Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    12
    22:51:32
    Dekabr
    593 nəfər oxuyub

    Türkiyə böyük təhlükə qarşısında: bundan sonra nə olacaq?

    Türkiyədə baş verən terror aktları, demək olar ki, artıq adi hala çevrilib. Onları, əsasən, ölkədə fəaliyyət göstərən PKK terror təşkilatının törətdiyi məlum olsa da, İŞİD də terror aktlarından birinin onlar tərəfindən edildiyini açıqlamışdı.

    Məlum məsələdir ki, bu təşkilatları maliyyələşdirən, silahla təmin edənlər var. Bununla bağlı ölkə başçısı Rəcəb Tayyip Ərdoğan açıqlama verərək əməliyyatlar zamanı hücum edən terror təşkilatlarından dostlarının da silahlarının çıxdığını söyləmişdi.  

    İki gün əvvəl isə İstanbulda, əsasən, polisin hədəf alındığı və 44 nəfərin ölümüylə nəticələnən növbəti terror hadisəsi baş verdi. İstanbul terrorunun əl-Baba hazırlanan əməliyyata cavab olduğu söylənilir. Ancaq bütün hallarda bu kimi terror aktının təkrar olunması qaçılmazdır.

    Bəs Türkiyə indi nəyə görə hədəfdədir? Xəbər365 məsələ ilə bağlı ekspertlərin rəylərini öyrənib.

     

     

    “Terror hərbi mübarizə vasitəsinə çevrilib”

     

     UNEC-in baş müəllimi, siyasi elmlər fəlsəfə doktoru Nazim Cəfərov bildirib ki, Türkiyədə terror aktlarının baş verməsinin bir neçə səbəbi var:

    "Türkiyədə terror hadisələrinin ardıcıl şəkildə baş verməsini bir neçə şəkildə izah etmək mümkündür. Bunlardan biri qlobal, ikincisi regional səviyyəli səbəb, üçüncüsü isə Türkiyənin daxili dinamikləridir. Əgər məsələyə qlobal konteksdən baxsaq, görərik ki, 11 sentyabr hadisəsindən sonra qlobal siyasətdə terrorizm gedərək yayğınlaşan savaş, hərbi mübarizə vasitəsinə çevrilib. Getdikcə miqyasını genişləndirdiyini görmək olar. Bu çərçivədə qlobal dünyada terror öz qızıl əsrini yaşayır əslində. Bu mənada terrorun həm coğrafiya, həm istifadə elədiyi vasitələr, silahlar, həm ortaya qoyduğu mənfi nəticələr baxımından ən güclü dövrünü yaşadığını demək mümkündür. Yəni,  əsas səbəb Türkiyə ilə problemi olan qrupların, təşkilatların və ölkələrin ona təsir etmək üçün bu vasitədən, terrordan istifadə etməyə cəhd göstərmələridir. 

     

    “Terrorun qızıl əsrini yaşadığı ən əhəmiyyətli coğrafiya Yaxın Şərqdir”

     

     İkinci səbəb regionaldır – yəni Türkiyənin aid olduğu regionun ümumi vəziyyətidir. Terrorun qızıl əsrini yaşadığı ən əhəmiyyətli coğrafiya Yaxın Şərqdir. Bunun da iki səbəbi var. Birincisi, nəhəng dövlətlərin bölgədəki  güc mübarizələri, rəqabətləridir. Onların bu mübarizədə terror təşkilatlarından aktiv istifadə etmələri, onlara müxtəlif formada dəstək göstərmələridir. İkinci səbəb bu bölgədə onsuz da terror örgütlərinin müxtəlif istiqamətlərdə fəallaşması, daha aktiv hala gəlməsi, özləri üçün münbit şərait ortaya qoymasıdır. Bu terror təşkilatlarına qarşı mübarizə apara biləcək klassik dövlətlərin, yəni milli dövlətlərin ciddi dağıntılara, ciddi zəifləmərə məruz qalması, məsələn, Liviyada, İraqda, Suriyanın özündə bənzər şəkildə zəifləməsi, çökməsi regionda terror təşkilatları üçün münbit şərait  yaranmasına, onların daha da möhkəmlənməsinə səbəb oldu. Təbii ki, Türkiyə də region dövləti kimi öz payını aldı. Burda Türkiyənin vəziyyətini daha da dramatikləşdirən, daha da çətinləşdirən məqamlardan biri də odur ki, hazırda güc mübarizəsi gedir. Terrorun və terror təşkilatlarının bir vasitə kimi istifadə edilməsi, regionda müxtəlif mahiyyətli strukturları ortaya çıxarmağa çalışması, İŞİD-in  və digər terror təşkilatlarının dövlət qurmaq cəhdləri Türkiyəyə birbaşa təsir edir. Çünki onların qurmaq istədikləri dövlətlərin ərazi hədəfində Türkiyə də var. 

     

    “Türkiyənin daxilində baş verən proseslər də terrorun səbəblərindəndir”

     

    Üçüncü səbəb də Türkiyənin daxilində baş verən proseslərdir. Bildiyiniz kimi, Türkiyədə fəaliyyət göstərən PKK, əsasən, terror aktları törədir. Düzdür, Türkiyə PKK ilə kifayət qədər kəskin mübarizə aparır, ancaq  bu onların fəaliyyətini davam etdirməsinə mane olmur". 

    Nazim Cəfərov hesab edir ki, Türkiyə yaxın gələcəkdə terrorla mübarizədə effektli nəticə əldə edə bilməyəcək:

    “Türkiyə terrorla mübarizəni daha da şiddətləndirəcək. Bu istiqamətdə müxtəlif bölgələrdə və şəhərlərdə əməliyyatlar aparılır. Ancaq nəzərə almaq lazımdır ki, terror aktlarının kökünü tamamilə kəsmək, ən azı, yaxın gələcəkdə çox mümkün görünmür. Önümüzdəki dönəmdə onların yeni nümunələrini görə bilərik. Ola bilsin ki, bunlar müxtəlif istiqamətlərdə baş versin. Bu mənada Türkiyə üçün önümüzdəki dönəmdə də ifadə etdiyim faktorlar səbəbilə ilə ciddi risklərin gözləndiyi mümkündür. Qış aylarında bu, bir az səngisə də, bahardan etibarən daha da fəallaşa bilər. Ümid edək ki, Türkiyə dövləti və höküməti lazımi təhlükəsizlik tədbirlərini maksimum həyata keçirəcək ki, gələcəkdə bunların qarşısını ala bilsin”.

     

     

     

    Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyə üzrə ekspert Araz Aslanlının sözlərinə görə, bu,  Türkiyənin geopolitik mövqeyindən və siyasətindən qaynaqlanır:

    “Türkiyənin terrorun hədəfinə çevrilməsi yeni deyil. Terrorla mübarizə, terrorun Türkiyə üçün yaratdığı risklər, Türkiyənin terrora verdiyi qurbanlar məsələsi də eyni şəkildə. Bu, həm Türkiyənin geopolitik mövqeyindən, həm də siyasətindən qaynaqlanır. Türkiyənin imkanlarını və siyasətini özləri üçün riskli görən, onu öz maraq dairəsi daxilində tutmağa çalışan qüvvələr daim terrordan vasitə kimi istifadə etməyə çalışıblar. Bu, indi də davam edir. Müxtəlif dövrlərdə ASALA və PKK bunun vasitəsi olub, sonra bunlara İŞİD də əlavə olunub. Yəqin ki, bu, heç vaxt tam bitməyəcək. Hazırda isə vəziyyəti mürəkkəbləşdirən başqa məqamlar da var. Bunlardan biri ümumilikdə terrorun imkanlarının genişlənməsi, digəri regionun ümumilikdə qeyri-sabit olması, üçüncüsü isə Türkiyənin daxilində gedən proseslərdir. Təbii ki, bura başqa məqamları da əlavə etmək mümkündür. Amma, ən azı, bu 3 amil Türkiyənin terrorun daha çox hədəfi olmasına səbəb olur. 

     

    “Türkiyə böyük bir təhlükə ilə qarşı-qarşıyadır”

     

    İlk iki amil ilə bağlı Türkiyənin imkanları məhduddur. Amma son illərdə daxildə gedən proseslər də üzücü xarakterlidir. Dövlətə nəzarət uğrundakı proseslərin nə ilə nəticələndiyini hamı görür. Dövlətin əsas strukturlarında, xüsusilə təhlükəsizlik srtukturlarında ciddi kadr dəyişiklikləri intensiv xarakter alıb və bu da terrorla mübarizə baxımından riskləri artırır. Təbii ki, hamımız son 15 iyul hərbi çevriliş təşəbbüsünün öncəsində, eləcə də 15-16 iyulda və sonrakı mərhələdə baş verənlərin miqyasını görürük. Türkiyə böyük bir təhlükə ilə qarşı-qarşıyadır. Xaricdən dəstəklə daxili təhlükəni də aradan qaldırmağa çalışırlar. Bu prosesin yarım saxlanılması gözlənilmir. Amma bu təhlükə ilə mübarizənin terrorla mübarizə baxımından yaratdığı risklər də göz önündədir”.

     

     

     

     

     

    “Regional sabitlik bərpa edilmədən Türkiyədə sabitlik bərpa olunmayacaq”

     

    Ekspert bildirib ki, Türkiyə Suriya və İraqda müəyyən addımlar atmağa məcburdur:

    “Bunu həm daxili ictimai rəy (daxili ictimaiyyətin əksəriyyəti) tələb edir, həm də Türkiyənin təhlükəsizlik maraqları. Türkiyə illərdir İraqda sabitlik yaranmasını gözləyir, amma bu sabitlik yaranmır. Əksinə İraqdakı qeyri-sabitlik Türkiyə üçün təhlükəsizlik risklərinin daim artmasına səbəb olur. Bu azmış kimi Suriyadakı proseslər də getdikcə daha acınacaqlı hal alır. Bu da Türkiyə üçün həm humanitar  və maddi yükün, həm də təhlükəsizlik risklərinin artmasına səbəb olur. Öz növbəsində Türkiyə bütün bunlarla bağlı qabaqlayıcı tədbirlər, ya da cavab tədbirləri görmək istədiyi zaman öz daxilindəki terrorçu hücumların sayı və miqyası artır.

    Terror hücumlarını siyasi sistemdəki dəyişiklik təşəbbüsü ilə əlaqələndirənlər də var. Müxtəlif versiyalar irəli sürülərək bu əlaqə qurulmağa çalışılır. Ortada konkret faktlar olmadığı üçün bu barədə fikir bildirmək çətindir. Amma, məncə, əsas məsələ yuxarıda qeyd etdiyim 3 amil ilə bağlıdır.

    Təbii ki, biz Türkiyənin bu təhlükələrdən həm tezliklə, həm də tam sığortalanmasını arzulayırıq. Amma təəssüf ki, reallıq belə deyil. Türkiyə bu təhlükələrə boyun əyməyəcək, bunların öhdəsindən mütləq gələcək. Sabitliyini bərpa edəcək, inkişafını davam etdirəcək. Amma regional sabitlik bərpa edilmədən sadəcə Türkiyədə sabitliyin bərpa olunması da çətin olacaq”.