Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    18
    18:05:25
    Noyabr
    1496 nəfər oxuyub

    Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin

    Bakıda səfərdə olan İraq Türkmən Cəbhəsindən, Kərkük millət vəkili Əli Mehdi ilə son dövlərdə İraqda baş verən hadisələr və türkmənlərin hazırki vəziyyəti ilə bağlı söhbətləşdik.

     

    Xeber365.com sözügedən müsahibəni təqdim edir:

     

    ABŞ İraqda yanlış siyasət yürütdü 

     

     

    – Əli bəy, lütfən Kərkükdəki hazırki vəziyyətlə bağlı bizi məlumatlandırardınız.

     

     

    – İraq türkmənləri ilə bağlı buradakıların xəbəri, məlumatı  demək olar ki, yoxdur. Kərkükdə baş verənləri yalnızca bu günə baxaraq anlamaq çətindir. Türkmənlər Səddam rejimi vaxtı onsuz da təzyiq altında idilər. 2003-cü ildə Amerikanın İraqa girməsiylə biz dedik ki, nəhayət nəfəs ala biləcəyik. Düşünürdük ki, bütün problemlər geridə qaldı. Ancaq çox təəssüf ki, bu baş vermədi. ABŞ İraqda çox yanlış bir siyasət yürütdü. İraqın oturuşmuş sistemini tamamilə yıxıb, yeni bir ölkə yaratmaq istədi. Yeni İraq ideologiyası da təəssüf ki, ölkəni bu günə saldı. Hazırda məzhəblər, etnik qruplar arasında müharibə gedir. Ona görə də İraq türkmənləri olaraq çox çətin vəziyyətdəyik. Çünki orada yaşamaq üçün sənə silah lazımdır. Gərək böyük güclər sənə dəstək olsunlar, kimlərsə iqtisadi yardım etsin. Bu üçü də bizdə yoxdur. Ən əsası da bizə ana vətəndən başqa dəstək verən ölkə yoxdur. İraq türkmənlərinin əsilləri Azərbaycandan gəlmədir. Azərbaycan bizim ata yurdumuzdur. Necə ki, Türkiyə ana vətənimizdir, eləcə də Azərbaycan bizim ulu babalarımızın vətənidir. Çox istərik ki, Azərbaycan xalqı və hökuməti bizə əlindən gəldiyi qədərilə kömək etsin. 2003-də Kərkükdə türkmən nüfusu yüzdə altmış idi. 13 il sonra – bu il türkmənlərin nüfusu yüzdə iyirmi beşə qədər düşdü. Baxmayaraq ki, Kərkükün nüfusu artıb. Sadəcə olaraq başqa yerlərdən bura kürdlər köç etdilər. Kürdlər istəyirlər ki, İraqda Kürdüstan dövləti qursunlar və Kərkükü də bu dövlətin ərazisinə qatsınlar. Buna görə də 13 il ərzində bütün oyunlar Kərkük üzərində quruldu. Ən böyük təzyiqi də məhz türkmənlər gördü. Çünki türkmənlərin burada böyük bir ağırlığı var idi. Türkiyəyə bağlılığımıza görə orada yaşayan hər kəs bizə düşmən gözü ilə baxdılar.Təəssüf ki, bu illər ərzində Kərkükdə çox güc itirdik. 2014-də İŞİD İraqa girdikdə ən çox türkmən bölgələrini zəbt etdi. Mosul, Telafer, Kərkükün ətrafındakı kəndlər zəbt edildi. Bundan da ən çox türkmənlər ziyan çəkdi. 300-350 min soydaşımız hazırda evindən-yurdundan didərgin düşüb. İŞİD böyük dövlətlərin bir oyunudur. Məncə İŞİD-dən ən çox xeyir götürənlər İran və kürdlər oldu. Çünki hər ikisi sərhədlərini genişləndirdilər.

     

     

    Türkmənlərin nə silahlı gücü, nə də arxasında duracaq böyük dövlətləri var

     

     

    – Barzani dünən açıqlama vermişdi ki, İraqda ələ keçirdikləri torpaqları geri verməyəcək. Kürdlərin bölgədə güclənməsi, türkmənlərə hansı formada təhlükə yaradır?

     

    – Kürdlərin arxasında çox dövlətlər var. Amerika və Avropa onlara dəstək olur. Üstəlik İran da bəzi kürdlərə kömək edir. Buna görə də kürdlərin 100 minə yaxın ordusu var. Bu gün İraqda hökmü qanunlar vermir. Kimin silahı varsa, o da söz sahibidir. Türkmənlərin nə silahlı gücü, nə də arxasında duracaq böyük dövlətləri var. Çünki biz silaha inanmamışıq. Biz demokratik yollarla haqqımızı almaq istəmişik. Bu istiqamətdə də işlər görümüşük.

     

    – Mosulun Telafer şəhərində türkmən qadınlarının əsir götürüldüyü ilə bağlı xəbərlər yayılmışdı. Hazırda Mosulda döyüşlər gedir, əsirlərdən bir xəbər varmı?

    – Telaferin 400 minə yaxın əhalisi var. Onun da təxmini 350 mini türkməndir. İŞİD Mosuldan İraqa girdi. Onda İraq mərkəzi hökumətinin böyük bir səhvi oldu. Mosuldakı xalq İŞİD-i qəbul etdi. Çünki 2014-ə qədər şiə hökuməti oradakı sünnilərə böyük təzyiq göstərdi. Mən də şiəyəm, ancaq mən öncə türkmənəm. Milliyyətim üçün döyüşürəm, məzhəbim üçün yox. Hökumətin bu xətasına görə İŞİD Mosulu ələ keçirdi. Bəzi insanlar İŞİD-i qəbul etdi, bəziləri isə qəbul etmədi. Qəbul etməyənləri əsir götürdülər, öldürdülər. Ən çox itkimiz də Mosulun Bəşir kəndində oldu. Çox əsirimiz var. Ancaq təssüf ki, sizə konkret say deyə bilməyəcəm.

     

    İran İraqda fars projesini həyata keçirmək istəyir

     

     

     

     

     

     

    – İraqın Baş naziri İbadi bildirib ki, Mosul əməliyyatlarında şiə və sünni gücləri də iştirak edəcək. Bəs türkmənlər də bu əməliyyatlarda təmsil olunacaqmı?

     

    – Bu gün İraqda böyük güclərin hərəsinin öz planları var. İran da burada fars projesini həyata keçirmək istəyir. İraqdakı şiələrə dəstək verərək sünniləri gözardı edir. İbadi bu gün məzhəbə görə çalışır. Mosulu gərək burada yaşayan xalqın əli ilə xilas etsin. Başqa qüvvələrdən istifadə etməsin. Türkiyə Mosul xalqından ibarət bir  ordu qurmuşdu. O orduda türkmən də var, ərəb də var, kürd də. Biz deyirdik ki, Mosulu məhz o ordu qurtarsın. Ancaq İranın projesi olan Həşdi-Şəbi çıxdı və dedi ki, Mosulu mən xilas edəcəyəm.  Əgər Həşdi-Şəbi getsə, Mosul xalqı ilə aralarında bir gərginlik yaşana bilər. Ona görə də bizim təklifimiz odur ki, Türkiyənin Şimali İraqda yaratdığı ordusu girsin. Amma Həşdi-Şəbidə də türkmənlər var. Şiə inancında olan türkmənlər orada döyüşürlər. Bir də insanlar pul üçün də Həşdi-Şəbiyə qoşulurlar. Buna görə də İraqın gələcəyi müəmmalıdır. İŞİD məhv edilsə belə, ola bilsin ki, orada məzhəblərarası müharibə başlasın.

     

    – Türkiyə İraqdakı əməliyyatlara daxil olmaq üçün danışıqlar aparır. Türkmənlər bu danışıqların harasındadır?

     

    – Türkiyə bizim ana vətənimizdir. Bu ölkənin güclü olmasını hər zaman istəyərik. 2003-dən bəri bizi dəstəkləyən tək dövlət Türkiyədir. Hər zaman deyirik ki, İraqda barış olsun. Hər kəsimdən şəxslər hakimiyyətdə təmsil olunsunlar. Türkiyə hər zaman bizim dediyimizi təkrarlayıb. Təəssüf ki, İraqdakı zehniyyət bunu qəbul edə bilmir. Onlar istəyir ki, sadəcə bir güc idarə etsin dövləti.  ABŞ-da daxil olmaqla bütün güclə Türkiyəni uzaqlaşdırmaq istədi.  Ona görə də Türkiyə istər Suriya, istərsə də, İraq məsələsində çox çətin vəziyyətdə qaldı. Bu gün Türkiyə ordusu Mosulun sərhəddində yerləşdirilib. Deyir ki, mən istəyirəm, burada barış olsun.  Ümidimiz hər zaman var. İnanırıq ki, Türkiyə daima bizim yanımızda olacaq. Amma bəzi çətin şərtlər var ki, Türkiyəyə imkan vermir ki, bizim yanımızda olsun. Biz bir dava adamıyıq, öz davamızı aparırıq. İnanırıq ki, Türkiyə və Azərbaycan bizim yanımızda olacaq. Azərbaycan ən azından  mədəniyyət, təhsil baxımından bizə kömək etsin. Bu sahələrdə Kərkükdə çox böyük çətinliklərimiz var. Bizim davamız türklük davasıdır. Bizə təkcə Türkiyə yox, başqa türk dövlətləri də dəstək verməlidir.

     

     

    Biz Türkiyənin vətəndaşlığını istəmirik

     

     

    – Bəs digər türk dövlətləri - Türkmənistan, Qazaxıstan necə hər hansı formada türkmənlərə dəstək olurmu?

     

    – Hələ bir Azərbaycandan yardımı alaq, ondan sonra digərlərinə üz tutarıq. Amma təəssüf ki, ata yurdumuzdan indiyə qədər heç bir kömək görməmişik. Ən azından mediasında, qəzetlərində bizi tanıtsın. Fikirlərimizi yaya bilək. Bunun özü bizə kömək olacaq.

     

     

    – 15 iyul hadisələrindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı mühacirlərə vətəndaşlıq verilməsi barəsində təklif ilə çıxış etmişdi. Onda belə fikirlər səslənmişdi ki, əvvəlcə türkmənlərə vətəndaşlıq verilməlidir. Bununla bağlı hansısa bir irəliləyiş varmı?

     

    – Biz vətəndaşlıq istəmirik. Torpaqlarımızı müdafiə etməliyik. Bunun üçün də savaşmalıyıq. Mən 1976-cı ildə Türkiyədə təhsil almağa getmişəm. Mənim kimi belə çoxlu insanlar var. Əgər istəsəydik, Türkiyədə qalıb, vətəndaşlıq ala bilərdik. Amma istəmədik. Çünki Türkiyə bütün İraq türkmənlərinə vətəndaşlıq versə, Kərkükdə kim qalacaq? Kim döyüşəcək? Biz buna qarşıyıq.

     

    Kərkük yerlə bir olsa da, Türkiyə cizgisindən çıxmamalıyıq

     

     

     

     

    – Türkmən Cəbhəsi olaraq bu qarışıq vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Hansı siyasi addımları atmağı planlaşdırırsınız?

     

    – Bircə çıxış yolumuz var, o da Türkiyə dövlətinə güvənməliyik. Nə olursa olsun, Türkiyənin cizgisindən çıxmamalıyıq.  Ondan başqa bir seçimimiz yoxdur. Təəssüf ki, Türkiyə İran arasında bir anlaşmazlıq var. İran ölkəni özü idarə etmək istəyir. Türkiyə isə sülhün bərqərar olmağının tərəfdarıdır. Və yenə təəssüf ki, türkmənlərin içində İranı dəstəkləyənlər də var. İstərsə, Kərkük yerlə bir olsun, biz Türkiyənin cizgisindən çıxmamalıyıq.

     

    – Azərbaycan xalqına çatdırmaq istədiyiniz hansısa sözləriniz varmı?

     

    – Azərbaycan xalqı bizi sevir. Bu sevgini görmək bizə böyük dəstək verir. Ancaq dövlətin də bizi sevməyini istəyirik. Azərbaycan hökuməti bu məsələdə bizə dəstək verməlidir. Ən azından təhsil və mədəniyyət sahələrində öz dəstəklərini bizdən əsirgəməsinlər. Bu gün bizim Kərkük türküləri dünyada məşhurdur. Ancaq bizim üzdə olan bir qadın müğənnimiz, sənətçimiz yoxdur. Azərbaycan sənət baxımından hətta Türkiyədən belə qabaqdadır. Buna görə də mədəniyyətimizə dəstək verməklərini istəyərik.