı
    15:30 Şimali Koreyanın Türkiyədəki mülkiyyəti dondurulacaq
    15:15 Cem Yılmazın yeni filmində kimlər olacaq?
    15:00 Azərbaycan Gürcüstana qaz ixracını 22 faiz artırıb
    14:45 Erməni general Azərbaycanı snayperlərlə hədələdi
    14:30 Sarkisyan Lapşinin ekstradisiyasına mane ola bilməyən səfiri cəzalandırdı
    14:00 Almaniya millisi Bakıya qələbə ilə gəlir
    13:45 Daun sindromunu hamiləlikdə yoxlayın
    13:30 Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb
    13:15 Diversantlar Ukraynanın ən böyük silah-sursat anbarını partlatdı
    13:00 Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq üzrədir
    12:45 Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib
    12:30 Londonun müsəlman merinin sözləri narazılıq yaratdı
    12:15 Britaniyada bayraqlar endirildi
    12:00 Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb
    11:45 ABŞ İŞİD-in arxasına qəfil desant atdı
    11:30 Cəbhə bölgəsində yenə atəşkəs pozulub
    11:15 Rəsmi Bakı Londondakı teraktı kəskin şəkildə pislədi
    11:00 Rusiya ilə dialoqu davam etdirmək vacibdir
    10:45 Norveç səfiri Türkiyə XİN-ə çağırılıb
    10:30 Azərbaycan Ekoloji Fəaliyyətinə görə 31-ci olub
    10:15 Britaniya terror təhlükəsi səviyyəsini yüksəltməyəcək
    10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    09
    13:12:02
    Yanvar
    1057 nəfər oxuyub

    BİZ NİYƏ ARZULAYA BİLMİRİK?

    Mənim nəslimin insanları “işıqlı gələcək” barədə nağıllarla tərbiyə olunurdu. Baxdığımız bütün filmlərdə, dinlədiyimiz şeir və nəğmələrin, demək olar ki, hamısının arxa planında bu “işıqlı sabah” ideyasını aydın sezmək olurdu. Rəsmi ideologiya insanları ideal rifah cəmiyyəti olan kommunizm idealına bağlamağa çalışırdı. Və elə bu səbəbdən artıq mənim nəslimdə heç kim bu “işıqlı sabaha” səmimi şəkildə inanmırdı. O zaman anlamışdım: bir şeyi bütün resursları qoşmaqla təbliğ edirlərsə, zamanla insanlar həmin şeydən soyuyur və hətta iyrənməyə başlayırlar. Təbliğat gözəl ideyaları belə çirkinləşdirə bilir.

     

    Sonra sovet dağıldı. Heç kim dağıtmadı onu, içəridən dağıldı və uçdu bizim nəslin başına. İctimai ritorika “sabah”  ideyasından və ümumiyyətlə, sosializm təbliğatında sıx işlənən sözlərin bir çoxundan imtina etdi. Məsələ gülməli kazuslara qədər gedib çıxırdı. Yadımdadır, o zaman çoxsaylı siyasi iclasların birində orta yaşlı bir kişi ciddi cəhdlə gündəlikdə gözünə sataşmış “sosial” sözünün ordan götürülməsini tələb edirdi. “Bəsdir, bezdik bu sosializmdən” deyə qışqırırdı.  Kişini güclə sakitləşdirdilər ki, “sosial” sözündən imtina edə bilmərik.

     

    “Sabah” sözündən isə  imtina edilmişdi artıq. Azərbaycanlılar indi də sabaha boylanmırlar, uzaq başı gələn ilə (“Gələn il Şuşada, Xocalıda...” bu sözlər siyasi korrektliyin bir atributuna çevrilib).

     

    Praqmatizm, bu günlə yaşama ictimai-siyasi sahənin dominant ideyası olsa da, mədəniyyətin özündə keçmişə meyil güclənməyə başladı. Milli dəyərlərə, öz kökümüzə qayıtmaq təmayülləri mədəniyyətdə konservatizmi gücləndirdi. Sovet dövründə opponentini dövlət resurslarının köməyi ilə köşəyə sıxışdırmış içi boş ateizmdən yorulmuş kütlələr böyük coşqu ilə dinə doğru axışmağa başladılar. Məncə, yanılmaram desəm ki, İŞİD-in sıralarında ən əhəmiyyətli qüvvəni məhz postsovet ölkələrindən çıxmış “möminlər” təşkil edir. Onların fəaliyyətində də “sabah” yoxdur. Onlar keçmişi rekonstruksiya edirlər. Xilafət, şəriət məhkəməsi, kəniz, qul bazarları,..

     

    Stalin sosializmi rus ziyalılarının arzularını dəfn etdi. Hərçənd marksist-leninçi inqilab arzulardan doğulmuşdu: Avropa utopistlərinin (T.Mor, Ş.Furye, T.Kampanella, F.Bekon) arzularından. Ədalətli, azad, elmi fikrin nailiyyətlərinə əsaslanan ideal cəmiyyət arzularından. Və indi bütün postsovet məkanında, o cümlədən də bizdə,  arzulamaq çətinliyi yaranıb. Mən səmimi, həqiqi, ürəkdən arzulamağı nəzərdə tuturam. Xalqların sabahı onların arzularından doğur.

     

    Bilirəm, çətindir, amma gəlin, cəhd edək: Məsələn, arzulayaq ki, gələcəkdə Azərbaycanda təhsil elə dəyişəcək ki, eyni zamanda bir neçə universitetimiz Harvard, Kembric, Sorbonla müqayisə olunacaq həddə çatacaq. Finlandiya hökuməti təhsil təcrübəmizi öz ölkəsində tətbiq etmək fikrinə düşəcək. Dünyanın hər yerindən bizə oxumağa axışacaq gənclər... Sonra bütün dünya bizim səhiyyəmizin görünməmiş nailiyyətlərindən danışacaq. Sərhədlərimizdə İrandan, Gürcüstandan, Rusiyadan gəlmək istəyən xəstələrin böyük növbələri yaranacaq, Avropa ölkələrindən isə xəstələr təyyarələrlə gətiriləcək Bakıya. Bütün planet hər il dünya telefon bazarında “İphone” və “Samsung”u üstələmiş analoqu olmayan “Azərbaycan” smartfonların yeni modifikasıyasının çıxmasını gözləyəcək həyəcanla... Davam edin... 

    Yazarın arxivi