Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    05
    23:48:18
    Dekabr
    428 nəfər oxuyub

    O, niyə Azərbaycan üçün vacib insan idi?

    Dekabrın ilk bazar ertəsi qiyməti gah ucuzlaşıb, gah bahalaşan neft, gündən günə dəyərini itirən manat haqqında xəbərlərlə  yanaşı bir xəbər də gündəmin əsas mövzusuna çevrildi: Rusiyada yaşayan həmvətənimiz, ilahiyyatçı alim Heydər Camal keçən gecə dünyasını dəyişib.

    Xəbərin yayılmasından çox az zaman, cəmi bir neçə saat keçsə də, artıq gündəmin nəbzi rolunu üzərinə götürmüş sosial şəbəkələrdə müxtəlif təbəqələrdən olan insanların, ən fərqli peşə sahiblərinin təəssüf dolu paylaşımlarını oxuyurduq.  

     

    Kim idi Heydər Camal?

     

    Heydər Camal əslən qarabağlı idi. Atası, rəssam Cahid Camal Qarabağın Gülablı kəndində anadan olmuşdu, məşhur Sarıcalılar nəslindən idi.

    Anası - peşəkar süvari İrina İqoryevna Şapovalova mənşəcə rus idi.

    Heydər Camalın özü 1947-ci il noyabrın 6-da Moskvada doğulmuşdu.

    1966-cı ildə “burjua millətçiliyi nümayiş etdirdiyinə görə” Moskva Dövlət Universitetinin şərq dilləri fakultəsindən xaric olunmuş, bir müddət müxtəlif işlərdə çalışmış, ən sonda “Medisina” jurnalında korrektor işinə qəbul edilmişdi. Bir qədər sonra isə Tacikistanda islamçılarla tanış olmuş və islam dininin dərinliklərini öyrənməyə başlamışdı. Son illər Rusiyada özünün təsis elədiyi “İslam komitəsi regional ictimai hərəkatı”na rəhbərlik eləyir, Rusiyanın məşhur islamçı teoloq və filosoflarından biri sayılırdı.

    Ancaq bütün bunlar Rusiyada və Rusiya vətəndaşı olan Heydər Camal tərəfindən həyata keçirilmişdi. Bəs bir alim və teoloq, ən əsası isə başqa ölkədə yaşayan tanınmış, nüfuzlu həmyerlimiz olaraq Heydər Camal Azərbaycan üçün hansı əhəmiyyət kəsb edirdi, ya da əksinə, Azərbaycan onun həyatında nə qədər vacib yer tuturdu?

     

    Xeber365 bu suallarla mədəniyyət  xadimlərinə və tanınmış jurnalistlərə müraciət edib.  

     

    “O, Azərbaycan ictimai düşüncəsi üçün maraqlı insan idi”

     

     

    Görkəmli jurnalist, professor Qulu Məhərrəmli: “Heydər Camal ilk növbədə islam dinini yaxşı bilən alim, ilahiyyatçı idi. Amma həm də geosiyasəti, regionu, xüsusən, Cənubi Qafqazı və Şərqi yaxşı bilən bir politoloq idi. Heydər Camal şərhlərində, yanaşmalarında, bir çox məsələlərə münasibətdə islam amilindən çıxış eləyə bilirdi. Rusiyanın müəyyən dairələrində islamı təmsil eləyən, yüksək intellektual səviyyəsi olan bir alim, teoloq idi. Bilirsiniz, insan parlaq şəxsiyyət olanda ona diqqət də çox olur. O baxımdan Heydər Camal tam ardıcıl olmasa da, müəyyən məsələlərdə Azərbaycanın mövqeyini ifadə eləyə bilirdi. Məsələn, Qarabağ məsələsində. Mən özüm onunla bir neçə dəfə görüşmüşəm. Vaxtilə “Səhər” proqramına da dəvət eləmişdik. Qarabağ problemi ilə bağlı bir söz deyən, ya da xristiyan-islam qarşıdurması baxımından yanaşanlar olanda Heydər Camalın cavabı həlledici idi və xüsusi çəkisi vardı. Bu baxımdan hesab eləyirəm ki, o, Azərbaycan ictimai düşüncəsi üçün də maraqlı insan idi. Düzdü, Rusiya vətəndaşı idi, Azərbaycanın problemlərinin bizim düşündüyümüz anlamda birə-bir arxasında dayana bilmirdi. Amma bunu da başa düşmək olar. Yenə deyirəm, müəyyən prinsipial məqamlarda onun sözü nüfuzlu söz kimi qəbul olunurdu”.

     

     

    “O, Qarabağ uğrunda ideoloji təbliğat cəbhəsində milli maraqlarımız naminə vuruşan bir cəngavər idi”

     

     

    Kinorejissor Əli İsa Cabbarov: “Islamda dəvət anlayışı var: Təbliğ edirsən və dəvət edirsən. Heydər Camal nümunəsində təbliğə ehtiyac yox idi. O, bir günəş kimi işıq saçırdı, sən də onun istisində qızınırdın. Sovet təbliği nəticəsində islamın sadəcə dəfn və qidalanma rituallarını nizamlayan bir təlim olduğu təsəvvürü yaranmışdı. Heydər Camal isə Islamı düşünən adamlar üçün bir metod kimi təqdim etdi, Sovetin təbliğat pərdəsini cırdı. Onun R.Ibrahimbəyovun kino məktəbində oxuduğu insan haqqında fəlsəfi mühazirəsini Azərbaycan dilinə tərcümə edib “Fokus” jurnalında dərc etmişdik. Səhv etmirəmsə, Azərbaycan dilində yeganə tərcüməsidi. Bir də “sovet müsəlmanları Rusiya ilə necə münasibət qurmalıdırlar” sualına məqbul cavab verən modeli göstərən adamlardan idi. Bu model, prorus konsept kimi görünsə də, uzaqgörən və Rusiya ilə Qafqaz müsəlmanlarının xeyrinə olan bir konsept idi. Heydər Camal həm də Qarabağ uğrunda ideoloji təbliğat cəbhəsində milli maraqlarımız naminə vuruşan bir cəngavər idi. Gerçəkdən alim öldü, aləm öldü”.

     

     

    “Rusdilli informasiya məkanında o, Azərbaycanın, demək olar ki, yeganə səsi idi”

     

     

    “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Heydər Camal Azərbaycanın yetişdirdiyi dəyərli övladlardan biri idi. Çox təəssüf eləyirəm ki, belə bir şəxsiyyət, fikir adamı və filosof, həm də ilahiyyatçı dünyasını dəyişdi. Bu, bizi çox üzdü. Çünki rusdilli informasiya məkanında o, Azərbaycanın, demək olar ki, yeganə səsi idi. Həm Azərbaycanın, həm türk dünyasının, həm islam dünyasının danışan dili idi. Onun yüksək səviyyəsi, təhsili imkan verirdi ki, Rusiya məkanında öz mövqeyini çevik müdafiə eləsin və həqiqəti, haqqı dəstəkləsin. Rusdilli məkanda isə bunu etmək çox mühüm və önəmlidir. Çünki, məhz, bu məkanda biz hər zaman balansı itiririk. Bu məkanda ermənilərin fikir, söz adamları, jurnalistləri həddindən artıq çox olduğu üçün o balans hər dəfə Azərbaycanın zərərinə idi. Heydər Camal bütün məsələlərdə istisnasız olaraq Azərbaycanın yanında idi. Heç bir təmənna güdmədən öz vətənini, öz torpağını, öz ölkəsini hər zaman müdafiə eləmişdi”.  

     

     

    “Rusiyanın Azərbaycana, Dağlıq Qarabağa münasibəti və s. məsələlərdə həmişə açıq mövqe ortaya qoyurdu”

     

     

    APATv-nin baş direktorunun müavini, jurnalist İlqar Rəsul: “Heydər Camal filosof idi, alim idi və Rusiya ictimai-siyasi mühitində tanınmış politoloq kimi də kifayət qədər dəyərləndirilirdi. Həmişə Azərbaycanı müdafiə eləyirdi. Xüsusilə, Qarabağ məsələsində. Eyni zamanda Rusiyada, Moskvada yaşamasına baxmayaraq Rusiyanın Azərbaycana, Dağlıq Qarabağa münasibəti, ermənilərə dəstək verməsi və s. məsələlərdə həmişə açıq mövqe ortaya qoyurdu, Rusiyanın çeçen siyasətini, ölkədə qeyri-ruslara qarşı münasibətini tənqid eləyirdi. Məsələ burasındadır ki, Heydər Camal o qədər böyük bir nüfuz sahibi idi ki, istənilən məsələyə, hətta Rusiyanın mövqeyinə mənfi münasibət bildirəndə də, Rusiyanı tənqid eləyəndə də heç kim ona qarşı çıxa bilmirdi. Bu onun nüfuzuna xələl gətirmirdi. Rusiyanın telekanalları öz verilişlərində, təşkilatlar öz tədbirlərində yenə də onu görmək istəyirdilər və görürdülər. Şəxsiyyət olaraq Heydər Camal əsilzadə bir insan idi, Qarabağ xanlarına qədər gedib çıxırdı şəcərəsi. Bildiyim qədərilə hətta SSRİ Əfqanıstanı işğal eləyəndən sonra Əfqanıstanda baş verən hadisələr, müharibə zamanı o, Tacikistanda əfqan mücahidlərinə kömək eləyib. Belə bir adam idi. Çəkinməz, qorxmaz, cəsarətli.. Öz düşüncəsini deməkdən çəkinmirdi. Və əlbəttə ki, islam ideyalarını təbliğ eləyirdi. Ömrünün çox hissəsini Rusiyada yaşamasına baxmayaraq doğma dilində səlis danışırdı. Onun ölümü Azərbaycan üçün böyük itkidi”.