Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    27
    18:51:59
    Oktyabr
    499 nəfər oxuyub

    Qafqazın üçüncü ən qədim məscidi – müsahibə, fotoreportaj

    Qafqazın üçüncü ən qədim məscidi – müsahibə, fotoreportaj

    Müsahibimiz, Qəbələ Şəhər Cümə məscidinin imam köməkçisi Saleh Şirinovdur. Onunla məscidin tarixindən başlayan söhbətimiz müasir dövrümüzə qədər uzandı. 

     

    -    Saleh bəy, bu məscid nə vaxt tikilib?
     
    -    Bu gördüyümüz bina 1896-cı ildə tikilməyə başlayıb və iki məscidin üzərində inşa edilib. Qafqazda tarixi min ildən yuxarı olan üç dənə məscid var. Biri Dərbənddədi, biri Şamaxıda, bir də bu məscidin yerində olan məscid. Yazılı olmasa da, ağızdan gələn məlumatlara görə, bu, bir yox, iki məscid olub. Daha sonradan onların yerində böyük Cümə məscidi tikiblər. O məscidlərdən birinin mehrabı indi də durur. Onu tarixi eksponat kimi saxlayırlar. Aşağıdadı, indi üzərində xalça var. O məscidlərin tarixi haqqında bundan başqa məlumatımız yoxdu. Sadəcə bilirik ki, burda ilk tikilən məscidin yaşı min ildən yuxarıdı. Bu gördüyümüz bina isə 1896-cı ildə tikilməyə başlayıb, 1906-cı ildə cümə məscidi kimi istifadəyə verilib. Deyilənə görə, məscidin kərpiclərini camaat çaydan bura bir-bir, əldən-ələ ötürərək gətirib. Təxminən, 1925-ci ildə - sovet işğalından sonra məscidin fəaliyyəti dayandırılır. O vaxtdan 2004-cü ilə qədər bina fərqli məqsədlərlə istifadə olunur: kinoteatr, anbar, iclas zalı, çayxana olur. 1983-86-cı illərdə təmir edilir və Tarix muzeyi olaraq saxlanılır. 2004-cü ildə Qəbələ camaatı buranı yenidən məscid kimi qazanmaq istədi. Həmin ildə də təmir-bərpa işləri aparıldı. Artıq 12 ildi ki, məscid kimi fəaliyyət göstərir. Məscidimiz hər kəsə açıqdı. Hər məzhəbdən namaz qılanımız var. Təmir vaxtı bina üç hissəyə ayrılıb- namaz zalı, sol tərəfdə həm imam otağı, kitabxana var, həm də kişilər üçün dərs otağı. Sağ tərəf də qadınlar üçündü. quran dəsrləri almaq və ya  namaz öyrənmək istəyən qadınlar orda toplaşırlar. 

     

    -    Quran dərsləri almağa nə qədər adam gəlir? Qadınlı-kişili.


    -     Gələnlərin sayı fəsildən asılı olaraq dəyişir. Yay vaxtlarında çox olur- xüsusən uşaqlar. Amma bu vaxtlarda- payızda-qışda daha çox şənbə-bazar günləri gəlirlər.

     

     

     

    -    Uşaqlar öz xoşları ilə gəlirlər, yoxsa daha çox valideynləri göndərir? 


    -    Elələri var ki, valideynləri  göndərir.  Amma özləri həvəsli olub gələnlər də var. Valideynləri də dəstəkləyir. Bütün hallarda müəllimlər mütləq valideynlərlə görüşürlər  ki, bu işə razılıqları olub-olmadıqlarını öyrənsinlər. 

     

    -    Burda xütbə, moizə də oxunur? 


    -    Təbii ki. Cümə namazı qılınır, minbərdən xütbə oxunur, kürsüdən də moizə edilir.

     

     

     

    -    Filmlərdə xristian keşişlərinin moziələri ən müxtəlif mövzularla – sosial, siyasi mövzularla, ictimai-siyasi hadisələrlə əlaqəli olur. Məscidlərdə oxunan moziələr isə adətən, satirik təsvir olunur. Məsələn, Cəlil Məmmədquluzadədən bəhs eləyən “Qəm pəncərəsi” filmində olduğu kimi. Bəs əslində necədi? Moizələrinizdə hansı mövzulara toxunursunuz? 


    -    Cəlil Məmmədquluzadələrin, Mirzə Ələkbər Sabirlərin vurğulamaq istədiyi  məsələ, əslində, din adından istifadə eləyənlərin tənqidi idi. Onlar çalışırdılar ki, insanlar dinin göstərdiyi doğru yoldan ayrılmasınlar. Biz isə şəriətin göstərdiyi yolla gedirik, dini mövzularda danışırıq. 

     

    -    Bəs cəmiyyətdə gedən proseslər haqqında nə isə danışırsınızmı?

     
    -    Cəmiyyətdə gedən proseslərlə bağlı camaatımıza istiqamət verməyə çalışırıq. Birlik-bərabərliyimizi qorumağın, milli və mənəvi dəyərlərimizə sahib çıxmağın vacibliyindən danışırıq. Deyirik ki,  əmin-amanlıq şəraitində, müstəqil bir ölkədə yaşayırıq, öz bayrağımız var. Çalışırıq ki, camaatımız düzgün baxışını pozmasın və bu əmin-amanlığa sahib çıxaq.

     

     

     

    -    Problemlərdən də danışırsınızmı? 


    -    Siyasi problemlərdən məscidlərdə heç vaxt danışılmır. Ölkənin gündəmindən söhbət gedir. Şəhidlərimiz olur, döyüşlər olur, müəyyən məsələlər olur ki, əlbəttə, yada salınır. Camaatımızdan dua istənilir, ortaq bir dəyərə qulluq elədiyimizi söyləyərək  mesajımızı bu şəkildə camaatla paylaşırıq. Ölkəmizin bütünlüyü, əsgərlərimizin xidməti, savaşı, torpaqlarımızın bir hissəsinin düşmən tapdağı altında olması- bu mövzuları camaatımızla paylaşırıq. Bizi aşan siyasi məsələlərə,  təbii ki, toxunmuruq. Əsasən, çalışırıq ki, camaatımıza milli və mənəvi ruhda  istiqamət verək, şəriətə aid mövzulara, əxlaqi mövzulara daha çox üstünlük veririk. Vətənin müdafiəsi ilə bağlı xütbələrimiz, moizələrimiz olur.

     

     

    -    Bu mövzudan danışanda insanlara nəyi təlqin eləməyə çalışırsınız – sülhsevərliyi, yoxsa müharibənin vacibliyini?

     
    -    Döyüşmək ölkə üçün bir dəyərdi. Necə ki, 20 yanvar şəhidlərimiz bizim üçün ayrıca dəyərdi və  hər il 20 yanvarda  onları yad eləyirik. Bu gün müstəqil ölkəyiksə, buna görə şəhidlərimizə bir vəfa borcumuz var. Biz bu barədə danışırıq - vətənin müqəddəs bir dəyər olaraq  görülməsini, vətənsiz dinin də yaşana bilməyəcəyini, dinimizdə cihadın da əmr edildiyini, allah yolunda, din uğrunda, vətən uğrunda da savaşın gərəkdiyini, əmr verilərsə, savaşa getməyin vacibliyini deyirik. Biz sadəcə “döyüşə getmək lazımdı” deyirik, “döyüşün” demirik. Dəyəri çatdırırıq- niyə döyüşməliyik, nəyin uğrunda döyüşürük və döyüşəndə nə qazanırıq. Vətəni itirmək azadlığı itirmək deməkdi. Biz yetmiş il başqasının bayrağı altında yaşamışıq. İndi öz bayrağımız var. Bunun dəyərini bilək. Bu necə bir dəyərdi – onu çatdırmağa çalışırıq.

     

    -    Quran VII əsrdə yazılıb, indi isə XXI əsr və 2016-cı ildi. Moizələrinizdə bu dəyişikliyi nəzərə alırsınızmı, yoxsa VII əsrdə Quranda necə və nə deyilibsə, onu öyrədirsiniz?


    -    Qurani- kərim VII əsrdə yazılsa da, təkcə o əsrdəki problemlərə işıq tutan kitab deyil. Digər müqəddəs kitablardan fərqli olaraq Qurani-Kərimin dövrü qiyamətə qədər davam eləyəcək.  Digər tərəfdən Quranın gəldiyi əsrdəki problemlər necə idisə, indi də elədi. Faiz o vaxt necə çirkin bir əməl idisə, indi də elədi. Qurani-Kərim gəldiyi dövrdə rüşvəti qadağan eləyib çirkin əməl adlandırmışdı. Bu dövrümüzdə rüşvət  cəmiyyəti kökündən baltalayan, inkişafına əngəl olan bir problemdir.  Qurani Kərimin gəldiyi əsrdə qız uşaqlarının diri-diri öldürülməsi, basdırılması kimi böyük bir cinayət vardı. Eyni cinayət bu gün də var - abort qəssabları yoxlama aparırlar və doğulacaq uşaq qızdısa, dərhal abort  edirlər.  Sadəcə olaraq dəyişən zamandı. Onda VII əsr idi, indi XXI əsrdi. Amma bəzi problemlər, bəzi cinayətlər eyni formada davam eləyir. Ona görə də  məsələ aktual olaraq qalır. Biz də məsələlərə müasir eynəklə baxaraq çatdırmağa çalışırıq.

     

     

     

    -    Bu yaxınlarda gənc bir yazar yeni Quran yazdığını elan etdi və hər kəs onun üstünə düşdü, dərhal qaragüruh başladı. Və belə faktlar çoxdu. Doğrudanmı, belə şeylər Quranın nüfuzuna ziyan gətirə bilər?


    -    Bu, əslində ayaqüstü söhbətin mövzusu deyil. Amma qısa cavab verməyə çalışacam. Siz dediyiniz “Qurani- Kərim”i yazmaq deyil, onun tərcüməsini yazmaq problemidi. 

     

    -    Yox, adam kitab yazır və adını Qurani-Kərim qoymaq istəyir. 


    -    Bu, mümkün olan şey deyil. Çünki Quran allah kəlamıdı. Qurani-Kərim təkdi  və ilahi kitabdı, necə ki, ikinci bir İncil kitabı ola bilməz.  

     

    -    Onlar, məsələn, uşağın tərbiyəsi və ya sağlamlığı haqqında kitab buraxıb adını “Uşaq tərbiyəsinin bibliyası” qoya bilirlər və buna görə heç kim onları təhqir eləmir. Amma, məsələn, mən bir sevgi romanı yazıb adını “Sevginin Qurani-kərim”i qoya bilmərəm.

     
    -    Adını belə qoya bilərsiniz: Qurani Kərimə görə övladla davranış qaydaları.  “Qurani-Kərim” tək ad olaraq qoyulsa, problem olar. Çünki Qurani-Kərim tək addı, allahın göndərdiyi kitabın adıdı. Yazılan bütün şərhlər, tərcümələr Qurani Kərimə əsaslanır. Ona görə də istinad eləyə bilərsiniz, amma adını düzgün qoymalısınız.