Xəbər lenti

  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    03
    12:00:05
    Noyabr
    335 nəfər oxuyub

    “Beynəlxalq Suriya Müharibəsi” və Almaniyaya mühacirət

    Tunisdə 2010-cu ilin dekabr 15-dəküçə satıcısı Məhəmməd Buəzizinin hökumət məmurlarının özbaşınalığına etiraz əlaməti olaraq özünü yandırması Yaxın Şərq və bəlkədə dünya tarixində yeni bir dövrün başlanğıcı oldu: - “Ərəb Baharı”.

    Məhəmmədin etirazı qısa zamanda öz bəhrəsini verdi: illərdir yatmış xalq oyandı, ayağa qalxdı. Etirazlar 2011-ci ilin əvvəlində bütün ölkəni bürüdü və rejim dəyişildi. Rejim dəyişilsə də sistem olduğu kimi qaldı. Sonra od Misirə, Livyaya, Əlcəzairə, Bəhreynə və Yaxın Şərqin digər kiçik ölkələrinə sıçradı.

    Bu etirazların bəziləri zamanında yatırıldı, nəticəsiz qaldı. Sonra “Ərəb Baharı” adlandırılan Məhəmmədin odu Suriyaya sıçradı və ya sıçradıldı. Həmin vaxtlar beynəlxalq media orqanları Suriyadan canlı yayımlarla bizi “məlumatlandırdılar”, amma həmin media Bəhreyndəki ABŞ müttəfiqi hökumətə qarşı etirazlar haqqında bizi bilgiləndirmədi və biz də sona qədər orda nə baş verdiyini, dinc xalq etirazlarının sonunun necə bitdiyini öyrənə bilmədik.

    Suriyada dinc nümayişlər qanlı savaşa, dinlərin, inancların çarpışdığı poliqona döndü. “Yeni düşmən”-in – İŞİD-in sayəsində insanlığa edilən cinayətlərə bir yenisi dəəlavə edildi: bəşəriyyət tarixinin ən gözəl inciləri məhv edilməyə başladı. Samuel Kramerin “Tarix Şumerdə başlayır” fikrinə cavab olaraq “Şumer də Suriyada məhv edilər” gerçəkliyi ortaya çıxdı.

    Tarixin məhvi Suriyada 4 min illik Palmiranın İŞİD gücləri tərəfindən işğal edilməsi və dağıdılması ilə zirvəyə qalxdı. İnsanlığa vurulan bu zərbədən sonra bu abzası daha uzatmağın mənası yoxdur...

    5 illik “Suriya Beynəlxalq Müharibəsi” 100 minlərlə insanın ölümünə, 5 milyona yaxın insanın ölkəsindən didərgin düşməsinə səbəb oldu. Yaxın Şərqin daha sivil xalqı sayılan suriyalılar üçün dəniz sahillərinə səpilən uşaq meyidlərindən sonra görən onların tunisli Məhəmmədə münasibəti necədir? Zamanı geriyə qaytarmış olsaq 5 il əvvəlki etdikləri səhvləri yenidən təkrar edərlərmi???

    Suriyadakı müharibə Avropanı ciddi “mühacir problemi” ilə üz-üzə qoydu. Proqnoz edilməmiş sayda, qısa zamanda Avropaya təqribən 1,3-1,5 milyon suriyalı qaçqın axdı. Avropa II Dünya Müharibəsindən sonra ilk dəfə idi bu miqyasda insan axını ilə üzləşirdi.

    Avropaya qaçan suriyalıların 90% sığınacaq üçün Almaniyanı seçdi. İndi qeyri-rəsmi məlumatlara görə Almaniyada bir milyona yaxın suriyalı qaçqın yaşayır. Onlar bura necə gəlib, burda necə yaşayırlar? Yerli insanlardan hansı münasibətləri görürlər? Uyğunlaşa bilirlərmi?

    Əziz oxucular, mən sizə bu gündən etibarən bu haqda yazıb detalları çatdırmağa çalışacağam. Bundan əlavə, ümumiyyətlə Almaniyada qaçqınlıq həyatı necədir, “daimi yaşayış icazəsi” üçün hansı səbəblər olmalı, hansı prosedurdan keçilməlidir? Bir çoxlarınınız bildiyi bu mövzunu öz təəssüratlarımla anladacağam.

    İndi isə sizə suriyalı qaçqınlar üçün yaşayış yerlərindən bir neçə foto təqdim edib, təfərrüatını yaxın günlərə saxlayıram.