Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    05
    22:24:19
    Noyabr
    745 nəfər oxuyub

    Robert Kapa və Gerda Taro – Müharibənin içində fotoqraflar

    İspaniyada vətəndaş müharibəsindən çəkdikləri ilə Robert Kapa və Gerda Taro müasir "Müharibə Fotoqrafiyası"-nın əsasını qoydular. Onlar öz kameraları ilə mübarizənin ən yaxınına getdilər və beləliklə, müharibə jurnalistikasını və müharibə reportyoruluğunu  tamamilə dəyişdilər.

    Onların hər ikisi gənc idi, yəhudi əsilli olduqları üçün də nasistlərin ucbatından öz ölkələrindən qaçmağa məcbur olmuşdular. Həmin ərəfədə - 1936-cı ilin 17 iyulunda Ispaniyada Françesko Frankonun faşist rejiminə qarşı respublikaçıların mübarizəsi başlamışdı. Buna görə həm Kapa, həm də Taro bu müharibəni başqalarına çatdırmaq üçün Ispaniyaya yollanmaq və reportajlar etmək eşqinə düşürlər.

    Gerda Taro alman əsilli idi, Kapa isə macar. Onlar 1934-cü ildə hər ikisi Parisdə sürgündə olarkən görüşmüş və bir-birilərini sevmişdilər. Onlar yaxşı cütlük idilər və bir-birilərini tamamlayırdılar: Kapa sevgilisinə fotoqrafiyanı texniki və məzmun olaraq öyrətdi, Taro isə fotoqrafiyanın marketinq işlərini öz üzərinə götürdü. Onların adları əslində bütün dünyanın bildiyi kimi "Robert Kapa" və "Gerda Taro" deyildi, Kapanın doğum şəhadətnaməsində "Andre Friedman" yazılmışdı, Taronun əsil adı isə "Gerta Pohorylle" idi. Hər ikisi bu təxəllüsləri sənətə birgə başlayarkən götürmüşdülər.

     

    İlk öncə "İspan Vətəndaş Müharibəsi", sonra "D-DAY"

    Robert Kapa və Gerda Taro 1936-ci ildə Ispaniyaya "Ispan Vətəndash Müharibəsi"-ni (17 iyul, 1936 - 1 aprel, 1939) görüntüləmək üçün  yollanarkən onların əlində yalnız kiçik fotoapparat var idi və onlar bu fotoapparatla respublikaçıların sırasında ön cəbhənin "0" nöqtəsinə qədər irəliləmişdilər. Episentrdə olmaq və Risk - bu müharibə reportyorluğunda yenilik idi. Buna görə də onların yaratdıqları "Müharibə Fotoqrafiyası" indiyədək öz təsirini itirməyib.

    II Dünya Müharibəsi zamanında da Robert Kapa öz işini davam etdirdi: O, artıq ABŞ vətəndaşı olaraq fotoreportyor kimi müttəfiq əsgərləri ilə birgə "D-Day"-də (1944-cü ilin 6 iyununda ikinci cəbhə olaraq bilinən Normandiya sahillərinə müttəfiq qoşununun çıxarılması "D-Day" kimi də adlandırılır - A.A) də iştirak edir. Və daha sonra ABŞ paraşütçüları ilə birgə Almaniya torpaqlarına atılır.

    Robert Kapa öz işləri ilə bir çoxlarının əzbərlədiyi "Əgər fotoların kifayət qədər yaxşı alınmayıbsa, deməli, hadisənin episentrinə kifayət qədər yaxın olmamısan" şüarını yaratmış fotoqrafdır. O, XX əsrin ən parlaq müharibə fotoqarfıdır. Robert Kapa həmçinin Henri Cartier-Bresson, David Seymour və George Rodger ilə birgə məşhur "Magnum" fotoagentliyinin qurucusudur.

     

    Kapanın ən məshur əsəri: "Respublikaçı əsgərin ölümü"

    Kapa və Taro İspaniyada olarkən öz işləri ilə faşist general Frankonun qarşısında, respublikaçıların isə yanında olduqlarını göstərmişdilər. Kapa müharibənin gedişatında bir foto çəkdi - "Respublikaçı əsgərin ölümü". Bu foto, ümumiyyətlə, fotografiya tarixinin ən məşhur əsərlərindən biri hesab olunur.

    Bu fotoda Respublikaçıların sırasında vuruşan bir əsgərin ölüm anı göstərilir. 1936-cı ilin əvvəlində Cordoba cəbhəsində tam dəqiqliyi ilə nə baş verirdi? - Bu suala indiyədək tam aydın cavab verilməyib. Robert Kapanın ölümündən illər sonra bu mövzu yenidən müzakirə edilməyə başlandı. Hətta müəllif Amanda Vaill "Ispan Vətəndaş Müharibəsi" ilə bağlı araşdırma kitabı "Hotel Florida"-da bu məsələyə xüsusi yer ayırıb.

    Kapa və Taro bir qrup Respublikaçı döyüşçü ilə hücum və mübarizə səhnəsini yamsılayırdılar. Hər iki fotoqraf baş verənləri çəkirdi. Bu anda əsgərlərdən biri yerə yıxıldı və həmin anı Kapa fotoapparatın lentinə köçürə bildi: "Həmin əsgər kamera qarşısında döyüş səhnəsini, necə savaşdıqlarını təsvir etdiyi an real olaraq güllə ilə vuruldu. Ola bilsin, bu güllə faşist cəbhəsindən snayper və ya bu bölgədə aktiv olan yerli üsyançılar (Guardia-Civil-Rəbəllən) tərəfindən atılmışdı. Və güllə döyüşçünün ürəyinə dəymişdi",- Vaill öz kitabında belə yazırdı.

     

    Onillər sonra yenidən tapıntı: Meksika çamodanı

    İspaniyada müharibə zamanı cəkilmiş və sonra itdiyi ehtimal olunan Taro, Kapa və Seymourun minlərlə fotolentləri 2007-ci ildə "Meksika Çamodanı"-nda yenidən tapıldı. Amma onların içindən "Vurulan əsgər"-in neqativi çıxmadı.

    1 Avqust, 1910-cu ildə anadan olan Taro nəinki ilk qadın müharibə fotoqrafi, hətta ilk müharibə fotoqrafı idi ki, iş başında, müharibədə ölürdü: 25 iyul, 1937-ci ildə Taro geriyə çəkilməkdə olan Respublikaçı dəstənin yanında ikən bir tank qəzasında ağır yaralandı. (Kontroldan çıxan tank Taronun olduğu hərbi Jeepə dəyərək maşını və içindəki şəxsləri əzdi - A.A). Və növbəti gün Taro 26 yaşında ikən vəfat etdi.

    "İspan Vətəndaş Müharibəsi"-nin ardından II Dünya Müharibəsi Media sahəsində yaşanmış bütün hadisələrin, demək olar ki, üzərini örtdü və Taronun fotoları unudulmağa düçar oldu. Bu unuduluş bir xeyli davam etdi, müəllif İrme Schaber 1994-cü ildə Gerda Taronun həyatını qələmə alana qədər. Taro haqqında bu bioqrafik əsərdən sonra fotoqraf yenə yada düşdü və yenidən Kapa ilə birgə anılmağa başladı.

    Kapa da (13 Oktyabr, 1913) fotoqraf kimi iş bashinda həlak oldu: Hindiçin müharibəsi zamanı- 25 may, 1954-cü ildə minaya basaraq vəfat etdi. Yəqin ki, həmin vaxt o, fotoapparatını iki əlləri ilə bərk-bərk tuturmuş.

     

    Müəllif: Klaudia Prevezanos

    http://www.dw