Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    12
    21:57:49
    Dekabr
    1205 nəfər oxuyub

    Ruslan Hacıyev: “Biz Gürcüstan dövlətinə problem yox, fayda gətirmişik”

    Gürcüstan parlamentinin “Təhsil, Elm və Mədəniyyət” Daimi Komitəsinin üzvü Ruslan Hacıyev bizimlə söhbətində Gürcüstanın inkişafında yerli azərbaycanlıların önəmli payı olduğunu deyir və onların hər zaman bu dövlətin sadiq vətəndaşları olaraq qaldıqlarını qeyd edir: “İstərdik ki, Gürüstanda yaşayan bütün xalqların nümayəndələrinin birgə səyləri ilə nail olduğumuz rahat yaşam imkanlarını bizim abxaz, osetin qardaşlarımız da görsün və bu, onların çoxmillətli böyük gürcü ailəsinə geri dönüşünə bir stimul olsun”.

     

     

    - Ruslan müəllim, Gürcüstan azərbaycanlılarının neçə faizi Marneuli, Dmanisi, Bolnisi və Tiflisdə yaşayır? Gürcüstanın daha hansı bölgələrində azərbaycanlıların kompakt yaşayış məntəqələri var?

     

     

    - Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilər, əsasən, Kvemo Kartli, yəni Aşağı Kartli bölgəsinə aiddir. Bu bölgəyə Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonları daxildir. Marneuli rayonunun əhalisinin təxminən 80%-dən çoxunu, Bolnisi və Dmanisi rayonlarının əhalisinin 60-70%-ni, Qardabani rayonun isə 40-50%-ni azərbaycanlılar təşkil edir. Paytaxt Tiflisdə və Tiflisin ətraf kəndlərində, Kaspi rayonunun Tsixiteli kəndində, Kaxeti bölgəsində və Gürcüstanın digər rayonlarında da azərbaycanlılar yaşayır. Amma kompakt yaşayış məntəqələri, yuxarıda qeyd etdiyim kimi, əsasən Kvemo Kartli bölgəsində yerləşir.

     

     

    - Gürcüstanın yeni seçilmiş parlamentində ilk dəfə olaraq 4 azərbaycanlı deputat fəaliyyət göstərəcək. Ümumilikdə götürəndə neçə nəfər Gürcüstan azərbaycanlısı sonuncu parlament seçkilərində namizəd qismində mübarizə aparırdı?

     

     

    - Doğru qeyd etdiniz, hazırkı parlamentdə 4 azərbaycanlı deputat fəaliyyət göstərir. Mən və Savalan Mirzəyev hakim “Gürcü Arzusu” partiyasının siyahısı ilə majoritar sistem üzrə müvafiq olaraq Marneuli və Qardabani rayonlarından seçildik. Daha 2 deputat isə proporsional sistem üzrə partiya siyahıları ilə, biri “Gürcü Arzusu” partiyasından, digəri isə ”Milli Hərəkat” müxalifət partiyasından parlementə mandat qazandılar. Beləliklə, üç deputatımız hakim partiyadan, bir deputatımız isə müxalifət partiyasından seçilib. Ümumilikdə götürdükdə isə, müxtəlif partiya və seçki bloklarından birlikdə, təxminən, 30 nəfərə qədər azərbaycanlının adı namizədlər siyahısına daxil edilmişdi. Qeyd edim ki, bu şəxslərin əksəriyyətinin namizədlikləri proporsional sistem üzrə partiya və seçki bloklarının siyahısı ilə irəli sürülmüşdü. Təəssüf ki, bəziləri təmsil etdikləri seçki blokunun adını belə tam olaraq söyləyə bilmirdi. Aydındır ki, siyasi partiyalar, bloklar seçkilər zamanı ictimaiyyət arasında az-çox tanınan isimlərdən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Bu təbiidir. Lakin yaxşı olar ki, müraciət edilən bu insanlar, yəni Gürcüstan azərbaycanlılarının nümayəndələri, seçki prosesində iştiraka razılıq verməzdən əvvəl öz potensiallarını ciddi ölçüb-biçsinlər ki, başqalarının əlində siyasi alətə çevrilməsinlər.

     

     

    - Bir tərəfdən, Gürcüstan azərbaycanlılarının vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında, o cümlədən, ümumxalq seçkilərində belə fəallığı alqışlanmalıdır. Digər tərəfdən, siyasi təşkilatlar arasında belə geniş səpkidə “səpələnmə”, bundan irəli gələn gərgin mübarizə həm icma daxilində və həm də gürcülərlə münaqişələrə yol aça bilər. Belə neqativ tendensiyaların inkişafının qarşısını almaq üçün Gürcüstan azərbaycanlıları icmasının parlamentdə nümayəndəsi olaraq hansı addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?

     

     

    - Haqlısınız. Müxtəlif partiyaların, o cümlədən müxalifət partiyalarının sıralarında Gürcüstan azərbaycanlıları təmsil olunurlar. Bunu mən müsbət qarşılayıram. İcmamızın inkişafı üçün, ən azından, müxtəlif seçki platformalarının icma daxilində müzakirə predmeti olması baxımından azərbaycanlıların belə fəallığı faydalı ola bilər. Lakin burada əhəmiyyətli olan bir məqam qeyd edilməlidir. Çalışmaq lazımdır ki, partiyaların siyası maraqları bölgə əhalisinin maraqlarına qarşı qoyulmasın. Bu, çox əhəmiyyətli məsələdir. Mən Gürcüstanda fəaliyyət göstərən siyasi partiyaların konkret millətlərin, etnik azlıqların əleyhinə siyasət yürütdüklərini xatırlamıram, belə bir fakt yadıma gəlmir. Lakin bu partiyalara qoşulan insanlar siyasəti şəxsi maraqlarına tabe etdirdikdə partiya maraqları ilə icmanın, seçici kütləsinin maraqları arasında ziddiyyət əmələ gəlir. Namizəd seçki prosesinə qoşulursa, rəqiblərini təhqir etməməlidir. Nəzərə almaq lazımdır ki, digər rəqiblərin də arxasında müəyyən qədər tərəfdaş dayanır. Bu, sonda münaqişəyə səbəb ola bilər. Mən seçkilərdə hakim partiyanı təmsil edirdim. Bütün seçki marafonu boyu rəqiblərimizlə hörmətlə davrandıq. Heç bir şəxsi təhqirə imkan vermədim. Son iki ildə təhsil sahəsində gördüklərim işlərlə, gələcəkdə həyata keçirə biləcəyimiz planlarımızla seçiciləri tanış etdim. Düşünürəm ki, elə ilk turda çoxsaylı namizədlər sırasından mənim tələb olunan 50%-dən artıq səs toplamağımda bu amil həlledici oldu. Son nəticədə hansı namizədə etimad göstərəcəyinə xalq özü qərar verir. Xalqın gözü tərəzidir. Ən düzgün qiyməti də sənə o verəcək. Namizəddən tələb olunan isə bu günədək gördüyü real işlərlə, gələcək planları və bu planların icrası yolları ilə xalqı tanış etməkdir. Xalq üçün bu çox əhəmiyyətlidir.

     

     

    - Qarşıda sizi 4 illik parlament fəaliyyəti gözləyir. Bu fəaliyyətinizdə özünüz üçün hansı hədəfləri müəyyənləşdirmisiniz?

     

     

    - Doğrudan da, qarşıda bizi çox məsuliyyətli 4 il gözləyir. Seçicilərin məndən konkret gözləntiləri var. Təbii ki, təmsil olunduğum siyasi partiya daxilində seçicilərə verdiyimiz sözə əməl etmək üçün ciddi çalışacağıq. Sosial, iqtisadi islahatlarla bağlı islahat paketləri hökumətimiz tərəfindən formalaşdırılaraq, artıq icrasına başlanılır. Təhsil sahəsində təcrübəsi olan bir parlament üzvü kimi (Red: həmsöhbətimiz əvvəllər təhsil sahəsində çalışmış, 2014-2016-cı illərdə isə Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri olmuşdur) parlamentin “Təhsil, Elm və Mədəniyyət” Daimi Komitəsinin üzvü qismində elm, təhsil, mədəniyyət sahələrində nəzərdə tutulan islahatları tənzimləyəcək qanunverici bazanın inkişafında fəal iştirak etməyi planlaşdırıram. İcmamız daxilində isə mehribançılıq, əməkdaşlıq imkanlarının sərhədlərinin genişlənməsinə çalışacağam. Hazırda Gürcüstanın, o cümlədən bizim bölgənin sosial-iqtisadi vəziyyəti normaldır, ildən ilə də yaxşılaşır. Marneulinin inkişaf dinamikası göz qabağındadır. Həllini gözləyən problemlərə gəldikdə isə, bu problemlər tək bizim bölgəyə aid deyil, Gürcüstanın bütün bölgələrində rast gəlinir. Gürcüstan hökuməti də bu sosial problemlərin həlli, yeni iş yerlərinin yaradılması, infrastruktur layihələrinin reallaşdırılması kimi hədəflərlə bağlı ciddi addımlar atmaqdadır. Gürcüstanın inkişafında biz azərbaycanlıların da önəmli payı var. Gürcüstan azərbaycanlıları hər zaman bu dövlətin sadiq vətəndaşları olublar. Biz Gürcüstan dövlətinə hər zaman problem yox, fayda gətirmişik. Bilirsiniz ki, Gürcüstan ərazisinə, əhali sayına görə kiçik olsa da, Avropada, dünyada hörmətlə yanaşılan dövlətlər sırasında yer almaqdadır. Gürcüstan demokratik, insan azadlıqlarına təminat verilən, sərbəst, təhlükəsiz yaşayış mühitinə malik bir ölkədir. Təəssüf ki, bu gün Gürcüstanın iki bölgəsi – Abxaziya və Cənubi Osetiya işğal altında qalmaqda davam edir. Biz azərbaycanlılar da bu bölgələrin Gürcüstanımıza qayıtması yolunda əlimizdən gələni etməliyik. İstərdik ki, Gürüstanda yaşayan bütün xalqların nümayəndələrinin birgə səyləri ilə nail olduğumuz rahat yaşam imkanlarını bizim abxaz, osetin qardaşlarımız da görsünlər və bu, onların çoxmillətli böyük gürcü ailəsinə geri dönüşünə bir stimul olsun.