Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    20
    14:16:41
    Noyabr
    738 nəfər oxuyub

    “İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”

    Zəhmətkeş və çalışqan bir aktrisadır. Həm “Eşkiya dünyaya hökmdar olmaz” serialında Məryəm rolunu canlandırır, həm də teatr səhnəsində külək kimi əsir. Canlandırdığı güclü, öz ayaqları üstündə dura bilən qadınlar kimi o da ictimai fikri olan, özünü ifadə etməyi bacaran, şeiri və kədəri sevən cəsarətli bir qadındır.

    “Yarpaq tökümü” serialının Fərhundəsi kimi məşhurlaşan Deniz Çakır indi də  Məryəm roluyla adını dillərdə gəzdirir. Kənardan soyuq və əlçatmaz görünür, danışanda kəlmələri həssaslıqla seçir. Qadın məsələlərinə, ölkənin problemlərinə beynini yoran, bu mövzularda fikri olan, fikirlərini dilə gətirəcək qədər cəsur qadındır. Çox az danışan, amma danışanda da sözünü əsirgəməyənlərdəndir.

     

    – Serialın qaçaqaçında “Bütün qadınların kafası qarışıqdır” tamaşasında oynamağa başladınız.

    – Mən məzun olandan bəri həmişə tamaşalarda oynamışam. Serial heç vaxt məni teatrdan ayıra bilməyib. Çünki ruhən ən çox orda qidalanıram. Həmişə diri və ayıq saxlayır məni.

     

    – Sizin də beyniniz qarışıqdır? Ya da nə qarışdırır beyninizi?

    – Təbii ki, mənim də beynim qarışıqdır. Çünki həyata, baş verənlərə qarşı çox həssasam. Mənim üçün beyin qarışıqlığı hisslərin çoxluğu ilə başlayır.

     

    – Narahatlıq yaradan bir vəziyyətdir, eləmi?

    – Yox, bu, həyata hardan baxmağından asılıdır. Mən o vaxt yaşadığımı hiss eləyirəm və bu beyin qarışıqlığı mənə çox yaxşı təsir eləyir. Onsuz da hissiyyat qadının təbiətində olan bir şeydir. Bizim bəhs etdiyimiz beyin qarışıqlığı da duyğulu qadınlar haqqındadır..

     

    – Canlandırdığınız qadını depressiyaya salan, hətta intihara sürükləyən hansı hisslərdir?

    – Türkiyədə qadını intihara sürkləyəcək o qədər şey var ki... O qadını da o nöqtəyə gətirən çox səbəb var. Ərindən ayrılmış, son kitabı hələ yayımlanmayan bir yazardır. Başa düşülməməkdən şikayətçidir. Həyatda bu qədər cəhd edib özünü yalnız hiss eləməsi, doğrudan da, çox ağırdır. Qadınları intihara sadəcə kişilər sürükləmir, qadınlar da sürükləyə bilər. Əgər qadınlar məcbur edərsə, o intihar daha çox qaçılmazdır. Çox böyük bir zəlzələdir. Türkiyədə qadın olmaq, həqiqətən də, çox çətindir. İntellektual, yazıb-pozan, başı işləyən qadınlar bu ölkədə xoşbəxt ola bilmir.  Kaş ki belə olmasaydı...

     

     

    – Tamaşadakı qadın başa düşülməməkdən şikayətçidir, bəs siz?
    – Mənim də həyatda ən böyük qorxum başa düşülməməkdir. Həmişə belədir və elə də qalacaq, deyəsən... Çünki ən çox başa düşülmədiyim vaxt üzülürəm. Məni anlamamağa hesablanmış insanlar yaradıldığını düşünürəm. Bir şey yaratmağa çalışırsan, hamı tənqidçi olduğu üçün “bu, belə deyil” deyir. Xüsusilə də sosial mediada tənqidlə yanaşırlar. Hər kəs oturduğu yerdən danışır. Amma mən duruşumun kifayət qədər anlaşıldığını düşünürəm. Çünki məni sevənlər mənim nə olduğumu, necə bir yolda yeridiyimi yaxşı bilirlər. Rədd etməyi bilən bir qadınam. Heç nəyə görə başqa cür davranmıram, olduğum kimi qalıram, özümü alçatmıram.  Hamı bu rahatlığa sahib deyil.

     


    – Siz bu rahatlığa necə çatmısınız?

    – Bu, vaz keçə bilməyi gözə almaqla bağlı olan bir şeydir. Mən fərd olaraq bunu gözə alıram. Hər şeydən vaz keçə bilərəm, yetər ki, mən ola bilim. Doğru bildiyim şeydən heç vaxt vaz keçməmişəm.

     


    – “Eşkiya dünyaya hökmdar olmaz” serialında sizi cəlb edən nə oldu ki, orda rol almaq istədiniz?

    – Əvvəlcə, təbii ki, ssenari. Öz xarakterim xaricində olan rollara da baxıram. Çünki artıq ulduzluq yoxdur, yaxşı ki də yoxdur. Bir xarakter üzərində dünya qurmaq yoxdur, yaxşı ki də yoxdur. Çünki o, bir nağıldır. Serialda köməkçi rolların belə öz hekayələri, dərinliyi var. Bu işə çox inandım. Sadəcə aktrisa kimi yox, bütövlükdə işə baxıram və hər kəs yaxşı olsun istəyirəm. Elə bil direktor mənəm, ilk dəfə bir layihəni bu qədər sahiblənirəm. Çünki ssenariyə çox inanıram.

     

     

    – Məryəm bir qadının başına gələcək ən çətin şeylərdən birini yaşayır. Necə qarşılayırsınız onun yaşadıqlarını?

    – Çox çətindir. Təsəvvür eləyin, ərinizin sevgilisinin uşağı sizin əlinizə doğulur. İnsan o vəziyyətdə düşməni belə olsa, vicdanı varsa, təbii ki, onu xəstəxanaya aparar.

     

     

    – Bəs siz o yerdə olsanız, necə hərəkət edərdiniz?

    – Mən Məryəm olsam, mən də onun kimi davranardım. Amma ümumilikdə Məryəm mənə çox uzaq bir qadındır. Mən onun kimi yaşadıqlarıma və qarşılaşdıqlarıma dözmərəm. Mən belə bir durumda çamodanımı yığar və gedərəm. O mənim göstərə bilməyəcəyim ərdəmi göstərir. Mən olsam, deyərəm ki, çıx get, qızım, Hızırdan nə çox...

     


    – Bəs Məryəmi bunu deməkdən nə çəkindirir?

    – Məryəm mənə görə çox cəsur və ərdəmli qadındır. Ərinə çox aşiqdir. Onun getməməyinin başqa izahı ola bilməz. Maddi olaraq çox güclüdür Məryəm. Bu evlilikdən başqa gözləntisi olmayan bir qadının ancaq çox aşiq olmağı gərəkdir. Mən də Məryəmin çox aşiq olduğunu düşünürəm.

     

     

    – Sevgi necə bir hissdir, sizcə?

    – Sevgi mənim üçün dəyişdirən, tərifi olmayan bir hissdir. Ona görə də eşq tez-tez yaşanan bir şey deyil. İnsanlar sevdiyini hiss edib nəsə yaşayır ha... Məncə, çox aşiq olmusansa, səhvlər eləyirsən və ən yaxın dostun gəlib deyir ki, qızım, sən neyləyirsən? Sən də deyirsən, off, get başımdan. Hamımızın həyatında belə bir şey var. Bunun yaşı yoxdur. O qədər böyük və müqəddəs bir duyğudur ki sevgi...



    – Daha əvvəl ana rolunu oynamışdınız?

    – Oynadım, amma belə ana deyildi. Analıq duyğusunu yaşayan bir ananı oynamamışam heç vaxt. İlk dəfədir.

     


    – Necə bir hissdir bəs?

    – Mənə həyata, fədakarlığa dair çox şey öyrədir. Analıq çox müqəddəs və xüsusi bir şeydir. Məsuliyyətli olmaq lazımdır. Qadın olmaq - üzərinə kişidən daha çox məsuliyyət götürmək tələb edir. Bunu ayırmaq lazımdır.

     


    – Qadınla kişini hansı nöqtədə ayırırsınız?

    – Qadın və kişi əsla bərabər deyil. Qadının da, kişinin də yüksək olduğu məqamlar var, amma məsuliyyət məsələsində qadın, həqiqətən də, ərdəmlidir. Bu, doğmaq bacarığına malik olmaqdanmı gəlir bilmirəm, amma səbrli olmaq mövzusunda qadın çox uca bir varlıqdır.

     

     

    – Analığı yaşamaq istərdiniz?

    – Bəli, ana olmaq istəyərəm. Yəni ana olmalı olduğumu düşünürəm. Hər kəs ana olmalı deyil, məncə. Amma, deyəsən, mənim o duyğunu dadmağım lazımdır. Məncə, ancaq onda tamamlanacam.

     


    – Kənardan soyuq və əlçatmaz görünürsünüz. Həqiqətən eləsiniz, yoxsa?

    – O dəqiqə qanı qaynayan biri deyiləm. Bu, mənə qeyri-səmimi gəlir. Yəni birdən-birə həddən artıq səmimiyyət… Mühitə, insana uyğunlaşmaq üçün bir müddət keçməlidir. Yoxsa yalan olar. Səmiyyət və doğruluq həssas nöqtəmdir mənim. Hamıyla eyni şəkildə səmimi olan adamlarla yaxın ola bilmirəm. Mən də belə bir insanam.

     

     

    – Sosial şəbəkələrdə isə daha fərqli, istiqanlı və gülən bir qadın var…

    – Məni tanıyan bütün dostlarım deyir ki, sən mütləq bir komediyada oynamalısan. Bəzi insanların gözləri dumanlıdır. Mənə isə “buludlu gözlü” deyirlər. Çünki hüzndən ötrü ürəyim gedir. Çox sevirəm hüznü. Hüzn depressiya deyil, çox gözəl duyğudur.

     


    – Hüznlüsünüz yəni?

    – Yox, əslində nəşəli adamam. Amma hüznü özüm seçirəm. Seçəndə də dadını çıxara-çıxara yaşayıram. Xoşuma gəlir bu. Bu qədər şeir sevən bir qadın hüznü necə sevməsin?

     


    – Ədəbiyyata, şeirə marağınız hardan gəlir?

    – Məktəb illərindən. O vaxtlar Arif Nihat Asyanın şeirlərini oxuyurdum, amma sonra getdikcə Edip Canseverə, Turqut Uyara vuruldum. Şeir mənim üçün çox önəmlidir. Məni bəsləyir. Yatağımın başında həmişə şeir kitabları olur. Tomris Uyarla tanış olmağı çox istəyərdim. Edip Canseverin aşiq olduğu, Cemal Süreya ilə eşq yaşayan, amma Turqut Uyarla evlənən qadın… Ən gözəl şairlərin şeir yazdığı qadın. Möhtəşəmdir.

     

     

    – Siz özünüz nəsə yazırsınız?

    – Hə, amma şeir deyil. Mənim bir dənə gündəliyim var. Ona anlarımı yazıram. Amma özüm üçün yazıram, oxunması üçün yox.