Xəbər lenti

  • 2017-01-19
  • 14:35 FTB istədi, rus proqramçı həbs edildi
    14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    05
    20:29:13
    Dekabr
    408 nəfər oxuyub

    "Azərbaycanda dərman istehsalı hələlik bir utopiyadır"

    Azərbaycanda dərmanların da qiyməti bahalaşıb. Artım barədə qərar Tarif Şurasının iclasında verilib. İclasdan sonra Şuradan verilən açıqlamada bildirilir ki, dərmanların qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Ekspertlər bunu manatın devalvasiyası ilə əlaqələndirirlər.  Çünki ölkəyə dərman preparatları xaricdən idxal olunur.

     

    Bir müddət əvvəl Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılacağı deyilsə də, hələlik ortada bir nəticə yoxdur.

     

    Bu haqda məlumat verən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirmişdi ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb: “Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır. Dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyətinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır.

     

    Xeber365 məsələ ilə bağlı ekspertlərin və Səhiyyə Nazirliyinin mövqeyini öyrənib.

     

                                                                                     

    “Azərbaycanda dərman istehsalı hələlik bir utopiyadır”

     

    Tibb üzrə ekspert, həkim Adil Qeybulla bildirib ki, dərmanların bahalaşması prosesi bir müddət davam edəcək:

     

    "Dərmanların qiymətinin artması, təbii ki, manatın öz dəyərini itirməsi ilə bağlıdır. Bu proses hələ bir müddət davam edəcək. Çünki sahibkar dərmanları almaq üçün milli valyutanı dollara çevirir, elə alır. Tarif Şurasının müdaxiləsinə baxmayın, bu müdaxilə əks effekt verdi və dərmanların bazardan yoxa çıxması ilə nəticələndi. Hal-hazıda bu proses davam edir. Digər məhsullar kimi dərmanların da qiymətinin qalxması təbiidir".

     

    Ekspert Azərbaycanda dərman istehsalı məsələsinə də münasibət bildirib:

     

    "Azərbaycanın dərman istehsalı hələlik bir utopiyadır, görək, nə vaxt reallaşacaq. Yerli istehsal beynəlxalq standartlara cavab versə, o zaman bu, mümkün ola bilər və qiymətlərə də təsir edər. Ancaq yaxın gələcəkdə belə bir şey gözlənilmir".

     

     

    “Bahalaşma aztəminatlı təbəqənin vəziyyətini daha da ağırlaşdırır”

     

    İqtisadçı-ekspert Qubad İbadoğlu hesab edir ki, Tarif Şurası qiymət artımı ilə bağlı verdiyi qərarlara yenidən baxmalıdır:

     

    "İndiki halda bahalaşmaya rəvac verəcək hər hansı bir addımın atılması iqtisadiyyatdakı problemləri daha da mürəkkəbləşdirir. Xüsusilə əhalinin aztəminatlı təbəqəsinin vəziyyətini ağırlaşdırır. Yəni dərman preparatları ölkəyə idxal olunur. Bu da digər mallar kimi manatın devalvasiyasının təsiri ilə bahalaşmağa məhkumdur. Bu gün Azərbaycanda bu prosesin dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi ondan ibarətdir ki, bahalaşmanın qarşısı alınsın. İndiki halda Azərbaycan höküməti xüsusilə bu kimi halların qarşısını almaqda çətinliklərlə üzləşib. Ona görə də mən həmişə dərman idxalının dövlət nəzarətində saxlanılmasının, inhisarçılar tərəfindən həyata keçirlməsinin əleyhinə olmuşam. Əvvəlki dövrlərdə dərmanların qiymətinin yuxarı olmasının əsas səbəblərindən biri bu bazarda iştirak edən, idxalla məşğul olan şirkətlərin inhisarçılıq, hökmran mövqeyi olub. Yenə də bu proses davam edir və onların dövlətin qərarlarına təsir etmək imkanları var. Tarif Şurasının qərarları da korporativ maraqlara xidmət edir. Bu baxımdan Tarif Şurasını bu istiqamətdə qərarlarına yenidən baxmağa çağırıram. Nəzərə alsınlar ki, ölkədə xüsusilə aztəminatlı təbəqənin qazanclarının dəyərsizləşdiyi bir dövrdə, tibbi sığortanın tətbiq edilmədiyi bir vaxtda dərman preparatlarının kəskin bahalaşması əhalinin vəziyyətini daha da gərginləşdirəcək".

     

    İqtisadçı bildirib ki, Azərbaycan dərman istehsal etmək iqtidarında deyil:

     

    "Azərbaycanda dərman istehsalı məsələsində ciddi nəticələrdən danışmağa dəyməz. Dərman istehsalı ilə yanaşı bizdə dərmanın keyfiyyəti də problemidir. Təəssüflər olsun ki, ölkədə həm dərman istehsalı, həm də dərmanın keyfiyyətində ciddi problemlər yaşanmaqdadır. Biz hələ də o standartlara və keyfiyyətlərə uyğun dərman istehsal etmək iqtidarında deyilik".

     

     

    “Dövlət müəssisələrində dərmanlar, müayinə və müalicə pulsuzdur”

     

     

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin katibi Liya Bayramova dövlət müəssisələrində dərmanların pulsuz olduğunu bildirib:

     

    "Dərmanların qiymətini Səhiyyə Nazirliyi tənzimləmir. Ancaq dövlət müəssisələrində pulsuz dərmanlar var. Ümumiyyətlə, dövlət müəssisələrində nəinki dərmanlar, müayinə və müalicə də pulsuzdur. Bu eləcə də onkolji xəstəliklərə də şamil edilir".