Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    03
    17:13:20
    Dekabr
    449 nəfər oxuyub

    Hökumət büdcə müzakirələrini niyə qapalı keçirir?

    Ötən gün  Türkiyənin İqtisadi Koordinasiya Şurası (EKK) baş nazir Binali Yıldırımın başçılığı ilə Çankaya sarayında toplantı keçirib. Toplantıda ölkədə son iqtisadi durumu və lirənin məzənnəsinin zəifləməsi müzakirə olunub.

     

    Elə həmin gün Azərbaycanın baş naziri Artur Rəsizadənin yanında növbədənkənar iclas keçirilib.

     

    Türkiyə baş nazirinin yanında keçirilən toplantı mətbuatda geniş işıqlandırılsa da, Azərbaycanda keçirilən toplantı nə mətbuat orqanlarında müzakirə olundu, nə də televiziya kanallarında bu haqda açıqlama getdi.

     

    Xəbər365 məsələ ilə bağlı ekspertlərin fikrini öyrənib.

     

     

    "Əhali daha çox məlumatlandırılmalıdır"

     

     

     

     

     

    İqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki,   toplantıların  belə qapalı keçirilməsi  cəmiyyətin narahatlığına səbəb olur:

     

     

     

    "Əslində böhran şəraitində müzakirələr açıq olmalıdır. Əhali daha çox məlumatlandırılmalıdır. İqtisadiyyatla bağlı dövlət hansı işləri görmək istəyir, hansı müzakirələr aparılır, bu müzakirələrdə hansı qərarlar qəbul olunur-bunlardan xəbər tutmalıdı. Təəssüflər olsun ki, böhran dövründə xüsusilə də Mərkəzi Bank statistik məlumatları əvvəlki intensivliyi ilə açıqlamır. İqtisadiyyatın vəziyyətini xarakterizə edən göstəricilər gizlədilir və belə müzakirələr də qapalı aparılır. Təbii ki, bağlı qapı arxasında keçirilən müzakirələr də bizim narahatçılığımıza səbəb olur. Çünki biz bilmək istəyirik ki, hökümət nə dərəcədə xalqın gözləntilərinə reaksiya verir, nə dərəcədə iqtisadiyyatın problemlərini bilir və müzakirə edir. Eyni zamanda onun həlli istiqamətləri barəsində nələr düşünür. Bu barədə, təəssüflər olsun ki, nə qəzetdə, nə televiziyada heç bir məlumat verilməyib. Amma həqiqətən də bizdə olan məlumata görə dünən belə müzakirə keçirilib və orda iqtisadiyyata məsul olan dövlət orqanlarının rəhbərləri iştirak edib. Hansı məsələlərin müzakirə olunduğu, hansı qərarların qəbul olunduğu ilə bağlı məlumatsızıq. Amma bilirik ki, mövcud iqtisadi durum, xüsusilə, maliyyə sektorunda yaranmış vəziyyət dünənki toplantıda əsas müzakirə mövzularından biri olub".

     

     

     

    "Türkiyədə seçilmiş bir hökümət, Azərbaycanda isə təyin edilmiş Nazirlər Kabineti var"

     

     

     

     

     

    İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, ölkə üçün vacib olan məsələ ilə  əlaqədar toplantı keçirilirsə, bununla bağlı ictimaiyyətə məlumat verilməlidir:

     

    "Türkiyədə nazirlər kabineti, baş nazir işlək bir institutdur. Qərarların verilməsində, şəffaflığın təmin olunmasında əsas rol oynayan institutlardan biridir. Əhali ilə birbaşa həmişə təmasda olublar. Ən əsas fərq isə seçilmiş bir orqandır. Nazirlər Kabineti Türkiyədə parlamentdən çıxır və insanların səsi ilə seçilmiş partiya tərəfindən formalaşdırılır. Azərbaycanda, uzun illərdir, Nazirlər Kabineti, demək olar ki, baş nazir institutunun özü formallığa çevrilib. Son dövrlərdə baş nazirin nə ciddi bir çıxışları, nə bu ölkədə baş verən proseslərlə bağlı münasibəti, ümumiyyətlə, hansısa təhlilləri yoxdur. Amma Binəli Yıldırım və yaxud Türkiyənin digər baş nazirləri televiziyalardadır hər gün. Dəfələrlə televiziyalarda açıqlamaları olub və insanları məlumatlandırırlar. Amma Azərbaycanda bu baş vermir. Dünən baş verən hadisə də bunun daha bir sübutudur. Yəni, əslində,  Nazirlər Kabineti toplanırsa və aktual məsələlər müzakirə olunursa, ən azından, giriş hissəsi ilə, müzakirə olunan məsələlərlə bağlı televiziyalarda məlumatlar olmalı idi, mətbuatda işıqlandırılmalıydı, bunun gündəliyi dərc olunmalıydı, öncədən bilinməliydi. Hər Nazirlər Kabineti toplantısından sonra, məsələn, Türkiyədə Nazirlər Kabinetinin sözcüsü Numan Kurtulmuş televiziyalar qarşısına çıxaraq jurnalistlərin bütün suallarına cavab verir, aparılan müzakirələr, qəbul olunmuş qərarlar haqqında mətbuata və ictimaiyyətə məlumat verir. Azərbaycanda bu günə qədər heç vaxt olmayıb ki, Nazirlət Kabineti toplansın və hər hansı hadisə ilə bağlı ictimaiyyətə geniş açıqlamalar versin. Ümumiyyətlə,  Nazirlər Kabinetinin sözcüsü kimdir, vətəndaşlara toplantılar, orada aparılan müzakirələr barədə məlumat verəcək rəsmi fiqur kimdir, heç bu məsələ də Azərbaycanda hələ də həllini tapmayıb. Ona görə də çox təəccüblənmədim. Çünki Azərbaycan reallığına uyğun bir vəziyyətdir. Türkiyədə seçilmiş bir hökümət, Azərbaycanda isə təyin edilmiş Nazirlər Kabineti var. Ona görə də vətəndaşların məlumatlandırılmasında da belə ciddi səhvlərə yol verilir".

     

    "Onları xalq seçib"

     

     

     

    Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı Türkiyə hökümətinin xalqa daha açıq olduğunu deyib:

     

    "Türkiyədə cəmiyyət bizimkinə nisbətən daha açıqdır. Yəni hökümət mətbuat üçün daha açıqdır. Çünki hökümət üzvləri, adətən, parlament seçkilərində qalib gələn partiya tərəfindən seçilir. Parlamentdə seçilənləri də xalq seçir. Bu özü çox qısa və bəsit cavabdır".

     

     

     

    "Baş nazir tamamilə proseslərdən kənarlaşdırılmış vəziyyətdədir"

     

     

     

     

    Müsavat Partiyasının sədri Arif Hacılının sözlərinə görə, bunun səbəbi Türkiyə ilə Azərbaycanın dövlət qurluşunun fərqli olmasıdır:

     

     

     

    "Türkiyədə olan dövlət quruluşu ilə Azərbaycanda olan dövlət quruluşu fərqlidir. Türkiyədə Nazirlər Kabineti faktiki dövlətin idarəçiliyində həlledici rol oynayır və hökumətin başçısı baş nazir hesab olunur. Azərbaycanda isə hökumətin - Nazirlər Kabinetinin dövlət idarəçiliyi səlahiyyətləri yoxdur. Baş nazirin funksiyaları simvolik xarakter daşıyır. Onun nəinki nazirləri, nazir müavinlərini, hətta öz müavinlərini, Nazirlər Kabineti aparatının işçilərini təyin etmək hüququ belə yoxdur. İqtisadiyyatın sahələri ilə bağlı sərəncam hüquqları Azərbaycan Konstitusiyasına görə prezidentə məxsusdur və hökumətin başçısı prezidentdir. Bu baxımdan Azərbaycan Nazirlər Kabinetinin ölkədə olan iqtisadi məsələlərlə bağlı fəaliyyətinin Türkiyədən fərqli olması təbiidir. Bundan başqa Azərbaycanda Nazirlər Kabineti, baş nazir tamamilə proseslərdən kənarlaşdırılmış vəziyyətdədir. Ölkədə avtoritar rejim hökm sürdüyü üçün dövlət başçısından və onun səlahiyyət verdiyi şəxslərdən başqa heç kəsin real səlahiyyətləri mövcud deyil".